“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Özəl universitetlər necə idarə olunur? - Rektor, prorektor və qohumlar...

Tarix 03.03.26, 21:58

Font ölçüsü : - / +
bitmap-img6


Son illər Azərbaycanda özəl ali təhsil müəssisələrinin rəhbər strukturlarında ailə üzvlərinin təmsil olunması diqqət mərkəzinə düşür...

AzFakt.com xəbər verir ki, prorektor, rektor və icraçı vəzifələrdə çalışan şəxslərin universitet sahiblərinin ailə üzvləri olduğu müşahidə olunur.

Bakı Avrasiya Universitetinin Tədris işləri üzrə prorektoru Nigar Hüseynova 2016-cı ildən bu vəzifəni icra edir. O, 1983-cü ildə Gədəbəy rayonunda anadan olub, Nizami rayonu M.Rüstəmov adına 32 saylı orta məktəbi bitirib. Avrasiya Universitetində 2004-cü ildə bakalavr, 2006-cı ildə magistratura təhsilini başa vurub. Dünya ədəbiyyatı fənnini tədris edən Nigar Hüseynova universitetin rektoru və sahibi Nazim Hüseynovun qızıdır.

Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru Ülkər İsayeva psixologiya sahəsində Türkiyə, İtaliya və ABŞ-da təhsil alıb. O, universitetdə Psixologiya fənnini tədris edir və daha əvvəl İnsan Resursları departamentinin direktoru vəzifəsində çalışıb. Ülkər İsayeva Xəzər Universitetinin rəhbəri tanınmış alim Hamlet İsaxanlının qızıdır.

Azərbaycan Kooperasiya Universitetində də oxşar vəziyyət mövcuddur. Universitetin Beynəlxalq əlaqələr və təlim-tərbiyə işləri üzrə prorektoru Aygün Quliyeva 1984-cü ildə Bakıda anadan olub. Avropa liseyini bitirdikdən sonra Bakı Dövlət Universitetində təhsil alıb, beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi əldə edib. 2010-cu ildə İqtisad üzrə fəxri doktor adına layiq görülüb. Universitetin rektoru və sahibi Eldar Quliyevdir və Aygün Quliyeva onun qızıdır.

Qərbi Kaspi Universitetində İcraçı prorektor vəzifəsini Rəşad Bağırov tutur. O, universitetin sahibi Hüseynqulu Bağırovun oğludur.

Bakı Qızlar Universitetinin hazırkı rektoru Sevinc Rəhimova 1997-ci ildən etibarən bu ali təhsil müəssisəsində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Pedaqogika fənnini tədris edən Sevinc Rəhimova universitetin sahibi Ağarəhim Rəhimovun qızıdır.

Odlar Yurdu Universitetinin İdarəetmə Şurasının sədri Samir Vəliyev də universitet sahibi ilə ailə bağları olan rəhbərlər sırasındadır. 1972-ci ildə Bakıda anadan olan Samir Vəliyev Bakı Dövlət Universitetində hüquq təhsili alıb, uzun illər prorektor, nazir müşaviri və dövlət strukturlarında rəhbər vəzifələrdə çalışıb. O, hazırda Milli Məclisin deputatıdır və universitetin sahibi Əhməd Vəliyevin oğludur.
Azərbaycan Universitetinə isə mərhum nazir Fazil Məmmədovun qızı Selcanxatun Məmmədova rəhbərlik edir. Bakı Biznes Universitetindəki isə fərqli yanaşma mövcuddur. Universitetin sahibi və rektoru İbad Abbasovdur və onun övladları universitetin idarəçiliyində iştirak etmirlər. (Nocomment.az)



Xəbərin oxunma sayı : 289




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap