“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Haluk Levent saxlanıldı - 60 milyon dollarlıq iddia

Tarix 13.07.26, 12:21

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyədə məşhur müğənni və AHBAP Dərnəyinin İdarə Heyətinin sədri Haluk Levent barəsində İstanbul Respublika Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində saxlanılıb.

AzFakt.com xəbər verir ki, istintaq çərçivəsində keçirilən əməliyyat zamanı Haluk Levent də daxil olmaqla ümumilikdə 18 şübhəli nəzarətə götürülüb. Prokurorluq Leventi "Dərnəklər haqqında qanunun pozulması", "cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması" və "cinayət təşkilatına üzv olmaq" maddələri üzrə araşdırır.

İddialara görə, AHBAP dərnəyinin adı və ianə vədlərindən istifadə olunaraq zərərçəkənlərdən daşınmaz əmlaklar alınıb. Bildirilir ki, həmin əmlaklar əvvəlcə Haluk Leventin köməkçisi Yeliz Kayanın adına rəsmiləşdirilib, daha sonra isə digər şəxslərin adına keçirilib. İstintaq materiallarında bu sxem nəticəsində təxminən 60 milyon dollarlıq zərərin yarandığı irəli sürülür.

Prokurorluq həmçinin AHBAP adına müxtəlif hesablara böyük məbləğdə vəsait köçürülməsi, zəlzələ ianələrinin təyinatı üzrə istifadə olunmaması və bir hissəsinin xaricə çıxarılması ilə bağlı iddiaları da araşdırır. İstintaq sənədlərində Haluk Leventin köməkçisi Yeliz Kayanın şəxsi hesabına AHBAP dərnəyindən təxminən 120 milyon lirə köçürüldüyü iddia olunur.

Bundan başqa, dərnəyin qurucularından biri olan Alper Çelikin hesabları vasitəsilə 2020–2026-cı illərdə 990 milyon lirə məbləğində qanuni mərc oyunları oynanıldığı, nəticədə isə təxminən 390 milyon lirə itki verildiyi irəli sürülür. Müstəntiqlər bu əməliyyatların maliyyə axınları ilə əlaqəsini araşdırırlar.

Əməliyyat zamanı şübhəlilərə məxsus ünvanlarda aparılan axtarışlarda çoxsaylı rəqəmsal daşıyıcılar, nağd pul, qızıl-zinət əşyaları, çeklər, veksellər və müxtəlif sənədlər götürülüb.



Xəbərin oxunma sayı : 364




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap