“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İxtisas yox, iddia var:Ekologiya nazirliyində mümkün qanun pozuntusu

Tarix 10.02.26, 21:33

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün cənab Prezidentin sərəncamı ilə Rəşad İsmayılov Ekologiya və Təbii Sərvətlər naziri təyin edildi. Bu təyinat fonunda Nazirlik daxilində uzun müddətdir dolaşan qeyri-şəffaf kadr oyunları, pərdəarxası razılaşmalar və qanuna uyğun olmayan sxemləri yenidən gündəmə gəlib. Redaksiyamıza daxil olan qeyri-rəsmi, lakin ciddi mənbələrə əsaslanan məlumatlara görə, Meşələrin İnkişafı Xidmətinin rəisi Ramiq Əşrəfov uzun müddət nazir postuna yiyələnmək üçün sistemli şəkildə cəhdlər göstərib.

Məlumatlarda bildirilir ki, Ramiq Əşrəfov nazir təyin olunandan sonra, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landştaft Quruluşu” ASC-nin nəzdindəki Suvarma sistemlərinin istismarı və təmiri idarəsinin direktoru, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə iki epizodda adı keçən, barəsində dələduzluq ittihamları səsləndirilən Xəqani İsmayılov, onun yerinə təyin edilməli idi.Rəşad İsmayılovun nazir təyin olunması,Xəqani İsmayılovun "xam xəyallarını" puça çıxardı.

Daha da narahatedici məqam Xəqani İsmayılovun təhsil və ixtisas uyğunluğudur. Mediatv.az xəbər verir ki, o, Azərbaycan Biznes Universitetinin məzunudur. Bu ali məktəb uzun illərdir ölkədə ən aşağı reytinqli universitetlər sırasında göstərilir.

Ekologiya, suvarma, infrastruktur və mühəndislik sahəsində strateji əhəmiyyət daşıyan bir idarəyə bu cür təhsil bazası olan şəxsin təyin olunması,“Dövlət qulluğu haqqında” Qanunun,eləcə də idarəetmədə peşəkarlıq və səmərəlilik prinsiplərinin açıq şəkildə pozulması deməkdir.Ortaya çox ciddi və təhlükəli mənzərə çıxır, təhsil zəif, reputasiya şübhəli, iddialar isə ölçüyəgəlməz dərəcədə böyükdür.

Ekologiya və təbii sərvətlər sahəsi milli təhlükəsizlik, ətraf mühitin qorunması və gələcək nəsillərin maraqları ilə birbaşa bağlıdır. Bu sahədə vəzifələrin alver predmetinə çevrilməsi, şəxsi ambisiyaların dövlət maraqlarından üstün tutulması artıq sadəcə problem yox, cinayət riskidir.Nazirliyin kadr siyasəti şəxsi ambisiyalar,qeyri-mütəxəssislər, savadsızlar,adı dələduzluqda keçən və şübhəli fiqurlar üzərindən qurula bilməz.

 Onu da bildirək ki,Xəqani İsmayılovun təhsil ixtisası və peşə hazırlığı suvarma, meliorasiya və ya landşaft quruculuğu sahəsi ilə heç bir uyğunluq təşkil etmir. Bu fakt artıq subyektiv yanaşma deyil, müvafiq qanunvericiliyin tələbləri fonunda açıq hüquqi ziddiyyətdir.

Məsələ ondadır ki, Azərbaycan qanunları dövlət və yarımdövlət strukturlarında əmək münasibətlərinin istənilən formada “özbaşına” qurulmasına yol vermir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsi (əmək münasibətlərinin əsas prinsipləri) açıq şəkildə müəyyən edir ki,əmək münasibətləri işin xarakterinə uyğun peşə hazırlığı, ixtisas və bacarıqlar əsasında qurulmalıdır. Yəni vəzifə əvvəlcədən müəyyən edilmiş sahə bilikləri və peşə səriştəsi tələb edirsə, həmin tələblər formal yox, məcburi hüquqi şərt sayılır.

Daha da konkret desək, Əmək Məcəlləsinin 16-cı maddəsi (əmək müqaviləsinin bağlanmasında məhdudiyyətlər) birbaşa bildirir ki, işin yerinə yetirilməsi üçün xüsusi ixtisas hazırlığı tələb olunur və müvafiq hazırlığı olmayan şəxslə əmək müqaviləsi bağlana bilməz.

Suvarma sistemlərinin istismarı və təmiri kimi mühəndislik, texniki və ekoloji risk daşıyan sahədə bu norma xüsusilə aktualdır. Burada söhbət sadəcə kabinet işi yox, torpaq, su ehtiyatları, meliorasiya infrastrukturu və dövlət əmlakının təhlükəsizliyindən gedir.Yeni təyin olunan nazirin qarşısında duran əsas və ən çətin suallardan biri də məhz budur: O, nazirliyi ixtisassız, şübhəli reputasiyaya malik,adı dələduzluq əməllərində keçən və qeyri-rəsmi sövdələşmələrlə irəli çəkilməyə çalışan şəxslərdən təmizləyə biləcəkmi?

Qarşı tərəfin cavab haqını tanıyırıq.



Xəbərin oxunma sayı : 262




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap