Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Parçalanmış CHP-ni leqallaşdırmağa çalışırlar” - Dövlət Baxçalı

Tarix 02.06.26, 15:04

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı ana müxalifət partiyası olan Cumhuriyət Xalq Partiyası (CHP) daxilindəki parçalanma, qarşlıqlı ittihamlar və tərəflər arasındakı məhkəmə çəkişmələrinə dair sərt bəyanatlarla çıxış edib. Baxçalı CHP rəhbərliyinin addımlarını Türkiyə demokratiyasına təhlid adlandırıb.

Partiyasının toplantısında danışan MHP lideri müxalifət düşərgəsindəki gərginliyin ölkə siyasətinə mənfi təsir etdiyini vurğulayıb.

MHP lideri ana müxalifətin daxili böhran içində olduğunu bildirib: "CHP-də yaşanan proseslər bu partiyanın korporativ kimliyinə yaraşmayan bir səviyyədən demokratiyamıza zərər vuran bir nöqtəyə doğru irəliləyir. Gözləntimiz odur ki, cəmiyyətdəki sabitliyi və əmin-amanlığı pozacaq hərəkətlərdən qaçınılsın, cəmiyyəti parçalayan dil və üslubdan istifadə edilməsin".

Türkiyə siyasətinin zəiflədilməsinə göz yummayacaqlarını deyən partiya sədri vurğulayıb: "Türk siyasətinin və demokratiyasının aşınmasına icazə verilməməlidir. Gəldiyimiz nöqtədə parçalanmış bir CHP-nin qanuniləşdirilməsinə cəhd edildiyinin şahidi oluruq".

Məhkəmə prosesinin uzanmasının gərginliyi artırdığını qeyd edən Baxçalı, əlaqədar qurumları operativ olmağa çağırıb: "Məhkəmə qərarından apellyasiya instansiyası olan Ali Məhkəmə (Yargıtay) məsələnin həssaslığını nəzərə alaraq, bu etirazla bağlı qərarını tez bir zamanda verməlidir. Türkiyə siyasətinin və demokratiyasının hırpalanmasına göz yumulmamalıdır".



Xəbərin oxunma sayı : 313




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap