|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Sabiq deputatın Ramiz Mehdiyevə gizli məktubu yayıldı - Sensasiyalı adlar + TAM MƏTN
Tarix 06.05.24, 19:41 |
|
Sabiq deputat, eks-səfir Elmira Axundovanın Ramiz Mehdiyevə ünvanladığı, “hörmətli Ramiz müəllim, yalnız sizin oxumağınız üçündür” girişli, “siz mənim dostum və ağsaqqalımsız” sözləri ilə zəngin, hər sətri 1937-ci ilin danosunu xatırladan məktubu ortaya çıxıb. Gizli məktub Prezident Administrasiyasında 15244 nömrə ilə qeydiyyatdan keçib, Ramiz Mehdiyevə təqdim olunub.
AzFakt.com “musavat.com”-a istinadla həmin məktubun tərcüməsini təqdim edir:
Hörmətli Ramiz müəllim!
Bu məktub sırf şəxsidir, yalnız sizin oxumağınız üçündür. Yenə məcbur olub sizə müraciət edirəm ki, mənə ailəmin cismindəki bu bədxassəli şişin – Fərman Məmmədovun öhdəsindən gəlməkdə köməklik göstərəsiniz. 3 ildən artıqdır ki, mənim qanımı içir, (o cümlədən sizə) saysız-hesabsız yalan və böhtan dolu məktublar göndərir. O, uzun müddət ailəmizə yaxın olub, mənim etibarımı qazanıb, indi də öz xeyrinə redaktələr edib, hoqqabazlıq edərək, mətbuatda, müxalifət saytlarında şəxsi videolarımızı, fotolarımızı dərc edir.
Oğlum o videolarda istirahət edir, bu qızla zarafatlaşır, “banan”da üzür
Elnur İbrahimovun (pul mənimsəyən piramidanın yaradıcısı) işi üzrə istintaq başa çatıb, sübut olunub ki, bizim bu Fərmana heç bir borcumuz yoxdur, əksinə, hələ də bizə 100 mindən çox borcu var. Onun bütün yalanları üzə çıxdı, həm məhkəmədə, həm də istintaqda ziddiyyətli ifadələr verdi, bütün əlaltıları ondan uzaqlaşdılar. Və beləliklə o, tam dəli, sadəcə olaraq onun təxribatlarına boyun əymədiyimiz üçün bizdən qisas almaq üçün (1 il əvvəl ölən qızın qohumlarından alıb) oğlumun bəzi videolarını Meydan TV-də yayımlamağa başlayır. Oğlum o videolarda istirahət edir, bu qızla zarafatlaşır, “banan”da üzür (su əylənsi üçün banan şəkilli predmet), hovuzda və s. Orada xüsusi bir şey yoxdur, xüsusən kriminal bir şey, oğlum narkoman deyil, o siqaret belə çəkmir, xaricdə hesabı və villası yoxdur. Gecə-gündüz işləyir, 3 uşağı dolandırmaq üçün çalışır, mənə də kömək edir.
Ramiz müəllim, onun bu anti-PR-a nə qədər pul xərclədiyini bilsəydiniz!
... Amma bu avara Fərmanın Prezidentə bir qəpiklik xeyri dəymir və əfqanların pulundan, malından varlanıb (bizdə bütün dəlillər var), bizə də gecə-gündüz böhtan atır.Onu bizim oliqarxlar maliyyələşdirir! İdman naziri Azad Rəhimov və onun dostu Elçin Hüseynov Fərmana məxsus binalarda almazlarını və zəngin ev dizaynı əşyalarını satırlar. Bir dəfə Fərman özü mənə dedi ki, onlardan ayda 12-15 min dollar alır. Və bu pulla bütün həyatını Azərbaycanın imicinin möhkəmlənməsinə həsr etmiş olan mənə qarşı işləyir. Yəni Fərman faktiki olaraq müxalifətə işləyir. Ramiz müəllim, onun bu anti-PR-a nə qədər pul xərclədiyini bilsəydiniz!
Bu o deməkdir ki, onlar üçün pul və qazanc…
Bir neçə dəfə Azad Rəhimovdan komsomol illərindən dostu olan Fərman Məmmədovu sakitləşdirməsini və Fərmanın gəlir mənbələrini itirməsi üçün bu lənətlənmiş ofisindən getməsini xahiş etdim. Azad Rəhimov dedi ki, biz oranı çox bahalı təmir etmişik, oradan niyə getməliyik? Bu o deməkdir ki, onlar üçün pul və qazanc bir qadının, prezidentin komandasına daxil olan dövlət xadiminin nüfuzundan daha vacibdir.
Mirşahinin rəhbərlik etdiyi “Real TV” “Meydan TV” ilə birgə xora qoşulub
Buradan biz çox uzaqgedən nəticələr çıxara bilərik. İndi də bu pullar “Meydan TV”-yə işləyir və məndə məlumat var ki, Fərman və onun dəstəsi də dövlətimizin əleyhinə işləyir, müxalifətə sponsorluq edir. "KQB" bu əlaqələri aşkar edə bilərdi. Fərman “Gündəlik Bakı”nın baş redaktoru Habil Vəliyevlə əlaqə saxlayır və bu reket qəzetdə bizim əleyhimizə yazılar dərc etdirirdi. İndi Fərman və onun əlaltıları “Azadlıq”la, Emin Milli ilə Mirşahində işləyən Afət Telman qızı vasitəsilə ona materiallar göndərirlər. O, sosial şəbəkələrdə günlərlə haqqımızda nifrət dolu yazılar yayan Fərmanın “əlaltısı”nın – Şahin Məhərrəmlinin əmisi qızıdır. İndi də Mirşahinin rəhbərlik etdiyi Real TV Meydan TV ilə birgə xora qoşulub.
Mirşahinin də Emin Milli ilə əlaqə saxladığı və Azərbaycandan ona material ötürdüyü ortaya çıxsa, təəccüblənmərəm. Təsəvvür edin, mən deputat, xalq yazıçısı ona bütün günü-axşam zəng vururam, o da mənə yazır ki, məşğuldur, yoldadır və s…
Heç geri zəng etmədi. Və onun müxbiri Ləman Ələşrəfqızı (açıq-aşkar müxalifətçi) bu videonun efirdən çıxarılmasını tələb edəndə mənə mühazirə oxudu, dedi ki, sən mənə göstəriş verirsən? Onların hamısı belə dəli olub! Siz də ona yenidən efir verdiniz. Tamamilə boş şeydir, o, problem yaradan və etibarsız biridir. Belə insanlar üçün müqəddəs heç nə yoxdur. Real TV-nin əməlləri ilə bağlı Nuşirəvan Məhərrəmliyə şikayətin surətini əlavə edirəm. Hüquq-mühafizə orqanlarına ciddi göstəriş versəniz, ləyaqətli insanları ləkələməklə məşğul olan, dövlət çevrilişinin olmasını gözləyən bütün bu şəbəkəni ifşa edəcəklər.
Ramiz müəllim, bu Fərman Məmmədov belə qüdrətlidir?
Doğrudanmı bütün ölkədə bu dəlinin qarşısını alacaq və mənim adımı qoruya biləcək bir adam yoxdur? İki ay əvvəl prezident mənə ənyüksək yazıçı adını verməklə mənə böyük etimad göstərdi. İndi isə mənə qarşı səlib yürüşü birbaşa və ya dolayısı ilə cənab prezidentə qarşı yönəlib. Mən belə başa düşürəm. Oğlumla mənim əlimizdə Fərman Məmmədovun 90-cı illərdəki və bugünkü çirkin maxinasiyaları ilə bağlı onlarla fakt var. "Əfqanlar" (Əfqanıstanda döyüşmüş veteran azərbaycanlılar - Red.) bir vaxtlar ondan fırıldaqlarına görə qisas almağa and içmişdilər. İndi də özünü kasıb və bədbəxt kimi göstərir. Bu zavallı keçmiş əfqan veteranının Həbibə verdiyini iddia etdiyi 600 min manatı haradan aldığını soruşmaq maraqlı olardı. Hardan alıb Həbibə verdi? Bütün bu faktları və məlumatları müvafiq orqanlar sözlə deyil, ciddi şəkildə dövlət əleyhinə çalışan, oliqarx süfrəsindən qidalanan bu qara şəxsiyyəti araşdırmağı öz üzərinə götürsələr, təqdim edə bilərik. Keçmiş əfqanlar Fərmanın Beynəlmiləl Döyüşçülər Cəmiyyətinin İdarə Heyətinin razılığı olmadan qanunsuz olaraq özəlləşdirdiyini sübut edən sənədlərlə Ədliyyə Nazirliyində olublar. Amma onlara ciddi qulaq asmadılar. Və hər yerdə belədir - onlar bizə rəğbət bəsləyirlər, amma bizə ona baş qoşmamağı məsləhət görürlər.
Bu Fərman Məmmədov belə qüdrətlidir? Bir sözlə, hamı mənə rəğbət bəsləyir, bəzi deputatlar, onlar da oliqarxdır, hər şeyin pulunu ödəməyə öyrəşiblər, mənim də bu məsələ ilə bağlı çox ciddi sübutlarım var ki, onlar ana müxalifət qəzetlərinə ayda 10 min dollar verirlər ki, onlar haqqında yazmasınlar, onlar mənə Fərmana pulu verməyi məsləhət görürlər, bir başqaları isə susur, cavab vermir və s.
“Aaa, yenə Elmira Axundovanın oğlu ilə bağlı video qoyublar, aaa, gör necədirlər? Necəyik?”
İndi nə baş verir? Hamı sevinir və sakitcə əllərini ovuşdurur. Mən “Xalq yazıçısı” adına layiq görüləndən sonra hamı xüsusilə qəzəbləndi: "Aaa, yenə Elmira Axundovanın oğlu ilə bağlı video qoyublar, aaa, gör necədirlər?" Necəyik?
Hər kəsin rəsmi olaraq ikinci, üçüncü olmasa da, arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsənsə, adlarını da çəkim?
Oğlum bu günə kimi qanunsuz bir iş görməyib, yol polisində bir dəfə də olsun töhməti yoxdur, heç kimi öldürməyib, soyğunçuluq etməyib. İcarə müqaviləsində icarə məbləğini aşağı göstərən Fərmandan fərqli olaraq, oğlum kiçik biznesindən müntəzəm olaraq kifayət qədər böyük vergilər ödəyir və həqiqətən də ölkə iqtisadiyyatına kömək edir. Yaxşı, qanuni arvadından başqa bir qızla maraqlandı (Azərbaycan kişiləri arasında o qadınları kim sevmir), demək olar ki, hər kəsin rəsmi olaraq ikinci, üçüncü olmasa da, arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsinizsə, adlarını da çəkim?
Azərbaycanın bütün polisləri oğlum Həbibə pərəstiş edir
Yaxşı, o, ekstremal idman növlərini - paraşüt, snoubord və s. sevir. Azərbaycanın bütün yol polisləri, bütün polisləri oğlum Həbibə pərəstiş edir. O, bizneslə məşğul ola bilir və biznesi necə təşkil etmək barədə maraqlı fikirləri var. Gecə-gündüz işləyir, prezidentini ürəkdən sevir və sosial şəbəkələrdə onun imici xeyrinə çox iş görür. Amma onun günahı deyil ki, bu canavar, bu ruhi xəstə Fərman adlı biri onun yolunda dayandı. Həm də təbii ki, müxalifət prezident seçkiləri kampaniyası zamanı səssiz qalmayan, bütün bu sosial şəbəkələri və sairəni pis, insanlıqdan kənar adlandıran anasına görə ondan qisas alır.
“Ana, nə baş verir?”
İndi də ölkəsini və prezidentini sonsuz (və ən əsası, səmimi) sevən bu yaradıcı, uğurlu insan məndən soruşur: “Ana, nə baş verir? Öz anasını bir manata satmağa hazır olan pullu cızma-qara yazanların bizə nə etdiyi niyə heç kimin vecinə deyil? Nə vaxta qədər mənim çirkli paltarlarımın içində eşələnib eyni şeyi yaza bilərlər?” O, hüquqlarını qoruya bilmədiyi ölkədən getmək istəyir. O, həyatını vətənsiz təsəvvür edə bilməsə də, ölkəni tərk etmək istəyir. Mən isə ondan sonra gedəcəm, çünki Bakıda başqa qohumum qalmayıb. Çünki o mənim yeganə dayağım və ümidimdir, çünki son saatımda məni çiyinlərində daşıyacaq... Mənə qarşı kampaniyaya yol verənlərin cəzalandırılmasına köməklik göstərin. Həqiqətən ümid edirəm ki, siz mənim Azərbaycan dövlətçiliyinin təbliğinə verdiyim töhfələri başqalarından daha yaxşı başa düşən dostum və ağsaqqalım kimi mənim adımı qorumağa və mənə qarşı kampaniyaya yol verənlərin cəzalandırılmasına köməklik göstərəcəksiniz.
“Fərman Məmmədov kimdir?” kod adı ilə yazılar təşkil etmək olar
Axı bunun üçün müxtəlif yollar var: müvafiq idarələrə göstəriş verə bilərsiniz ki, hökumət mətbuatında “Fərman Məmmədov kimdir?” kod adı ilə yazılar təşkil etsinlər. Məsələn, “Azərbaycan”, “Xalq” qəzetləri araşdırma apara bilər. Onun haqqında o qədər mənfi faktlar var ki! Belə ki, Ədliyyə Nazirliyi nəhayət, "əfqanların" açıqlamalarına ciddi reaksiya versin və onların ümumi yığıncağı keçirilən zaman Fərman Məmmədovun onlardan sənədləri necə alması ilə bağlı araşdırma aparsın. Əmlak Komitəsindən yoxlanılsın ki, belə böyük dövlət obyektini o, necə özəlləşdirib və s...
Tədbir görməsəz, mətbuat konfransı keçirib kartları açacağam!
Əgər Fərman Xeyrulla oğlu Məmmədov barəsində tədbir görülməsə, sentyabrın əvvəlində oğlumla birgə mətbuat konfransı keçirəcəyik, sonra bütün kartlarımı ortaya qoyacağam, ona sponsorluq edən oliqarxların adlarını açıqlayacağam, prinsipcə onların bizneslə məşğul olmaq hüququ yoxdur və s. və i. Bizim itirəcəyimiz heç nə yoxdur, amma onların itirəcəkləri var. Ümid edirəm ki, siz məni başa düşəcək və ədaləti tapmağa kömək edəcəksiniz. Çünki bir daha deyirəm, bu kampaniya təkcə mənə qarşı deyil, hökumətimizin və prezidentimizin ən uğurlu və istedadlı PR mütəxəssislərindən birinə qarşıdır. Düşmənlər cəzalandırılmalıdır ki, başqalarına da görk olsun.
Xəbərin oxunma sayı : 1708
Gündəm
Xəbərlər
-
Bizim energetika sahəsində çox böyük planlarımız var - Prezident
-
Xerson raket atəşinə tutuldu: ölən və yaralananlar var
-
Qəbiristanlığı bəzəyən dəbdəbəli məzar daşları: Bəs dini baxımdan düzgündürmü?
-
“Bu, iki xalq üçün çox uğurlu bir görüşdür” - İbrahim Rəisi
-
Vətəndaş kibercinayətkarların tələsinə belə düşdü - 25 min manat itirdi
-
İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir - İlham Əliyev
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi - FOTOLAR
-
Hava ilə bağlı xəbərdarlıq - Leysan, şimşək, dolu...
-
Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi - FOTOLAR
-
Əlil arabasına möhtac qalan Tağı Əhmədovun son görüntüsü - FOTO
-
Gəncədə musiqi məktəbi niyə boşaldılıb? – Nazirlikdən açıqlama
-
Azərbaycanın bəzi bölgələrində qar yağıb - FAKTİKİ HAVA
-
Rusiyanın “dərin dövləti” haqda sensasion iddia - ADLAR
-
Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...
-
Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər - SƏBƏB
-
Aygün Kazımovanı bir də belə görün - Fotolar
-
Çempionlar Liqasının 14 rekordçusu - SİYAHI
-
Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO
-
“Hər il 10 minə yaxın tələbə diplom ala bilmir“ - VİDEO
-
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?
-
“Ukrayna ABŞ-dən Rusiyadakı hərbi obyektləri vurmaq üçün icazə alıb” – WSJ
-
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
-
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
-
Rəşad Nəbiyev Şəki şəhərində vətəndaşları qəbul edib - FOTO
-
Səudiyyə Ərəbistanında uzun illər sonra bir ilk - FOTO
-
“Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də biznesdir” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
-
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi - FOTO
-
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək? - ARAŞIDRMA
-
Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var - Taleh Kazımov
-
Zurabişvili “xarici agentlər“ haqqında qanuna VETO QOYDU
-
Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - VİDEO
-
“Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir“ - Lavrov
-
Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı - Nazir əmr imzaladı
-
Zəngilan məscidindən görüntülər - VİDEO
-
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - FOTO
-
“Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir“ - Lavrov
-
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - FOTO
-
“Bu ölkəni bu cür axmaqlar idarə edir” - Tramp
-
Qarabağ Universitetinin bukleti hazırlanıb - Fotolar
-
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib - Başqanın müavinləri məlum oldu
-
Yeni kənd və qəsəbələrin təməli qoyuldu, məscidin açılışı oldu - FOTOLAR
-
Şahdağa qar yağıb, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Ramiz Tahirovun yerinə təyin olunan general-mayor kimdir? - DOSYE
-
Buna cəhd edənlər əzilməlidir - Baxçalıdan sərt mesaj
-
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak etdi - FOTOlAR
-
Yağış yağacaq, dolu düşəcək – Sabahın havası
-
Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi (FOTO)
-
Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə üzvü həbs olunub - 2 üzv axtarışdadır
-
“Niva“nı yüksək sürətlə sürdü, başçı müavininin avtomobilini vurdu - Məhkəmə qərarı
-
“Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq“ - Türkiyə XİN
-
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır - Sənədlər təqdim olunacaq
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - 22 nəfər həbs olunub
-
Həbsdəki generalın üzərindən ölüm ittihamı götürüldü – “Məni də ona görə qurbanlıq seçdilər...”
-
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub - FOTOLAR
-
Bu kartof çox təhlükəlidir - Xəbərdarlıq
-
General yüksək vəzifəyə təyin edildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
-
“Attestatla universitetlərə qəbul hələ gözlənilmir“ - Məleykə Abbaszadə
-
Yeni Kaledoniyada vəziyyət ağırlaşıb: “Fransa adada əlcəzairsayağı sülh istəyir“
-
“Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir“ - Baş Qərargah rəisi
-
“Ukrayna Rusiyanın neft emalı potensialının 14%-ni sıradan çıxarıb”– “Bloomberg”
-
Bəzi ərazilərinə qar yağıb, 7 dərəcə şaxta olub - FAKTİKİ HAVA
-
Qaradağda qanunsuz tikintilərin qarşısı alınıb - FOTO/VİDEO
-
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb - FOTO
-
Tayvan parlamentində kütləvi dava: Hakim partiyanın üzvü bülletenləri götürərək qaçdı - VİDEO
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır - VİDEO
-
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO
-
Roza Zərgərli həmkarının onun içkisinə nəsə qatdığını iddia edir - VİDEO
-
Güney Azərbaycanda “Ana dilində danışaq” aksiyasına başlanılıb - VİDEO
-
Tarixin ən güclü “Bentley” modeli nümayiş etdirilib - FOTO
-
NATO-nun yeni hərbi bazası açıldı - Polşada
-
DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi etdi - FOTO
-
Demet Akalından Hande Erçelə - “Qız çöküb“
-
“Traktor“un səhmləri satışa çıxarılır - Qərar verildi
-
Yeni Kaledoniyada işğalçılara qarşı etirazlar davam edir - 163 nəfər saxlanıldı
-
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
-
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
-
Prezidentlər üçün naharda bu menyu hazırlandı - FOTO
-
Hikmət Hacıyev ABŞ prezidentinin müşaviri ilə görüşüb - FOTO
-
Rayonlara qar yağdı, dolu düşdü - FAKTİKİ HAVA
-
Azərbaycanda məktəb binası boşaldılır - Fəaliyyəti dayandırılacaq?
-
“Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq“ - Pentaqon
-
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu – FOTOLAR
-
“Necə geyinirəm, şəxsi işimdir” - Roza Zərgərli hirsləndi
-
Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti artıb - 120 milyon funt sterlinq
-
“Anadolu ankası- 2024“ beynəlxalq təlimləri başa çatıb - VİDEO
-
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
-
Sənədsiz evlərə “kupça“ veriləcək - Detallar
-
Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə “stop“ qoyuldu
-
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü
-
Deputatlar toplanır: Gündəlikdə 11 məsələ var (SİYAHI)
-
Şengen vizasına ən çox bu ölkələrdən müraciət edilib - SİYAHI
-
Belarus Prezidenti Füzuli rayonuna səfər edib - FOTOLAR
-
Həbs edilən generalın cəzası 9 ildən 6 ilə endirildi - “TƏRTƏR İŞİ”
-
“Gürcüstanda siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir“ - Zurabişvili
-
“MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər“ - Dövlət Xidməti
-
Türkiyə NATO ölkəsinə “Bayraktar“ PUA-ları satıb - İlk dəfə
-
Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi - FOTO
-
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
-
Azərbaycanda abortların statistikası açıqlandı - 15-17 yaş üzrə 68 fakt...
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnə açıqlandı
-
Prezidentlər Cıdır düzündə - FOTOLAR
-
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
-
Cavanşir körpüsü sökülür - Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
-
Avropada mühacirətdə olmuş şəxs Bakıda həbs edildi - Mühacir alverində ittiham olunub
-
“Xarkovu ələ keçirməyi planlaşdırmırıq” - Putin
-
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
-
Onlar artıq məcbur köçkün sayılmır - "Çörəkpulu" kəsildi
-
Köhnə taksilərə blok qoyulub - Minimal gedişhaqqı 4.5 manat olacaq
-
TV-də növbəti ağız davası: “Pullu əmim yoxdur deyə...”
-
Fransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr
-
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTOLAR
-
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Türkiyənin 77 vilayətində əməliyyat: 2 mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
-
Prezidentlər Şuşa şəhərinə səfər edib - FOTO
-
“Fransa tərəfi üzr istəməlidir“ - Azərbaycan XİN
TOP 10
ARXİV