“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

ABŞ-a İran dronlarını vurmaq neçəyə başa gəlir? - Nisbət 1-ə 10-dur…

Tarix 05.03.26, 18:51

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ və müttəfiqləri İran dronları ilə mübarizə aparmağı iqtisadi cəhətdən səmərəsiz hesab edirlər, çünki onlar geniş istifadə olunur və çox ucuzdur.

Yeniavaz.com xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
“Dronu vurmaq, onu havaya qaldırmaqdan daha baha başa gəlir. Hər atış üçün xərc nisbəti ən yaxşı halda 1-ə qarşı 10-dur”, - deyə dron istehsalçısı “Hylio” şirkətinin baş direktoru və həmtəsisçisi Artur Erikson qəzetə bildirib.
Məqalədə qeyd olunur ki, “Şahed” ailəsinə məxsus tək bir kamikaze dronun qiyməti 20 000 dollardan 50 000 dollara qədər dəyişir. Halbuki PUA-ları ələ keçirmək üçün istifadə edilən “Patriot” sistemlərindən tək bir atışın qiyməti 3 milyon dolları keçir.

ABŞ-nin daha ucuz bir variantı da var: “Raytheon Coyote” sistemi. Hər bir raketin qiyməti 126 500 dollardır ki, bu da xeyli ucuzdur, lakin yenə də “Şahed”dən bir neçə dəfə bahadır.

NYT həmçinin, dronların istiqamətini dəyişməyə və ya sıradan çıxarmağa imkan verən çoxsaylı başqa sistemlərin mövcud olduğunu da qeyd edir. Bunlara naviqasiya sistemlərini idarə edən və radiotezlikləri bloklayan avadanlıqlar, eləcə də, dronları sıradan çıxarmaq və ya onların istiqamətlərini dəyişmək üçün mikrodalğa və ya lazerdən istifadə edən sistemlər daxildir. Bu cür əks tədbirlər daha ucuzdur, lakin onların effektivliyi qeyri-müəyyəndir.



Xəbərin oxunma sayı : 415




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap