Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

“Dünyada təxminən 800 milyon insan ifrat yoxsulluq şəraitində yaşayır“ - Quterreş

Tarix 27.05.26, 10:56

Font ölçüsü : - / +
bitmap-img6


Dünyada təxminən 800 milyon insan hələ də ifrat yoxsulluq şəraitində yaşayır.

APA xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreşin Pekində keçirilən Yoxsulluğun Azaldılması və İnkişaf üzrə Qlobal Forum iştirakçılarına ünvanladığı müraciətdə bildirilib.

“Qadınlar, uşaqlar və kişilər olmaqla 800 milyon insan – ucqar kənd icmalarından tutmuş sıx məskunlaşmış şəhər gecəqondularınadək – hələ də ifrat yoxsulluq şəraitində yaşayır”, – müraciətdə qeyd olunub.

Quterreş bildirib ki, münaqişələr, iqlim dəyişiklikləri, dərinləşən bərabərsizlik və ağır borc yükü həmin insanların vəziyyətini daha da çətinləşdirir.

BMT baş katibi hökumətləri layiqli iş yerlərinin yaradılmasına, keyfiyyətli təhsil və səhiyyəyə, kənd ərazilərinin dayanıqlı inkişafına və universal sosial müdafiə sisteminə investisiya yatırmağa çağırıb.

Bundan əlavə, Quterreş qlobal maliyyə sistemində islahatların vacibliyini vurğulayıb. O qeyd edib ki, inkişaf etməkdə olan ölkələrin inkişaf layihələrinə sərmayə yatırmaq üçün maliyyəyə və fiskal imkanlara, eləcə də beynəlxalq arenada daha geniş dəstək və təmsilçiliyə ehtiyacı var.



Xəbərin oxunma sayı : 334




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap