“Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

Aİ Çindən asılılığı azaltmaq üçün “alət“ hazırlayır - “Bloomberg“

Tarix 13.07.26, 9:15

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı (Aİ) mümkün ticarət müharibəsi halında Çindən asılılığı azaltmağa çalışan şirkətlərə dəstək vermək üçün yeni mexanizmin hazırlanmasına başlayıb.

"Bloomberg" bu barədə agentlik mənbələrinə istinadən məlumat yayıb.

Hazırda Aİ-nin Pekinlə ticarət kəsiri 360 milyard avronu ötür və bu, üzv ölkələrin hər birinin iqtisadiyyatına mənfi təsir göstərir. Almaniya bu sahədə ən yüksək kəsir səviyyəsini nümayiş etdirir. Bununla yanaşı, Çin Avropanın müdafiə və avtomobil sənayesinin fəaliyyəti üçün vacib olan əsas resurslar - minerallar və çiplər üzərində nəzarəti saxlayır.

Aİ-nin strategiyasına aşağıdakılar daxil olacaq: Çini Avropadan idxalı artırmağa təşviq etmək cəhdləri; alternativ təchizatçıların tapılması üçün yeni alətlərin yaradılması; subsidiyalara dair araşdırmalardan fəal istifadə; Pekinin iqtisadi təzyiqinə cavab olaraq tarif və qeyri-tarif sanksiyalarının tətbiqi imkanı.

Lakin tələb olunan vəsaitin dəqiq həcmi hələ müəyyən edilməyib və bu baxımdan, planın həyata keçirilməsi maneə ilə üzləşə bilər.

Tərəflər danışıqlarda irəliləyiş əldə etmək üçün son tarix kimi oktyabr ayını müəyyən ediblər. Həmin ayda Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik məsələləri üzrə komissarı Maroş Şefçoviçin Çinə səfəri gözlənilir. Onun səfərinin nəticələri Brüsseldə keçiriləcək Aİ liderlərinin növbəti sammitində müzakirələrin əsasını təşkil edəcək.



Xəbərin oxunma sayı : 409




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap