Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Azərbaycanda yeni komissiya yaradılıb - Sərəncam

Tarix 02.06.26, 10:57

Font ölçüsü : - / +
bitmap-img6


Nazirlər Kabineti strateji investisiya layihələrinin sürətləndirilmiş qaydada icrasının təmin edilməsi və qurumlararası əlaqələndirmənin gücləndirilməsi məqsədilə Komissiyanın yaradılması haqqında sərəncam verib.

AzFakt.com xəbər verir ki, sərəncamı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Komissiyanın sədri Baş nazirin müavini Şahin Mustafayev, sədr müavini iqtisadiyyat naziri Mikayıl Cabbarov, üzvləri isə maliyyə nazirinin müavini, iqtisadiyyat nazirinin müavini, ekologiya və təbii sərvətlər nazirinin müavini, energetika nazirinin müavini, ədliyyə nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, fövqəladə hallar nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini və Azərbaycan Mərkəzi Bankının sədr müavinidir.

Komissiyanın cari fəaliyyətinin təşkili məqsədilə Komissiyanın Katibliyi yaradılıb və Katibliyin funksiyasının həyata keçirilməsi İqtisadiyyat

Nazirliyinə həvalə edilib.

Komissiya nazirliyin apardığı ilkin qiymətləndirmənin nəticələrinə əsasən təqdim olunan strateji investisiya layihələrinə

baxılmasını və seçilməsini həyata keçirməli, seçilmiş strateji investisiya layihələrinin siyahısını illik əsasda təsdiq edilməsi üçün

Nazirlər Kabinetinə təqdim etməli, strateji investisiya layihələrinin icrası zamanı aidiyyəti qurumlar arasında əlaqələndirməni, yaranan institusional, inzibati, texniki və digər maneələrin operativ olaraq aradan qaldırılması üçün lazımi tədbirlərin görülməsini təmin etməli, strateji investisiya layihələrinin icrası ilə əlaqədar müvafiq təşviq tədbirləri, güzəşt mexanizmləri, infrastruktur dəstəyi, torpaq sahələrinin ayrılması, dövlət zəmanəti, subsidiya barədə və digər təkliflərini Nazirlər Kabinetinə təqdim etməli, ildə iki dəfə strateji investisiya layihələrinin icrası ilə bağlı məlumatı Nazirlər Kabinetinə təqdim etməlidir.

Müzakirə olunan strateji investisiya layihələrinin fəaliyyət istiqamətindən asılı olaraq, zəruri hallarda Komissiyanın üzvü olmayan digər dövlət orqanları (qurumları) Komissiyanın işinə cəlb oluna bilərlər.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.



Xəbərin oxunma sayı : 406




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap