|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər” - Rasim Balayev
Tarix 05.05.24, 8:45 |
|
“Çox görüşlərdə oluram. Həmişə müxtəlif auditoriyalara dəvət edirlər. Amma hər görüşdən əvvəl adam həyəcanlanır. Məncə, bu, məsuliyyət hissidir...” Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev “Məktəbdə” layihəsində qonaq olarkən həyəcanını belə ifadə etdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin “Kaspi” qəzeti ilə birgə reallaşdırdığı layihənin əhəmiyyətini isə qonaq xüsusi vurğuladı: “Sovet dövründə belə görüşlər tez-tez keçirilirdi. Tanınmış adamları, görkəmli insanları təhsil ocaqlarına dəvət edirdilər. Onlar şagirdlərlə, tələbələrlə öz təcrübələrini bölüşür, həyat hekayələrini danışırdılar. Bu görüşlər uşaqların yaddaşına həmişəlik yazılırdı, onlara örnək olurdu. Bu baxımdan, belə layihələr çox əhəmiyyətlidir”.
“Kaspi” qəzetinin görüşdən hazırladığı məqaləni təqdim edirik:
“İndi görürəm ki, səhv etmişik...”
“Məktəb görəndə oxuduğum illər yadıma düşür. Amma biz belə məktəblərdə oxumamışıq. Mən Ağsu rayonunda oxumuşam. Soyuq, təmirsiz otaqlarda dərs keçirdik. Biz oxuyan vaxtlarda belə yaxşı şərait yox idi: təmirli bina, müasir avadanlıq, işıqlı otaqlar... Belə bir məktəbdə gərək yaxşı oxuyasan”, - deyə Xalq artisti uşaqlara səsləndi: “Bu gün savadsız adam heç kimə lazım deyil. Əvvəllər yaxşı oxumayan da özünü birtəhər bir yerə çıxara bilirdi. İndi bu, mümkün deyil. Fiziki gücə də çox arxayın olmaq olmaz, çünki 40-50 yaşdan sonra güc də tədricən tükənməyə başlayır, 20-25 yaşdakı kimi gücün olmur. Biz o vaxt “ingilis dili nəyə lazımdır?” - deyə ingilis dili dərsindən qaçardıq. Amma indi görürəm ki, səhv etmişik. Təcrübə göstərir ki, ingilis dilini bilmək yeni iş imkanları və təhsil üçün çox vacibdir. Bu gün oxuyan adam uğurlu həyat qura bilir. Özünüzü müasir təhsilin səviyyəsinə uyğunlaşdırın. Yeni texnologiyaları öyrənin, indi süni intellekt, robotlar əsridir. Bunlar get-gedə insanların əməyini əvəz edir. Əgər istəyirsinizsə, gələcəkdə uğurlu həyat qurasınız, cəmiyyətə yararlı insan olasınız, onda mütləq yaxşı oxumalısınız. Ola bilər ki, kimsə sizi vəzifəyə qoyar. Amma oradan pul qazana bilməyəcəksiniz. Çünki savad yoxdursa, heç nəyə nail olmaq olmaz. Həyatınızı o zaman mənalı edə bilərsiniz ki, yaxşı oxuyasınız. Tövsiyəm odur ki, biliklərə yiyələnin, bu, sizi xoşbəxt edər. Arzu edirəm özünüzə elə bir peşə seçəsiniz və ailə həyatı qurasınız ki, Nazim Hikmət demişkən, həm işə, həm evə həvəslə gedəsiniz...”.
Hər zamanın öz sənətkarı
“Necə düşünürsünüz, hazırkı aktyorlar sizin kimi Nəsimi, Babək rollarını oynaya bilərlərmi?” - deyə məktəblilərdən biri soruşdu: “Əvəzolunmaz adam yoxdur. Ağlıma gətirməzdim ki, kinoya çəkilərəm, çünki mən teatr aktyoru olmaq istəyirdim”, - deyə aktyor cavab verdi: “Hər dövrün öz müəllimi, öz həkimi, öz mühəndisi, sənət adamı gəlir. Bu gün gənclər, sənəti sevib gələn adamlar diqqətli və məsuliyyətli olsalar, yaxşı sənətkar ola bilərlər. Mən də sevinərəm ki, onlar Füzulini və ya Qarabağdakı şəhidlərimizin, qazilərimizin rolunu oynaya bilirlər. Mən Nəsimini oynamışam, qoy onlar Füzulini oynasınlar. Hər zaman öz sənətkarını yetişdirir”.
“Sənətkar üçün oynadığı ilk rol daha çox yaddaqalan olur, yoxsa onu məşhurlaşdıran obraz?” - deyə şagirdlərdən biri sual ünvanladı: “Olur ki, aktyorlar epizodlarda oynayırlar, sonra rejissorlar onların uğurunu görüb baş rol verirlər. Mənim taleyim elə gətirdi ki, o vaxt televiziyada, tamaşalarda oynayırdım, kinoya çəkilməmişdim. Siz onda dünyada yox idiniz. Bu da bir tale, şansdır. Mən yatdım-durdum, gördüm ki, məşhur adamam. Bircə rolla məşhurlaşdım. Bu, hər adama qismət olmur. Burada nüanslar var: istedad, zəhmətkeşlik və bəxt-şans... Gərək aktyor çalışsın ki, yaxşı rollar oynaya bilsin. Düzdür, bu gün kinoda durğunluq var, istədiyimiz kimi filmlər istehsal edə bilmirik. Amma inanıram ki, bu, müvəqqətidir, yenə filmlər olacaq...”.
“Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər”
“Son illərdə çəkilən filmləri, serialları bir peşəkar gözü ilə izləyib gəldiyiniz qənaət bizim üçün maraqlıdır”, - deyə məktəblilərdən biri soruşdu: “Şəxsən mən narazıyam... Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər. Qabaqlar belə şey yox idi”, - deyə aktyor narazılığını ifadə etdi: “Kim haradan pul tapırsa, ağlına gələn bir şey çəkir. Kinonun qanunlarını bilmirlər, ona görə tamaşaçılar da narazıdır. Məni də bəzən çəkilməyə dəvət edirlər. Bir dəfə getdim. Sonra düşündüm ki, axı mən sənət fədailəri ilə işləmişəm, burada hamısı xalturadır, əsas məsələ filmi təhvil verməkdir, rejissor işi zəifdir, ustalıq yoxdur... Ona görə daha getmədim. Kinoda yaranan boşluqda qeyri-peşəkarlar serial çəkməyə başladılar və deyərdim ki, tamaşaçıların da zövqünü korladılar. Məsələn, bu yaxınlarda mübahisəli bir film çəkildi: “Alatava” filmi. Başdan-ayağa söyüşdür. Axı sən bu filmlə efir vasitəsilə evlərə daxil olursan. Söyüşlə reytinq qazanmaq istəyirsən? Mən deyirəm, xoşlarına da gəlmir. Hətta məndən olsaydı onları cəzalandırardım. Bu, yolverilməzdir. Mən bazar-dükanda insanlarla görüşürəm. Onlar hamısı narazılıqlarını bildirirlər”.
“Hər şeyi başlı-başına buraxmaq olmaz”
“Çəkildiyiniz filmlər senzuraya məruz qalıbmı”, - deyə məktəblilərdən biri sual ünvanladı: “O vaxt filmlər burada çəkilirdi, amma Moskva təsdiq edirdi. Filmlərimizdə dəyişikliklər edirdilər, kəsirdilər. Məsələn, “Axırıncı aşırım”, “Dəli Kür” filmləri bu qəbildəndir. Rüstəm İbrahimbəyov “İstintaq” filminin ssenarisini yazmışdı. Ssenariyə görə, bir milis işçisi bir manat rüşvət alır. Onda Moskvada dedilər ki, sovet milisi rüşvət ala bilməz. Rəhmətlik Heydər Əliyev filmə baxıb demişdi ki, bir nəfər ala bilər, bu, bütün milis işçilərinə aid deyil. Belə bir senzura vardı. Bu gün o senzura yoxdur, kino da yoxdur. Senzura indi nə üçün lazımdır: bu filmi tamaşaçının öhdəsinə buraxsan, ondan nəsə ibrətamiz bir şey götürə bilərlər, ya yox? Əgər ssenaridə söyüş vardısa, senzura qoymazdı, yəni sən ekrandan söyüş söyə bilməzsən. Bu mənada senzuranın yaxşı tərəfi də var. Hər şeyi başlı-başına buraxmaq olmaz. Nizam-intizam olmasa aləm bir-birinə qarışar. Müəyyən qanunlar var ki, hamı ona tabe olmalıdır. Yoxsa özbaşınalıq olar. İndiki bəzi filmlərdəki kimi...”.
Vətənpərvərlik duyğusu və uşaqlar
“Vətənpərvərlik mövzularında filmlərin insanlarda yaratdığı ruh yüksəkliyini necə dəyərləndirirsiniz, xüsusilə Vətən Müharibəsinin timsalında?”, - deyə şagirdlərdən biri soruşdu: “Hər bir adam kimliyindən asılı olmayaraq Vətəni sevməli, uğrunda canından keçməyə hazır olmalıdır”, - deyə aktyor bildirdi: “Bu sevgini isə uşaqlıqdan aşılamaq lazımdır. Bu vasitələrdən biri də kinodur. Ədəbiyyat və incəsənətin vətənpərvərlik hissinin tərbiyə olunmasında müstəsna rolu var. Əvvəllər uşaqları mütəmadi olaraq teatra, kinoya aparırdılar. İndi bilmirəm, belə şeylər varmı? Uşaqlıqdan ədəbiyyat oxumaq, kinolara baxmaq lazımdır. Bizim nəsil romanlar oxuyurdu. O vaxt internet yox idi. İndi uşaqlar daha çox sosial şəbəkələrə və digər bu kimi əyləncələrə vaxt ayırırlar. Hərdən “hansı yazıçı və şairləri tanıyırsınız”, - deyə uşaqlara sual verirəm. Görürəm ki, nə Mirzə Cəlili, nə Sabiri tanıyırlar. Çox pərişan oluram. Öz tariximizi yaxşı bilməlisiniz. Bu, sizə dünyanın istənilən yerində lazım olacaq. Bu mənada vətənpərvərlik əhəmiyyətli mövzudur. Bu hisslərin tərbiyəsində biz sənət adamlarının üzərinə də böyük məsuliyyət düşür”.
“Aktyor qəhrəman deyil, onun işi obrazı canlandırmaqdır”
“Qəhrəman obrazını yaratmaq aktyordan hansı xüsusiyyətlər tələb edir?”, - deyə auditoriyadan sual səsləndi: “Qəhrəman obrazı təkcə aktyordan asılı deyil. Burada rejissor və ssenarist də xüsusi rola malikdirlər. Aktyorlar buna istedadları vasitəsilə çatırlar. Obraza müəyyən ştrixləri əlavə edirlər. Mən qəhrəman obrazını, məsələn, Babəki oynayıram. Onun geyimini geyinirəm, onun dilində danışmağa çalışıram. Aktyor qəhrəman deyil, onun işi obrazı canlandırmaq və tamaşaçıya çatdırmaqdır”.
Şagirdlərdən birinin “Babək” filmində səsləndirdiyi monoloqu dinləyən aktyor, “bu, filmdə azadlıq və bərabərlik haqqında əsas monoloqlardan biridir”, - deyə xatırladı: “Babək” filmi Suraxanıda, Atəşgahın yanında çəkilirdi. O filmin çəkilişi çox ağır keçirdi. Axşam 8-də gedirdik, sübh 5.00-da qayıdırdıq. Təxminən 20 gün belə işlədik. Gecə ilə gündüzümüz səhv düşmüşdü. Elə kadrlar vardı ki, gecələr çəkilirdi. Rejissorlar çox tələbkar idi. Aktyorlar da işlərinə son dərəcə məsuliyyətlə yanaşırdılar”.
“İstəyirəm ki, çəkilim...”
“Babək, Nəsimi rollarını oynayanda çox gənc olmusunuz. Hazırda oynamaq istədiyiniz hansı obraz var?”, - deyə auditoriyadan hamını maraqlandıran sual səsləndi: “Mən cavanlıqda yaşıma uyğun və nisbətən yaşlı rollar oynamışam. Bir çox tarixi şəxsiyyətlərin rolunda filmlərə çəkilmişəm. Amma indi uyğun ssenari yoxdur. Teleseriallarda da çəkilmək istəmirəm. İstərdim ki, dərin psixoloji bir rol olsun, oynayım. Bu həvəsim hələ ölməyib. İstəyirəm ki, çəkilim...”.
Qürur və məsuliyyət hissi
“Sizi “İstiqlal” ordeni ilə təltif edən zaman Prezident İlham Əliyevlə səmimi görüşünüz oldu. Dövlət başçısının sənətinizə verdiyi dəyər sizdə hansı hissləri yaratdı?” - deyə məktəblilərdən birinin sualına aktyor qürurla “minnətdarlıq hissi”, - deyə cavab verdi: “Bu, əməyimə verilən yüksək qiymətdir. Mən həm də Prezidenti cavanlıqdan tanıyıram. Rəhmətlik Heydər Əliyevlə tədbirlərə gəlirdi, 15-16 yaşı vardı. Bu qədər işi-gücü olan adam vaxt ayırıb sənə də diqqət göstərir... Mənimlə 50 dəqiqə söhbət etdi. Bu, məndə qürur hissi yaratdı. Əgər insanın əməyinə qiymət verilirsə, gərək işini ona uyğun qurasan. O qiymət insanı daha məsuliyyətli edir. Bu o deməkdir ki, dövlət sənə etimad göstərir, sən də çalışıb işinlə bu etimadı doğrultmalısan. Bir də görürsən ki, bir rayona yeni başçı təyin edilir, ona etimad göstərilir, o da gedib rüşvət alır. Etimadı doğruldan isə daha böyük vəzifəyə gedir. Gərək məsuliyyət hissini heç vaxt itirməyəsən”.
Xəbərin oxunma sayı : 718
Sosial
Xəbərlər
-
İran-Azərbaycan əlaqələri bölgəmizdə sabitliyin önəmli şərtidir - İlham Əliyev
-
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi - FOTOLAR
-
Hava ilə bağlı xəbərdarlıq - Leysan, şimşək, dolu...
-
Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi - FOTOLAR
-
Aygün Kazımovanı bir də belə görün - Fotolar
-
Çempionlar Liqasının 14 rekordçusu - SİYAHI
-
Kəlbəcərin Vəng kəndindən eksklüziv görüntülər - VİDEO
-
“Hər il 10 minə yaxın tələbə diplom ala bilmir“ - VİDEO
-
NATO-nun ən güclü 10 ordusu - Türkiyə neçəncidir?
-
“Ukrayna ABŞ-dən Rusiyadakı hərbi obyektləri vurmaq üçün icazə alıb” – WSJ
-
Binədə qeyri-adi hadisə: Yola tökdükləri başlarına bəla oldu - VİDEO
-
Ermənistanla sərhəddə tikanlı məftillər çəkildi - FOTO
-
Rəşad Nəbiyev Şəki şəhərində vətəndaşları qəbul edib - FOTO
-
Səudiyyə Ərəbistanında uzun illər sonra bir ilk - FOTO
-
“Təhməzli üçün ölkənin qida təhlükəsizliyi də biznesdir” - AQTA rəhbərinin tikinti biznesini kim idarə edir?
-
Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi - FOTO
-
Köhnə avtomobil sahiblərinə hansı güzəştlər ediləcək? - ARAŞIDRMA
-
Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var - Taleh Kazımov
-
Zurabişvili “xarici agentlər“ haqqında qanuna VETO QOYDU
-
Gənc əsgərlərin andiçmə mərasimi keçirildi - VİDEO
-
“Rusiya ilə Qərb arasında hərbi qarşıdurmanın kəskin mərhələsi davam edir“ - Lavrov
-
Müdafiə Nazirliyinin idarə rəisi işdən çıxarıldı - Nazir əmr imzaladı
-
Zəngilan məscidindən görüntülər - VİDEO
-
İtkin düşmüş qızla bağlı DİN-dən açıqlama - FOTO
-
“Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir“ - Lavrov
-
Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib - FOTO
-
“Bu ölkəni bu cür axmaqlar idarə edir” - Tramp
-
Qarabağ Universitetinin bukleti hazırlanıb - Fotolar
-
Arif Hacılı Müsavat Məclisinin sədri seçilib - Başqanın müavinləri məlum oldu
-
Yeni kənd və qəsəbələrin təməli qoyuldu, məscidin açılışı oldu - FOTOLAR
-
Şahdağa qar yağıb, bəzi rayonlara dolu düşüb - FAKTİKİ HAVA
-
Ramiz Tahirovun yerinə təyin olunan general-mayor kimdir? - DOSYE
-
Buna cəhd edənlər əzilməlidir - Baxçalıdan sərt mesaj
-
Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak etdi - FOTOlAR
-
Yağış yağacaq, dolu düşəcək – Sabahın havası
-
Azərbaycanda göl daşdı - İstirahət komplekslərinə ziyan dəydi (FOTO)
-
Geomaqnit qasırğası gözlənilir - Xəbərdarlıq
-
Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə üzvü həbs olunub - 2 üzv axtarışdadır
-
“Niva“nı yüksək sürətlə sürdü, başçı müavininin avtomobilini vurdu - Məhkəmə qərarı
-
“Krım tatarlarının hüquqlarının bərpa olunmamasından narahatıq“ - Türkiyə XİN
-
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır - Sənədlər təqdim olunacaq
-
Azərbaycanda fantastik qiymətə avtomobil nömrələri satılır - VİDEO
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat keçirilib - 22 nəfər həbs olunub
-
Həbsdəki generalın üzərindən ölüm ittihamı götürüldü – “Məni də ona görə qurbanlıq seçdilər...”
-
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub - FOTOLAR
-
Bu kartof çox təhlükəlidir - Xəbərdarlıq
-
General yüksək vəzifəyə təyin edildi - Vətən Müharibəsi Qəhrəmanıdır
-
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
-
“Attestatla universitetlərə qəbul hələ gözlənilmir“ - Məleykə Abbaszadə
-
Yeni Kaledoniyada vəziyyət ağırlaşıb: “Fransa adada əlcəzairsayağı sülh istəyir“
-
“Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir“ - Baş Qərargah rəisi
-
“Ukrayna Rusiyanın neft emalı potensialının 14%-ni sıradan çıxarıb”– “Bloomberg”
-
Bəzi ərazilərinə qar yağıb, 7 dərəcə şaxta olub - FAKTİKİ HAVA
-
Qaradağda qanunsuz tikintilərin qarşısı alınıb - FOTO/VİDEO
-
Müdafiə Nazirliyinin rəhbər heyəti hərbi vəzifəlilərlə görüşüb - FOTO
-
Tayvan parlamentində kütləvi dava: Hakim partiyanın üzvü bülletenləri götürərək qaçdı - VİDEO
-
“Məzun günü” üçün restoranlarda yer tapılmır - VİDEO
-
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı - VİDEO
-
Roza Zərgərli həmkarının onun içkisinə nəsə qatdığını iddia edir - VİDEO
-
Güney Azərbaycanda “Ana dilində danışaq” aksiyasına başlanılıb - VİDEO
-
Tarixin ən güclü “Bentley” modeli nümayiş etdirilib - FOTO
-
NATO-nun yeni hərbi bazası açıldı - Polşada
-
DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi etdi - FOTO
-
Demet Akalından Hande Erçelə - “Qız çöküb“
-
“Traktor“un səhmləri satışa çıxarılır - Qərar verildi
-
Yeni Kaledoniyada işğalçılara qarşı etirazlar davam edir - 163 nəfər saxlanıldı
-
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
-
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
-
Prezidentlər üçün naharda bu menyu hazırlandı - FOTO
-
Hikmət Hacıyev ABŞ prezidentinin müşaviri ilə görüşüb - FOTO
-
Rayonlara qar yağdı, dolu düşdü - FAKTİKİ HAVA
-
Azərbaycanda məktəb binası boşaldılır - Fəaliyyəti dayandırılacaq?
-
“Rusiya uzun illər NATO üçün problem olaraq qalacaq“ - Pentaqon
-
Bəstəkar İlham Azmanlının 60 illiyi qeyd olundu – FOTOLAR
-
“Necə geyinirəm, şəxsi işimdir” - Roza Zərgərli hirsləndi
-
Rişi Sunakın və həyat yoldaşının şəxsi sərvəti artıb - 120 milyon funt sterlinq
-
“Anadolu ankası- 2024“ beynəlxalq təlimləri başa çatıb - VİDEO
-
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
-
Sənədsiz evlərə “kupça“ veriləcək - Detallar
-
Məşhur tikinti şirkətinin 5 milyon borcu var - Rəhbərinə “stop“ qoyuldu
-
Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
-
Bakıda tələbələr arasında qanlı dava: 17 yaşlı oğlan həmyaşıdını öldürdü
-
Deputatlar toplanır: Gündəlikdə 11 məsələ var (SİYAHI)
-
Şengen vizasına ən çox bu ölkələrdən müraciət edilib - SİYAHI
-
Belarus Prezidenti Füzuli rayonuna səfər edib - FOTOLAR
-
Həbs edilən generalın cəzası 9 ildən 6 ilə endirildi - “TƏRTƏR İŞİ”
-
“Gürcüstanda siyasi vəziyyəti dəyişməyin yeganə yolu seçkidən keçir“ - Zurabişvili
-
“MTK-lar mənzillərin bölgüsünü dəyişdirib sata bilməyəcəklər“ - Dövlət Xidməti
-
Türkiyə NATO ölkəsinə “Bayraktar“ PUA-ları satıb - İlk dəfə
-
Nazir idarə rəisini işdən çıxardı, yüksək vəzifə verdi - FOTO
-
İmtahan nəticələri - 16 nəfər maksimum bal topladı
-
Azərbaycanda abortların statistikası açıqlandı - 15-17 yaş üzrə 68 fakt...
-
Dollar neçəyə olacaq? – 3 günlük rəsmi məzənnə açıqlandı
-
Prezidentlər Cıdır düzündə - FOTOLAR
-
Nazirlər Kabinetində müşavirə keçirilib - FOTO
-
Cavanşir körpüsü sökülür - Nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Magistraturaya qəbulun yekun nəticələri AÇIQLANDI
-
Avropada mühacirətdə olmuş şəxs Bakıda həbs edildi - Mühacir alverində ittiham olunub
-
“Xarkovu ələ keçirməyi planlaşdırmırıq” - Putin
-
Sumqayıtın oliqarx məmuru Gündüz Əliyev - Bu qədər var dövlət hardandır?
-
Onlar artıq məcbur köçkün sayılmır - "Çörəkpulu" kəsildi
-
Köhnə taksilərə blok qoyulub - Minimal gedişhaqqı 4.5 manat olacaq
-
TV-də növbəti ağız davası: “Pullu əmim yoxdur deyə...”
-
Fransanın Cənubi Qafqazda Rolu: Strateji Addımlar və Nəticələr
-
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTOLAR
-
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
-
Türkiyənin 77 vilayətində əməliyyat: 2 mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
-
Prezidentlər Şuşa şəhərinə səfər edib - FOTO
-
“Fransa tərəfi üzr istəməlidir“ - Azərbaycan XİN
-
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
-
Azərbaycan vətəndaşlarının istismara məruz qaldığı ölkələr açıqlanıb - SİYAHI
-
Belarusdan nə alıb, ona nə satırıq? – İdxal ixracı bir neçə dəfə üstələyir...
-
Prezident Administrasiyası siyasi partiyalarla görüş keçirib – Nə müzakirə olunub? + FOTOLAR
-
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI
-
Lerik polisi çətin relyef şəraitində əməliyyat keçirdi: Narkokuryerlər saxlandılar
-
Azərbaycan və Belarus prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTO
-
Mədəkiçiltmə əməliyyatının fəsadları: Arıqlamaq üçün cərrahi əməliyyat şərtdir? - VİDEO
-
Aleksandr Lukaşenko Füzuli rayonuna getdi - İlham Əliyev qarşıladı
-
Cavid Qurbanovun oğlu deputat olacaq? -Qohumunun yerinə...
-
“Hostellərin sayının artması insan alveri qurbanlarının çoxalmasına səbəb olur“ - Deputat
TOP 10
ARXİV