“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Məşhur senatorun qəfil ölümü - Bir neçə saat əvvəl Trampla danışıb

Tarix 13.07.26, 10:34

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-nin Cənubi Karolina ştatından olan məşhur senator Lindsi Qrem dünən 71 yaşında qəflətən, ürək tutmasından vəfat edib.

Xarici mətbuat xəbər verir ki, senatorun ölümü həm ABŞ-da, həm də Avropada əks-səda yaradıb.

ABŞ Prezidenti Donald Tramp Lindsi Qremin ölümünə reaksiya verib.

"Senator Lindsi Qrem tanıdığım ən böyük insanlardan və senatorlardan biri, əsl Amerika vətənpərvəri idi", - deyə o, “Truth Social”-da yazıb.

Tramp ölümündən bir neçə saat əvvəl Qremlə danışdığını bildirib və qeyd edib ki, o, qısa bir zamanda vəfat edib: "Bəlkə də bu, həyatdan getməyin heç də ən pis yolu deyil".

Prezident mərhum senatoru yaxın müttəfiqi adlandırıb və onunla "bir ailə kimi" olduğunu qeyd edib.

Donald Tramp senator Qremin şərəfinə bütün Amerika bayraqlarının yarıya endirilməsini əmr edib. O, bunu özünün Truth Social səhifəsində yazıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Qremin qəfil ölümündən sonra başsağlığı verib. Qeyd edək ki, dəfələrlə Kiyevə səfər edən Qrem Respublikaçı senatorların arasında Ukraynaya ən çox dəstək verənlərdən biri kimi tanınırdı.

Qrem ürək-damar xəstəlikləri ilə əlaqəli ağırlaşmadan vəfat edib. Bu barədə onun ofisi məlumat yayıb. Ölümün ehtimal olunan səbəbinin aterosklerotik xəstəlik nəticəsində aorta yırtığının olması göstərilir. Buna baxmayaraq toksikoloji və mikroskopik müayinələr tamamlanmayınca, yekun rəsmi səbəb açıqlanmayacaq. Bu arada, bəzi media orqanlarında və sosial şəbəkələrdə senatorun mümkün zəhərlənməsi ssenarilərinə dair iddialar yayımlanmaqdadır.



Xəbərin oxunma sayı : 412




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap