Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Zərdabda yağan leysan yağışları ciddi fəsadlar törədib - VİDEO

Tarix 27.05.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Zərdab rayonunda yağan leysan xarakterli güclü yağışlar ciddi fəsadlar törədib. Ən çox ziyan dəyən ərazilərdən biri rayonun Azərbaycan küçəsi olub.

Burada çoxmənzilli yaşayış binalarının zirzəmiləri, həyətyanı sahələri və küçələr su altında qalıb. Nəticədə nəqliyyatın hərəkəti dayanıb, sakinlərin binalara giriş-çıxışında ciddi çətinliklər yaranıb.

Yağan intensiv yağışlarla yanaşı, qrunt sularının qalxması da vəziyyəti daha da ağırlaşdırıb.

Rayon sakinləri mövcud vəziyyəti Baku TV-yə belə izah ediblər:


"Artıq 3-4 dəfədir belə hadisə baş verir. Amma bu dəfə lap güclü oldu. Bir az da çox yağsaydı, su evin içinə girərdi. Hazırda suyun səviyyəsi 30 santimetrdir, axşam isə daha çox idi".

Leysan yağışlarının yaratdığı oxşar problemlər Qumlu yaşayış massivində, eləcə də rayonun digər küçə və prospektlərində də müşahidə olunub.

Fəsadların aradan qaldırılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib.


 





Xəbərin oxunma sayı : 337




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap