“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Müşfiq Abbasov bu statuslarına görə həbs edilib - Çingiz Abdullayev, “Epşteyn işi”...

Tarix 03.03.26, 18:57

Font ölçüsü : - / +
bitmap-img6


Bakı şəhər prokurorluğunun keçmiş müstəntiqi Müşfiq Abbasovun həbsinin detalları məlum olub.

AzFakt.com Lent.az-a istinadən xəbər verir ki, Müşfiq Abbasov məhkəmədə deyib ki, ittiham tərəfinin təqdim etdiyi sübutlarla tanış olub.

Qeyd edib ki, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 14 il Azərbaycan Respublikasının Baş Prokurorluğunda çalışıb, mühüm işlər müstəntiqi olub. Həmçinin yazıçılıq edib və bir neçə kitabın müəllifidir.

M.Abbasov bildirib ki, ittiham olunduğu faktlardan biri Azərbaycan Yazıçılar Birliyi və Xalq yazıçısı Çingiz Abdullayevlə bağlı yazdığı statusdur: “Keçən il belə bir status yazmışdım: Ümumiyyətlə, yazıçılar birliyi ictimai təşkilatdır, lakin öz nizamnaməsinə uyğun hərəkət etmir. Belə ki, yazıçılar birliyinə azı iki kitabı nəşr olunmuş şəxs üzv ola bilər”.

M.Abbasov deyib ki, o statuslarında konkret ad çəkməyib: “Lakin bu gün burada ad çəkəcəm. Məsələn, keçmiş vəkil Adəm Məmmədovun cəmi bir kitabı çıxmışdı və Yazıçılar Birliyinin üzvü idi. Əgər Birlik nizamnamə ilə idarə olunursa, niyə mənim iki-üç kitabım çıxdığı halda Yazıçılar Birliyi məni üzvlüyə qəbul etmir. Anar bəy deyir ki, o, yazıçılar birliyinə insan qəbul etmir. Ancaq bir kitabı çıxmış şəxsi yazıçılar birliyinə qəbul edir. Bununla bağlı mən öz müstəqil fikrimi və iradımı yazmışam. Demişəm ki, Çingiz Abdullayev hüquq elmləri doktorudur. Detektiv yazardır. Mən hüquqşünas yazıçı kimi yüzlərlə insanın hüquqi sualını təmənnasız cavablandırmışam, kömək etmişəm, yol göstərmişəm. Amma hüquq elmləri doktoru olan Çingiz Abdullayev bir nəfərə hüquqi məsləhət veribmi?”

M.Abbasovun ittiham olunduğu növbəti statusu “Epşteyn işi” ilə bağlı olub:

“Mən demişəm ki, bizdə Epşteyn kimi varlılar var. Birincisi, mən ad çəkməmişəm, ünvan göstərməmişəm. Epşteyn işi hazırda bütün dünyada müzakirə olunan işdir. Yəni mən, bir yazıçı kimi öz fikrimi bildirmişəm ki, Epşteyn xasiyyətli, Epşteyn təfəkküründə bizdə də insanlar var. Amma zərərçəkənlərin şikayəti olmasa, bunu hüquq-mühafizə orqanları aşkara çıxara bilmir. İndi bu Epşteyn sözü kiminsə xoşuna gəlməyibsə, bu başqa məsələ”.

M.Abbasov deyib ki, onun ittiham olunduğu statuslarından biri də İsa Həbibbəylinin “çətir tutan köməkçisi” ilə bağlı olub.

Məhkəmə bu qənaətə gəlib ki, Müşfiq Abbasov “Facebook” sosial şəbəkəsində “Mushfiq Abbasov”, “İnstagram” sosial şəbəkəsində “abbasov_mushfiq_” səhifələrində, “Youtube” sosial şəbəkəsində qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməklə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törədib. O, buna görə də 15 gün müddətinə inzibati qaydada həbs edilib.



Xəbərin oxunma sayı : 295




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap