“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

“Referans”ın baş həkimi şantajda ittiham olunur - Ülya Quliyeva həkimin telefonuna niyə təhdid mesajları atırmış?

Tarix 03.03.26, 20:15

Font ölçüsü : - / +
bitmap-img6


“Referans Weelbeing Center”in baş həkimi Ülya Quliyevanın həbsi istənilib.

AzFakt.com xəbər verir ki,Teleqraf-ın əldə etdiyi məlumata görə, onunla bağlı xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət olunub.

Ülya Quliyeva ilə bağlı xüsusi ittiham qaydasında şikayət verən də həkimdir. Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində çalışan həkim şikayət ərizəsində qeyd edib ki, bir neçə il əvvəl “Referans”ın Nəsimi filialında baş həkim vəzifəsində çalışan Ülya Quliyeva ilə tanış olub, onun rəhbərlik etdiyi filialda saat hesabı həkimlik fəaliyyəti göstərib.

2025-ci ilin dekabr ayından etibarən isə Ülya Quliyeva əvvəlcə vatsapda müxtəlif yazılı və səsli mesajlar göndərərək, onun şəxsi həyatına aid məlumatları “İnstagram” sosial şəbəkəsində paylaşacağını bildirib. Ülya Quliyeva tərəfindən təhdid olunduğunu bildirən həkim, səs yazılarında onu təhqir etdiyini, ləyaqətini alçaldan ifadələr işlətdiyini iddia edib.

Milli Onkologiya Mərkəzinin həkimi şikayətində Ülya Quliyeva tərəfindən şantaj olunduğunu bildirsə də, sonradan şikayətini geri çəkib. Bu səbəbdən məhkəmə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edib.



Xəbərin oxunma sayı : 322




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap