“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Əfv sərəncamı nə vaxt imzalana bilər? - Komissiya üzvü danışdı

Tarix 01.08.26, 14:58

Font ölçüsü : - / +
bitmap-img6


"Yaxın vaxtlarda Əfv sərəncamının imzalanacağını qəti şəkildə söyləmək mümkün deyil".

Bunu Qaynarinfo-ya açıqlamasında Əfv komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Komissiya üzvü bunun səbəblərini belə izah edib:

"Birincisi, bununla bağlı rəsmi açıqlama yoxdur. İkincisi, Əfv komissiyasının iclasları keçirilmir. Amma Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin Əfv sektoru və Əfv komissiyasının katibliyi fasiəsiz olaraq işləyir. Onlar müraciətləri qəbul edir və müvafiq arayışlar hazırlayır. Bu arayışlar da sədrə təqdim edilir. Bu fasiləsiz bir prosesdir".
Komissiya üzvü xatırladıb ki, Azərbaycan tarixinin müxtəlif günlərində, milli bayramlarda, siyasi tarixlərdə Prezident tərəfindən Əfv sərəncamı imzalanır:

"Amma qanunvericilikdə mütləq deyil ki, hansısa bayramlar, yaxud da Azərbaycan tarixinin mühum günlərində Əfv sərəncamı imzalansın. Belə bir norma yoxdur. Əfv hüququ Prezidentin müstəsna konistitusion səlahiyyətidir və istəlinən vaxt bu sərəncamı imzalaya bilər".

Konkret əfv olunacaq şəxslərin adlarının hallanmasına gəlincə, Əliməmməd Nuriyev son günlər bu məsələ ilə bağlı sualların ona da ünvanlandığını vurğulayıb:

"Konkret şəxslərin adlarına gəlincə, hər hansı proqnoz vermək hüququ baxımdan düzgün olmaz. Mən Əfv komissiyasının üzvüyəm, mənim tərəfimdən heç olmaz. Bu etik qaydalara və komissiyanın bəndlərinə uyğun deyil. Kimin əfv edilib-edilməməsi Prezident tərəfindən müəyyən edilir. Bunu müəyyən etmək hüququna kimsə malik deyil".



Xəbərin oxunma sayı : 481




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap