“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Makron və Merts sağlam düşüncələrini tamamilə itiriblər” - Lavrov

Tarix 29.06.25, 12:25

Font ölçüsü : - / +
bitmap-img6


“Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Fridrix Merts sağlam düşüncələrini tamamilə itiriblər”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
“Avropa paytaxtlarından gələn tilsimləri eşidəndə və onlara baxanda təəccüblənirik. Bu yaxınlarda Makron və Almaniya kansleri Merts birgə məqalə yazdılar: “Avropa silahlanmalıdır; Rusiya əsas təhlükədir, imperialist müharibələri aparır, 2008-ci ildə Gürcüstanı, 2014-cü ildə Krımı və Donbası, 2022-ci ildə bütün Ukrayna ərazisini işğal edib; Putinin məqsədi Avropanın təhlükəsizliyini pozmaqdır”. Düşünürəm ki, Avropada baş verənləri bir az dərk edən və hadisələri izləyən bir insanın bu adamların sağlam düşüncələrini tamamilə itirdiyini və açıq şəkildə Fransa və Almaniyanın bütün Avropanı, ilk növbədə Rusiya İmperiyasını və Sovet İttifaqını fəth etmək istədiyi dövrlərə qayıtmağa çalışdığını başa düşməsi üçün təkcə bu sitatlar kifayətdir”, - Lavrov qeyd edib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Paris və Berlinin həmin instinktlərə qayıtması kədərlidir.



Xəbərin oxunma sayı : 295




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap