“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Badamdarda sürüşməyə görə bağlanan yol nə vaxt istifadəyə veriləcək? - AÇIQLAMA

Tarix 08.09.26, 13:09

Font ölçüsü : - / +
bitmap-img6


Badamdarda sürüşmə ərazisində yolun uzun müddətdir bağlı qalması sürücülər və ərazidə yaşayan sakinlər üçün ciddi narahatlıq yaradıb. Yolun bağlanmasından sonra alternativ istiqamətlərdən istifadə etmək məcburiyyətində qalan vətəndaşlar yolun nə vaxt bərpa olunaraq istifadəyə veriləcəyini gözləyirlər.

AzFakt.com avtosfer.az-a istinadən xəbər verir ki, söhbət Səbail rayonu, Badamdar qəsəbəsi ilə 20-ci sahə istiqamətində avtomobil yolundan gedir. 5 aprel 2026-cı ildə ərazidə sürüşmə təhlükəsinin yaranmasından sonra yolun aşağı hissəsindən keçən avtomobillərin hərəkəti təhlükəsizlik məqsədilə müvəqqəti olaraq dayandırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, əraziyə baxış keçirilib, vəziyyət qiymətləndirilib və yolun bağlanması barədə qərar qəbul edilib. Vətəndaşlar yaşadıqları ərazilərə ən yaxın yol olan bu ərazinin nə vaxt istifadəyə veriləcəyindən xəbərsizdir.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətindən bildirilib ki, Səbail rayonu, Badamdar qəsəbəsi, Cavidan İbrahimli küçəsində (Badamdar qəsəbəsi ilə 20-ci sahəni birləşdirən yol) cari ilin mart və aprel ayları ərzində yağan intensiv yağışlar nəticəsində sürüşmə prosesi aktivləşmiş, bununla əlaqədar olaraq, təhlükəsizlik tədbirlərinin təmin edilməsi məqsədilə sözügedən yol aidiyyəti qurum tərəfindən müvəqqəti olaraq bağlanmışdır.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, sözügedən məsələ ilə əlaqədar aidiyyəti qurumların nümayəndələrindən ibarət işçi qrup yaradılıb. Araşdırma tədbirləri və layihələndirməyə hazırlıq işləri həyata keçirilir:

“Bu çərçivədə, hazırda Fövqəladə Hallar Nazirliyi, Dövlət Su Ehtiyatları Agentliyi və Yaponiyanın "Shinyei Kaisha" şirkətinin mütəxəssisləri tərəfindən ərazidə geoloji tədqiqat işləri aparılır. İşlər yekunlaşdıqdan sonra ərazidə müvafiq tədbirlərin görülməsinə başlanılacaq və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.



Xəbərin oxunma sayı : 157




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap