Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

ABŞ İranda zərbələr üçün potensial hədəflərin yeni siyahısını hazırlayıb - KİV

Tarix 27.05.26, 12:05

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ ordusu Vaşinqtonun İrana qarşı əməliyyatları bərpa etmək qərarını qəbul edəcəyi təqdirdə zərbələrin endiriləcəyi potensial hədəflərin yeni siyahısını hazırlayıb.

Trend xəbər verir ki, bu barədə NBC telekanalı öz məlumatlı mənbələrinə istinadən informasiya yayıb.

Mənbələrin məlumatına görə, söhbət İran ərazisində gizli yerləşməsi və yüksək mühafizə səviyyəsinə görə vurulması böyük səylər tələb edən mürəkkəb obyektlərdən gedir.
Ətraflı

Bununla belə, telekanal qeyd edir ki, Pentaqonun belə siyahı hazırlaması ABŞ-nin yaxın vaxtlarda zərbə endirməyə hazırlaşdığı anlamına gəlmir. Siyahıdakı obyektlərə hücum ABŞ prezidenti Donald Trampın İranla danışıqlarla bağlı verəcəyi siyasi qərardan asılı olacaq.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb.

Aprelin 7-də ABŞ və İran hərbi eskalasiyanın qarşısını almaq və danışıqlar üçün imkan yaratmaq məqsədilə təxminən iki həftəlik, müvəqqəti atəşkəs barədə razılığa gəliblər.



Xəbərin oxunma sayı : 355




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap