“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Göyçayda kanalın yarılması Ucarda su çatışmazlığı problemi yaradıb - VİDEO

Tarix 16.08.26, 22:58

Font ölçüsü : - / +
bitmap-img6


Ucar rayonunun Qaracallı kəndində içməli su problemi yaşanır.

Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, içməli su kəndə kifayət qədər çatmadığından onlar suyu xüsusi avtomobillərlə almağa məcbur qalırlar.

Bir maşın su üçün isə 45-50 manat ödəyirlər. Yay aylarında suya tələbatın artması vəziyyəti daha da ağırlaşdırır.

Ucar Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən "Xəzər Xəbər"ə bildirilib ki, Qaracallı kəndinin aşağı hissəsində suvarma suyunun olmaması, Şirvan suvarma kanalının Göyçay rayonu ərazisindən keçən hissəsində qəza baş verməsi ilə əlaqədardır. Qəzanın aradan qaldırılması məqsədilə kanal üzrə suyun verilişi müvəqqəti dayandırılıb. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması və təmir-bərpa işləri davam etdirilir. İşlər başa çatdırıldıqdan sonra Qaracallı kəndinin aşağı hissəsinin suvarma suyu ilə təmin olunması bərpa ediləcək. İdarədən o da qeyd edilib ki, Qaracallı kəndində içməli su bulaqlarının çəkilişi həyata keçirilib. Kəndin aşağı hissəsinin də bulaq suyu ilə təmin olunması məqsədilə layihənin dövlət investisiya proqramına daxil edilməsi istiqamətində müvafiq işlər davam etdirilir.



Xəbərin oxunma sayı : 295




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap