“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Ərdoğandan Yunanıstana sərt xəbərdarlıq - Türkiyə hansı addım atacaq?

Tarix 02.09.26, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizində hərbisizləşdirilmiş statusda olan adaları silahlandırmağa davam edən Yunanıstana sərt xəbərdarlıq edib.

AzFakt.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğan Türkiyənin təmkinli mövqeyinin acizlik kimi qəbul edilməməli olduğunu vurğulayaraq, Afinanı adaların silahlandırılması fəaliyyətindən əl çəkməyə çağırıb.

Yunanıstanın hərbisizləşdirilmiş statusa malik adaları silahlandırmağa davam etməsi halında Türkiyənin hansı addımları atacağı ilə bağlı suala cavab verən Ərdoğan qətiyyətli mesajlar verib:

"Nə edək? Bizə düşən nədir? Gərəkəni etməkdir. Yunanıstanla yaxşı qonşuluq prinsipi əsasında münasibətlərimizi davam etdirək deyirik. Öz ərazimizdən, məsələn, Kaşdan Yunanıstana səslənsək, eşidərlər, elə deyilmi?” – deyə Ərdoğan bildirib.

Türkiyənin bütün məsələlərdə səmimi və konstruktiv mövqe nümayiş etdirdiyini qeyd edən Prezident bununla belə, Ankaranın xoş niyyətinin hər zaman qarşılığını görmədiyini söyləyib.

Ərdoğan Yunanıstanın Türkiyənin mövqeyini düzgün anlamalı olduğunu vurğulayıb:

"Yunanıstan artıq bunu anlamalıdır. Türkiyənin heç kimin torpağında gözü yoxdur. Lakin heç kimə də öz hüquqlarını tapdalatmaz”.



Xəbərin oxunma sayı : 646




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap