Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

İran Heydərovlara məxsus rezidensiyanı vurdu - Nicat Heydərov təxliyə edildi

Tarix 29.03.26, 18:35

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ-İsrail-İran müharibəsini ilk günü İranın atdığı raketlərdən biri Heydərovlara məxsus 6 rezidensiyanın yerləşdiyi ərazinin yaxınlığına düşüb.

AzFakt.com xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb. O bildirib ki, ABŞ və İsrailin bombardmanlarına cavab olaraq İran fevralın 28-də Dubayı raket atəşinə tutub:

"Raketlərdən biri "Palm Jumeyra" süni adasına atılıb. Həmin ərazidə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğulları Nicat və Tale Heydərovlara məxsus, müharibədən əvvəlki dəyəri 30 milyon dollar dəyərində olan 6 rezidensiya yerləşir. Raket zərbəsindən ərazidə böyük dağıntı baş verib. Onun izləri Google Map üzərindən də aydın görünür. Zərbənin təsiri o qədər güclü olub ki, ətrafdakı binalara, o cümlədən Heydərovlara məxsus azı 2 rezidensiyaya zərər dəyib, şüşələri sınıb. Raket zərbəsi zamanı süni adada 4 nəfərin yaralandığı yerli hökumətin media ofisi tərəfindən təsdiqlənib". 

Adada raket zərbəsinin endirildiyi ərazidən bir neçə kilometr məsafədə isə Heydərovlara məxsus "Sofitel The Palm Resort & Spa" hoteli yerləşir. Məlumata görə, hotel heç bir zərər görməyib.

İranın "Palm Jumeyra"ya zərbə endirdiyi gün Nicat Heydərov Dubayda olub və dərhal Türkiyə üzərindən Azərbaycana təxliyə olunub.








Xəbərin oxunma sayı : 484




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap