“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Biləsuvarın icra başçısı qalmaqallı şadlıq sarayında iftar süfrəsi təşkil edir - FOTO

Tarix 05.03.26, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Biləsuvar Rayon İcra Hakimiyyəti fiziki şəxs Muxtarzadə Səbuhi Əlirahim oğlu ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo-nun məlumatına görə, müqavilədə iftar süfrəsinin təşkil edilməsi nəzərdə tutulur.

Müqavilənin maliyyə dəyəri 7 192 manatdır.

Satınalma proseduru birmənbə metodu ilə həyata keçirilib. Bu baxımdan iftar süfrəsinin neçə nəfər üçün nəzərdə tutulduğu məlum deyil.

Araşdırmalarımız zamanı məlum olub ki, Səbuhi Muxtarzadə Biləsuvar rayonunun Xırmandalı kəndində fəaliyyət göstərən "Nur” şadlıq sarayının sahibidir.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ötən il "Nur” şadlıq sarayında yoxlama aparıb.
 

Yoxlama zamanı şadlıq sarayında texnoloji ardıcıllıq prinsipinin pozulduğu, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, mətbəx sahəsində havalandırma sisteminin quraşdırılmadığı, işçi masalarının korroziyaya davamlı və paslanmayan materialdan təşkil edilmədiyi, yemək hazırlanan qazanların sanitar-gigiyenik vəziyyətinin tələblərə cavab vermədiyi, mətbəxdə döşəmənin və qida məhsullarının saxlanıldığı soyuducu kameranın tavanının asan yuyula bilən gigiyenik materialla üzlənmədiyi, emal sahəsində drenaj sisteminin mövcud olmadığı, qida tullantılarının ağzı kip bağlanan qablara toplanmadığı, mütəmadi olaraq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, ictimai iaşə obyektinin mətbəxində işlərin görülməsi və xidmətlərin göstərilməsi nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
AQTA-nın məlumatında "Nur” şadlıq sarayının insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı qeyd edilib. Obyektdə sağlamlaşdırma işləri aparıldıqdan sonra fəaliyyəti bərpa edilib.
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovdur. O, 2020-ci ildən rayona rəhbərlik edir.





Xəbərin oxunma sayı : 433




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap