“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Etirazlardan sonra FIFA geri addım atdı - DÇ-dəki payların satışı ləğv edildi

Tarix 01.08.26, 10:39

Font ölçüsü : - / +
bitmap-img6


FIFA prezidenti Canni İnfantino futbol ictimaiyyətinin sərt reaksiyalarından sonra dünya çempionatının kommersiya hüquqlarındakı payın özəl investorlara satılmasını nəzərdə tutan mübahisəli planın ləğv edildiyini açıqlayıb.

 “The Guardian”ın xəbərinə görə, İnfantino bildirib ki, layihə futbol ailəsi daxilində ciddi fikir ayrılığı yaradıb və artıq qarşıya qoyulan məqsədə xidmət etmir.

“Bütün fikirləri diqqətlə dinlədikdən sonra məlum oldu ki, bu layihə, dəstək səviyyəsindən asılı olmayaraq, məqsədimizə uyğun olmayan parçalanmalara səbəb olub. Məqsədimiz həmişə futbolu birləşdirmək və inkişaf etdirməkdir. Buna görə də bu təklif irəli sürülməyəcək”, – deyə FIFA prezidenti bildirib.

Məlumata görə, bu həftə təqdim edilən “FIFA Forward Enterprise” (FFE) layihəsi kişilər və qadınlar arasında keçirilən dünya çempionatlarının, eləcə də, Klublararası Dünya Kubokunun kommersiya hüquqlarının bir hissəsinin investorlara satılmasını nəzərdə tutub. Layihə vasitəsilə 10 milyard dollardan çox vəsait cəlb edilərək FIFA-nın 211 üzv assosiasiyası arasında bölüşdürülməsi planlaşdırılıb.

Lakin plan qısa müddətdə futbol qurumlarının ciddi etirazı ilə üzləşib. UEFA-ya üzv 55 milli assosiasiya təcili toplantıda FIFA turnirlərini boykot etməyə hazır olduqlarını açıqlayıb. Daha sonra KONKAKAF və Asiya Futbol Konfederasiyası da təşəbbüsə qarşı olduqlarını bəyan ediblər.

Plan yalnız futbol konfederasiyalarının deyil, FIFA rəhbərliyinin daxilində də narazılıq doğurub. FIFA prezidentinin baş məsləhətçilərindən biri, keçmiş ABŞ Futbol Federasiyasının prezidenti Karlos Kordeyro etiraz əlaməti olaraq istefa verib.

Bundan başqa, FIFA-nın baş əməliyyat direktoru Kevin Lamur da layihənin kifayət qədər məsləhətləşmələr aparılmadan irəli sürüldüyünü bildirərək rəhbərliyi sərt tənqid edib.

Nəşrin yazdığına görə, layihədən geri çəkilməsinə baxmayaraq, İnfantinonun rəhbərliyi ciddi təzyiq altındadır. UEFA və digər konfederasiyaların gələn il keçiriləcək FIFA prezident seçkilərində ona alternativ namizəd axtarışını sürətləndirdiyi bildirilir.

Beləliklə, Dünya Kubokunun kommersiya hüquqlarının özəl investorlara satılması ilə bağlı mübahisəli təşəbbüs rəsmi şəkildə dayandırılıb.



Xəbərin oxunma sayı : 361




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap