Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

ABŞ-nın 5-ci Dəniz Donanması hədəfə alınıb - İsrailin 3 şəhəri bombalanıb

Tarix 29.03.26, 16:45

Font ölçüsü : - / +
bitmap-img6


İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) "Gerçək vəd – 4" əməliyyatının 86-cı dalğasını həyata keçirib.

"Report" İran mediasına istinadən xəbər verir ki, bu barərə SEPAH məlumat yayıb.

"ABŞ-nin "Viktoriya" (İraqda yerləşir), "African" (Küveytdə yerləşir), Əl-Dafra (BƏƏ-də yerləşir) və Əl-Xərc (Səudiyyə Ərəbistanında yerləşir) bazalarına hava zərbələri endirilib", - məlumatda bildirilib və qeyd olunub ki, hücumlarda raketlərlə yanaşı, pilotsuz uçuş aparatlarından (PUA) da istifadə edilib.

Əlavə olunub ki, "Gerçək vəd – 4" əməliyyatının 86-cı dalğasında İraqın Ərbil şəhəri atəşə tutulub: "Daha sonra ABŞ ordusunun bölgədəki məntəqələrinə zərbələr endirilib. ABŞ-nin 5-ci Dəniz Donanması hədəfə alınıb. İsrailin Nəqəb, Arad və Təl-Əviv şəhərləri bombalanıb".

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Martın 25-də ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.



Xəbərin oxunma sayı : 367




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap