“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

98 saylı uşaq bağçasında qalmaqal - “Uşaqları zəhərləyirlər, adamın ürəyi götürmür...”

Tarix 01.09.26, 22:51

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi, Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasına gedən uşağın analizlərinin nəticəsində qanında psixotrop dərman aşkarlandığı iddia edilir.

AzFakt.com-un məlumatına görə, azyaşlının anası Nurgül Məmmədova hadisə ilə bağlı təfərrüatları danışıb.

Valideyn deyir ki, uşağın davranışlarında qəribəlik hiss etdikdən sonra həkimə müraciət ediblər və analizlərin nəticəsinə əsasən, onun qanında psixotrop tərkibli dərman aşkarlanıb: “Uşaq iki həftə dövlət bağçasına getdi. Birinci həftə yarım gün qaldı, ikinci həftə isə saat 16:00-17:00-dək bağçada oldu. Məhz ikinci həftədən sonra uşaqda kəskin halsızlıq, yuxululuq, yeriyəndə ayağının ayağına dolaşması, bir nöqtəyə uzun-uzun baxması və əsəbilik yarandı. Ümumiyyətlə, hərəkətlərində çox böyük dəyişiklik hiss etdim.

Müəlliməsindən soruşanda bunun adaptasiya dövrü olduğunu və belə halların normal sayıldığını bildirdi. Lakin şübhələrim keçmədiyi üçün Toksikologiya Mərkəzinə gedib analiz verdik. Analizin cavabında psixotrop tərkibli dərmanlar çıxdı. Bu dərmanlar orqanizmdə bir həftə qalır, lakin bağçada hələ də heç kimi analizə göndərməyiblər. Yoldaşım məsələni böyütmədən uşağı bağçadan çıxarmağı təklif etdi. Lakin orada bu qədər uşaq var, adamın ürəyi qəbul eləmir ki, onlar uşaqları zəhərləyə-zəhərləyə gedirlər”.

Daha ətraflı “Xəzər TV”nin süjetində:





Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap