“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Banklar kimlərə kredit verə bilməz? - Qanunun tələbləri

Tarix 13.07.26, 16:13

Font ölçüsü : - / +
bitmap-img6


"Banklar haqqında" Azərbaycan Respublikası Qanununun IV fəsli - "Bankların fəaliyyətinə dair tələblər" çərçivəsində yer alan 40-cı maddə bankların aidiyyəti şəxslərlə əməliyyatlarının aparılması qaydalarını müəyyən edir.

Qanuna əsasən, aidiyyəti şəxslər dedikdə banka xüsusi əlaqəsi olan şəxslər nəzərdə tutulur. Bunlara, o cümlədən, bankın mühüm iştirak payına malik səhmdarları, Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri, bankın rəhbər vəzifəli şəxsləri, eləcə də qanunvericiliyə əsasən aidiyyəti şəxs hesab edilən digər fiziki və hüquqi şəxslər daxildir. 

Valyuta.az xəbər verir ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun 40-cı maddəsinə əsasən, aşağıdakı hallarda banklar aidiyyəti şəxslərə kreditlər verə bilməzlər:

40.1.1.aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda;

40.1.1-1. aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, bankın Müşahidə Şurasının qərarı olmadıqda;

40.1.2.kreditin verilməsi nəticəsində bank tərəfindən həmin hüquqi şəxs üçün verilmiş kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 10 faizinə bərabər məbləği, fiziki şəxs üçün isə 3 faizinə bərabər məbləği keçdikdə;

40.1.3.kreditin verilməsi nəticəsində bank tərəfindən bütün aidiyyəti şəxslərə verilmiş kreditlərin məcmu miqdarı bankın məcmu kapitalının 20 faizinə bərabər məbləği keçdikdə.

40.2.Aidiyyəti şəxslərə kredit bu Qanunun 40.1-ci maddəsinin tələbləri pozulmaqla verildikdə, həmin kredit dərhal ödənilməlidir. Bankın Müşahidə Şurasının müvafiq qərarın lehinə səs vermişüzvləri bu Qanunun 40.1-ci maddəsinin tələbləri pozulmaqla verildiyi kreditlər üzrə əsas məbləğin, faizlərin və digər ödənişlərin ödənilməsi üçün məsuliyyət daşıyırlar.

40.3.Bankların aidiyyəti şəxslərə digər müştərilərdən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağandır.

40.4.Banklara aidiyyəti olan şəxslərlə əqdlərin bağlanılmasının digər qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1-ci maddəsi ilə müəyyən olunur.



Xəbərin oxunma sayı : 592




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap