“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Azərbaycanda ən yüksək və ən aşağı maaş verilən sahələr - Statistika

Tarix 10.09.26, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda iqtisadi fəaliyyət sahələri üzrə orta aylıq nominal əməkhaqqı göstəriciləri açıqlanıb.

AzFakt.com Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar–iyul aylarında ölkədə muzdla çalışanların orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 1176,7 manat təşkil edib.

Ən yüksək orta aylıq əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb. Bu sahədə çalışanlar orta hesabla 4267,6 manat maaş alıblar.

Maliyyə və sığorta sektorunda orta əməkhaqqı 3127,6 manat, informasiya və rabitədə 2137,1 manat, peşə, elmi və texniki fəaliyyət sahəsində 1929,1 manat olub.

Dövlət idarəetməsi və müdafiə, eləcə də sosial təminat sahəsində orta aylıq əməkhaqqı 1750,7 manat, nəqliyyat və anbar təsərrüfatında 1581,2 manat təşkil edib.

Ən aşağı orta əməkhaqqı isə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydə alınıb — 747,3 manat. Ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində bu göstərici 763,6 manat, su təchizatı və tullantıların təmizlənməsində 798,1 manat, turistlərin yerləşdirilməsi və ictimai iaşədə 798,6 manat olub.

Təhsil sahəsində çalışanların orta aylıq əməkhaqqı 837,8 manat, əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində isə 968,3 manat təşkil edib.

Avqustun 1-i vəziyyətinə ölkədə muzdla çalışanların sayı 1 milyon 781,1 min nəfər olub. Onların 836,9 min nəfəri dövlət, 944,2 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.



Xəbərin oxunma sayı : 301




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap