“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycan dövlət borcu üçün nə qədər faiz ödəyir? - Ölkələrin siyahısı

Tarix 23.09.26, 11:02

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ hökumətinin dövlət borcu üçün faiz xərcləri 1,2 trilyon dolları keçib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) açıqlayıb.

Bildirilir ki, ABŞ xalis faiz xərclərinin ümumi məbləğinə görə dünyada ilk sırada yer alır. Ölkənin xalis faiz xərcləri 1 trilyon 230,6 milyard dollar təşkil edir ki, bu da dövlət xərclərinin 10,6 faizinə bərabərdir.

Meksikada isə faiz xərclərinin dövlət büdcəsindəki payı daha yüksəkdir. Bu ölkədə faiz ödənişləri dövlət xərclərinin 10,9 faizini təşkil edir. İtaliyada bu göstərici 7,1 faiz, Kolumbiyada 7,4 faiz, Macarıstanda isə 7 faizdir.
Faiz xərclərinin dövlət büdcəsindəki payı ölkələrin borc yükü, borclanma şərtləri və maliyyə aktivlərindən əldə etdiyi gəlirlərdən asılı olaraq dəyişir.
OECD ölkələrində dövlətlərin faiz ödənişləri ümumi daxili məhsulun 3,3 faizinə çatıb. Bu göstəricinin müdafiə xərclərini üstələdiyi bildirilir.

OECD-nin məlumatlarına əsasən, suveren borcun təxminən 45 faizinin 2027-ci ilə qədər ödəmə müddəti başa çatmalıdır. 2025–2027-ci illər arasında müddəti başa çatan borcların orta gəlirliliyinin 2 faizdən aşağı olduğu, 2025-ci ildə isə 10 illik orta göstəricinin 3,6 faiz təşkil edəcəyi proqnozlaşdırılıb.

Qeyd olunur ki, bu vəziyyət borclar yenidən maliyyələşdirildikcə dövlət büdcələrində faiz xərclərinə əlavə təzyiq yarada bilər.

OECD məlumatlarına əsasən, İsveçrə, Yaponiya, İsveç, Lüksemburq, Danimarka, Cənubi Koreya və Norveçdə xalis faiz xərcləri mənfi göstəriciyə malikdir.

Bunun səbəbi həmin ölkələrin hökumətlərinin faiz gəliri gətirən maliyyə aktivlərinə sahib olmasıdır. Bu aktivlərdən əldə olunan faiz gəlirləri dövlət borcları üzrə ödənilən faizləri üstələdikdə, xalis faiz xərcləri mənfi olur.
Siyahıda bəzi ölkələrin il ərzində dövlət borcu üçün ödədiklər faiz xərcləri və onların ümumi dövlət xərclərindəki payı əks olunub:

ABŞ – 1 230,6 milyard dollar (Ümumi dövlət xərclərindəki payı 10,6%)
İtaliya – 134,5 milyard dollar (7,1%)
Böyük Britaniya – 124,2 milyard dollar (5,9%)
Meksika – 107,1 milyard dollar (10,9%)
Fransa – 93,2 milyard dollar (3,7%)
İspaniya – 55,4 milyard dollar (4,1%)
Almaniya – 45,2 milyard dollar (1,4%)
Kanada – 44,8 milyard dollar (3,5%)
Polşa – 36,1 milyard dollar (3,5%)
Kolumbiya – 34,0 milyard dollar (7,4%)
Avstraliya – 32,4 milyard dollar (4,0%)
Rumıniya – 25,6 milyard dollar (6,0%)
Belçika – 16,0 milyard dollar (3,3%)
Macarıstan – 15,8 milyard dollar (7,0%)
İsrail – 15,7 milyard dollar (6,2%)
Yunanıstan – 12,8 milyard dollar (5,6%)
Portuqaliya – 10,0 milyard dollar (4,1%)
Avstriya – 8,7 milyard dollar (2,2%)
Çili – 5,6 milyard dollar (2,9%)
Niderland – 5,5 milyard dollar (0,8%)
Çexiya – 5,4 milyard dollar (1,9%)
Kosta Rika – 3,7 milyard dollar (6,1%)
Slovakiya – 3,0 milyard dollar (2,3%)
İrlandiya – 2,3 milyard dollar (1,3%)
Xorvatiya – 2,1 milyard dollar (2,1%)
Yeni Zelandiya – 1,6 milyard dollar (1,2%)
Bolqarıstan – 1,5 milyard dollar (1,3%)
Finlandiya – 1,2 milyard dollar (0,6%)
Sloveniya – 1,1 milyard dollar (1,7%)
İslandiya – 1,0 milyard dollar (6,5%)
Latviya – 0,7 milyard dollar (1,7%)
Litva – 0,6 milyard dollar (0,9%)
Estoniya – 0,2 milyard dollar (0,6%)

Məlumat üçün onu da bildirək ki, ötən il Azərbaycanın dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər 2 milyard 399,6 milyon manat təşkil edib. Dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 757  milyon manat (əsas borc üzrə 136,8 milyon manat, faiz borcu üzrə 620,2 milyon manat), xarici dövlət borcu üzrə 1 milyard 342,5 milyon manat olmaqla (əsas borc üzrə 959,7 milyon manat, faiz borcu üzrə 382,8 milyon manat), ümumilikdə 2 milyard 99,5 milyon manatın ödənilməsi təmin edilib.
Məlumatlardan da göründüyü kimi, Azərbaycanda dövlət borcu üçün ödənilən faiz xərcləri 1 milyard 3 milyon manat və ya 590 milyon dollar olub. Nəticədə Azərbaycanda dövlət borcu üçün ödənilən faiz xərclərinin ümumi dövlət xərclərindəki payı 2,6 faiz təşkil edib.



Xəbərin oxunma sayı : 922




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap