Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Bəyannamələrdə saxtakarlıq, yüz minlərlə manatlıq vergi borcu - 3 il həbs

Tarix 01.06.26, 15:42

Font ölçüsü : - / +
bitmap-img6


Tərtərdə fəaliyyət göstərən sahibkar, külli miqdarda vergi ödəməkdən yayınan cəzalandırılıb.

Qaynarinfo xəbər verir ki, təqsirləndirilən şəxs Nəcəf Cəfərov (şərti) 2018-2019-cu illər ərzində Tərtər rayonunun Xoruzlu kəndində günəbaxan tumu, texniki yağ, şilot və suxari istehsalı, qablaşdırılması və satışı ilə məşğul olub. Araşdırmalar zamanı onun vergi orqanlarına təqdim etdiyi bəyannamələrdə gəlirləri qəsdən az göstərdiyi, bəzi hallarda isə ümumiyyətlə bəyannamə təqdim etmədiyi üzə çıxıb.

İttihama əsasən, sahibkar faktiki dövriyyəsini gizlədərək həm sadələşdirilmiş vergi, həm gəlir vergisi, həm də əlavə dəyər vergisi (ƏDV) üzrə dövlət büdcəsinə ödənilməli olan vəsaitləri ödəməkdən yayınıb.

Cinayət işi üzrə hesablamalara görə, o, 2018-ci ilin yanvar-may aylarında dövriyyəsini faktiki göstəricilərdən xeyli aşağı bəyan edib. Bundan başqa, günəbaxan tumu və texniki yağ satışından əldə etdiyi yüz minlərlə manat gəlirə görə müvafiq vergi öhdəliklərini yerinə yetirməyib.

İstintaq materiallarında göstərilib ki, təqsirləndirilən şəxs 2018-ci ilin iyun ayından 2019-cu ilin iyun ayınadək olan dövr ərzində ƏDV bəyannamələrini təqdim etməyərək, ümumilikdə 197 min manatdan çox ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayınıb.

İttiham tərəfinin hesablamalarına görə, dövlət büdcəsinə vurulan ümumi zərər 227 min 987 manat 60 qəpik təşkil edib.

Lakin Tərtər Rayon Məhkəməsi fərqli nəticəyə gələrək, təqsirləndirilən şəxsin dövlət büdcəsinə ödəməkdən yayındığı vergi məbləğinin 59 min 345 manat 95 qəpik olduğunu müəyyən edib. Məhkəmənin hökmü ilə Nəcəf Cəfərova hər ay qazancından dövlət nəfinə 20% pul tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Bu qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti, mülki iddiaçı isə apellyasiya şikayəti verib. Onlar hökmün ləğv edilməsini və təqsirləndirilən şəxs barəsində daha ağır hüquqi qiymət verilməsini tələb ediblər.

Apellyasiya instansiyası dövlət ittihamçısının protestini təmin edib, mülki iddiaçının şikayətini isə qismən təmin edib. Nəticədə Tərtər Rayon Məhkəməsinin hökmü ləğv olunaraq yeni hökm çıxarılıb.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsi (külli miqdarda vergiləri ödəməkdən yayınma) ilə təqsirli bilinib. Ona 1 il müddətinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum edilməklə, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.



Xəbərin oxunma sayı : 262




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap