![]() |
|














Yeni binalarda kombi olmayacaq? - Açıqlama
Tarix 18.07.25, 9:00 |
|

Ekspert hesab edir ki, mərkəzləşdirilmiş istilik sistemlərinin yenidən tətbiqi bir sıra çətinlik yarada bilər
Yeni inşa edilən çoxmərtəbəli binalarda mərkəzi istilik sistemi tətbiq olunacaq. “İstilik təchizatı haqqında” yeni qanuna əsasən çoxmənzilli binalarda fərdi kombi sistemlərinin quraşdırılması yalnız icazə əsasında mümkün olacaq.
Əsas məqsəd daha təhlükəsiz və qənaətli istilik infrastrukturunun qurulmasıdır. Energetika Nazirliyinin şöbə müdiri Ələsgər Həsənovun sözlərinə görə, “İstilik təchizatı haqqında” yeni qanunda əsas məqsəd mərkəzi istilik sistemlərinin inkişafına nail olmaqdır: “Nəzərə alınmalıdır ki, fərdi istilik sistemlərində müəyyən qədər təhlükələr var. Bu, təbii qazdan yaranan partlayış, zəhərlənmə hallarıdır. Xərclərə gəldikdə isə, təbii ki, hər bir istehlakçı istifadə etdiyi qaza görə pul ödəyir. Amma bütün hallarda, fərdi sistemlərlə müqayisədə mərkəzi istilik sistemi daha qənaətcildir”. İllərdir paytaxtda və böyük şəhərlərdə kombi sistemlərinə geniş keçid olsa da, bu proses heç də nəzarətli və planlı getməyib. Bir binada 20 mənzil kombidən istifadə edir, digərləri mərkəzləşdirilmiş sistemlə işləyir. Nəticədə, təzyiqdə fərqlər təchizatda qeyri-bərabərlik yaranır. Yeni qanun bu xaosu aradan qaldırmağı hədəfləyir. İqtisadi baxımdan da bu keçid sərfəli hal hesab edilir. Çünki fərdi kombi sistemlərində qaz istehlakı yüksəkdir, xərclər və tariflər dəyişkəndir. Mərkəzləşdirilmiş istilik sistemi isə itkiləri azaldır, tariflərin sabit tənzimlənməsinə şərait yaradır. Qiymətlər isə MTK-lar tərəfindən müəyyən ediləcək. Ekspertlər hesab edir ki, bu sistem gələcəkdə digər binalara da şamil edilə bilər. Bəs bu qərarın üstün və mənfi tərəfləri nədən ibarətdir?
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bildirib ki, dünyanın inkişaf etmiş ölkələrində qazdan istifadə olunmur. Mərkəzi istilik sistemi və mətbəx qızdırıcıları yalnız elektriklə işləyir. Bu, bir tərəfdən təhlükəsizlik baxımından daha faydalıdır. Digər tərəfdən isə binalarda hər bir mənzildə kombi aparatının quraşdırılması ekologiyaya ciddi zərbə vurur.
Onun sözlərinə görə, Bakıda minlərlə çoxmənzilli yaşayış binası var və bu binalardakı yüzlərlə mənzildə quraşdırılmış kombilərin hər birindən çıxan zəhərli qazlar havaya yayılır və ekologiyanı çirkləndirir. Əgər bu sistemlər mərkəzləşdirilmiş formada elektriklə işləyən istilik sistemi ilə əvəz olunsa, bu, həm ekoloji baxımdan daha məqsədəuyğun olar, həm də vətəndaşların aylıq ödənişlərini azaldar.
Ekspert qeyd edib ki, otaq sayı çox olan geniş mənzillərdə sakinlər təkcə qazın istifadəsinə görə qış aylarında 150-200 manat ödəyirlər: “Mərkəzi istilik sistemi tətbiq olunsa, bu daha sərfəli olar. Üstəlik, son vaxtlar mənzillərdə baş verən yanğınların da qarşısı alına bilər”.
Elnur Fərzəliyev əlavə edib ki, əgər hər hansı bir sahə üzrə qadağa tətbiq olunursa, məsələn, qaz çəkilişi qadağan edilirsə, onun alternativi mütləq şəkildə hazırlanmalı, ondan sonra məhdudiyyət tətbiq edilməlidir: “Əgər vətəndaşın evi istilik sistemi ilə təmin olunmur və ora qaz da çəkilmirsə, təbii ki, bu narazılıqla qarşılanacaq. Bu mərhələyə qədər yəqin ki, alternativ sistemlər hazırlanacaq”.
Kommunal sahə üzrə ekspert Nüsrət Qasımov isə hesab edir ki, müasir dövrdə mərkəzləşdirilmiş istilik sistemlərinin yenidən tətbiqi bir sıra çətinliklərlə üzləşə bilər: “Bu yanaşma iqtisadi baxımdan da məqsədəuyğun deyil. Mərkəzi istilik sistemlərinin bərpası üçün hər bir yaşayış massivində ayrıca qazanxana inşa edilməli, geniş boru şəbəkəsi çəkilməlidir. Halbuki bu gün şəhər infrastrukturunda belə sistemlərin yerləşdirilməsi üçün yer məhduddur. Sovet dövründə mövcud olan doqquz istilik qazanxanasından yalnız üçü fəaliyyət göstərir, digərləri isə sıradan çıxıb. Qalanlarının da bərpası mümkün deyil, çünki borular yerin altından keçir və üstü asfaltla örtülüb. Bu səbəbdən yolların qazılması və sistemin yenidən qurulması faktiki olaraq mümkünsüzdür”.
Qasımovun fikrincə, əksinə, fərdi kombi sistemləri həm daha çevik, həm də təhlükəsizlik baxımından üstün sayılır: “Mərkəzləşdirilmiş istilik yalnız müəyyən saatlarda işlədiyi halda, kombi sistemi istifadəçiyə istənilən vaxt onu işə salmaq imkanı verir. Bu cihazlar texnoloji baxımdan da üstün qurulub, avtomatik rejimdə tənzimlənir və yanma prosesi tam getdiyindən dəm qazı ayrılması riski yaranmır. Amma qazanxanalarda bu proses tam təmin olunmadığı üçün əvvəllər partlayış hadisələri də qeydə alınmışdı”.
Xəbərin oxunma sayı : 832
Hadisə
Xəbərlər
-
“Rusiyanın və Azərbaycanın Ukrayna ilə bağlı mövqeləri fərqlənir“ - Peskov
-
7 ayda 3 sui-qəsd cəhdi - Türk kəşfiyyatı Şaranın həyatını xilas edib
-
Binəqədidə ağacları kəsib yerində qanunsuz obyekt tikilir? - VİDEO
-
Prezident yol tikintisinə 2,1 milyon manat ayırdı - SƏRƏNCAM
-
“Azərbaycan mediası təsirli “yumşaq güc” vasitələrindən biridir“ - Hikmət Hacıyev
-
“Medipoint“ klinikasında qanunsuzluq - Blogeri reklam çəkilişi üçün əməliyyat otağına saldılar
-
Bakıda 37, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
-
Türkiyənin Egey sahilində yerləşən Didimi ziyarət etmək üçün 5 səbəb - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Biznes sektoruna ən çox hansı banklar kredit ayırır? - Tam siyahı
-
“Temu”dan gələn Hadisə” - Nəfəsə sərt iradlar yazıldı - VİDEO
-
Naxçıvanı Türkiyəyə bağlayacaq dəmiryolu xətti - 2,4 milyardlıq xarici investisiya tapılıb
-
“Hazırda Fransada istənilən texnologiya şirkəti “cinayətkar qrup“ elan edilə bilər“ - Durov
-
Rezidenturaya qəbul imtahanının II mərhələsinə qeydiyyat BAŞLADI
-
Nazir sədr müavini təyin olunan məmurun yerinə onu direktor gətirdi - FOTO
-
Çimərliyə gedənlərə xəbərdarlıq - Yeni virus yayılıb
-
Tramp İlham Əliyevin çıxışını paylaşdı - VİDEO
-
Rusiya-Ukrayna danışıqları bu tarixdə olacaq - Zelenski açıqladı
-
Kredit götürərkən nələrə diqqət etməliyik? - VİDEO
-
Prezidentdən Milli Mətbuat Günü ilə bağlı – Paylaşım
-
Cəbrayıla növbəti köç yola düşdü - FOTOLAR
-
Sərnişin avtobusu işıq dirəyinə çırpılıb - Yaralananlar var
-
“ABŞ İranın nüvə obyektlərinə yenidən zərbələr endirməyə hazırdır“ - Tramp
-
Xarici ölkə vətəndaşları da azad edilmiş ərazilərə səfər edə biləcəklər - VİDEO
-
Sahibkar obyektini sığorta etdirə bilmədiyini iddia edir - VİDEO
-
AZAL-ın təyyarəsini bu şəxs vurub - FOTO
-
150 illik milli mətbuat tariximizin şərəfl inkişaf yolu
-
Azərbaycan mətbuatı - 150 yaşında!
-
Azərbaycan dövləti obyektiv və qərəzsiz mətbuatın inkişafında maraqlı olduğunu dünyaya həmişə açıq şəkildə göstərir
-
Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin əvəzsiz xidmətləri olub
-
22 İyul - Milli Mətbuat Günü xalqın səsinin, cəmiyyətin güzgüsünün, milli kimliyin və dövlətçiliyin təbliğatçısı olan mətbuat nümayəndələrinin peşə bayramıdır
-
İstehlak kreditlərinin yarıdan çoxu 2 bankın payına düşüb - Tam siyahı
-
Kiyevdəki səfirliyimizin ətrafı raketlə vuruldu: Ölənlər var (FOTO)
-
Azərbaycanda qəribə hadisə - Atasının cinsi qadın kimi qeyd olundu
-
Bakıda taksidə intim əlaqəyə girən qadın məmur: başına nələr gəldi?
-
Yeni komissiya yaradılıb - DTX və XİTDX birgə məlumat yayb
-
Sumqayıtda binada yanğın olub, 22 nəfər təxliyə edilib - VİDEO
-
Dünyanın ən böyük su elektrik stansiyası: Çin yeni layihəyə başlayır
-
Tramp əfqan qaçqınların müdafiəsinə qalxdı: Deportasiyaya imkan verməyəcək
-
Bakıda mənzillər buna görə bahalaşır - VİDEO
-
Azərbaycanda tərəvəz ucuzlaşıb: Alıcılar razı, fermerlər isə narazıdırlar
-
“Bu ilin sonunadək Xocalıya daha 400 ailə qayıdacaq“ - Prezidentin xüsusi nümayəndəsi
-
“Kaan səndə neçə uşaq var” - Ərdoğanla futbolçu arasında maraqlı dialoq
-
Netanyahu qidadan zəhərləndi - İşlərini evdən idarə edəcək
-
“Vətəndaşlar “Yüksəliş“ müsabiqəsinə inanır“ - İşçi qrupunun rəhbəri
-
“Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki danışıqları konstruktiv keçib“ - Hikmət Hacıyev
-
Uşaqlarda əl-ayaq-ağız xəstəliyi - Pediatrdan önəmli məsləhətlər
-
Alman generaldan ŞOK TƏKLİF - Onların aerodromlarını bombalayın
-
Zəhərlənmə baş verən restoranın fəaliyyəti dayandırıldı - Fotolar
-
“44 günlük müharibə dövründə kütləvi dezinformasiyalara məruz qaldıq” - Prezidentin köməkçisi
-
İran və Rusiya Xəzər dənizdə təlim keçirəcək - Üç gün davam edəcək
-
Bakıda 40°, rayonlarda 41° isti olacaq - Sabahın havası
-
Kürdəmirdə kütləvi zəhərlənmə - Zəhərlənənlərin sayı 24-ə çatdı
-
Polis istirahət mərkəzlərində profilaktik tədbirlər görür - VİDEO
-
“Qlobal mediaforum Şuşada təsadüfən təşkil olunmayıb“ - Hikmət Hacıyev
-
2025-ci ilin ən yaxşı 10 ailə avtomobili - SİYAHI
-
Prezident Qlobal Media Forumunda bu sualları cavablandırdı - Tam mətn + Fotolar
-
İranın yeni nüvə obyektləri yaratmaq cəhdi onların məhv edilməsi ilə nəticələnəcək - Tramp
-
Antibiotiklər ev şəraitində necə istifadə olunmalıdır? - VİDEO
-
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
-
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
-
MİQ imtahanından narazılıqlar artır - VİDEO
-
İyulun Zaqatalada 21-də qaz kəsiləcək - Bu ərazilərdə
-
“Təəssüf ki, AZAL təyyarəsinin qəzası ilə bağlı Rusiya tərəfindən cavab almamışıq“ - Dövlət başçısı
-
ABŞ ilə Venesuela arasında qeyri-adi razılaşma - 80 siyasi məhbus azad edildi
-
“Bizim ərazimizdə icarədar ola bilməz” - Prezident nidanı qoydu!
-
Hansı bankda nə qədər depozit yerləşdirilib? - Tam siyahı
-
“Ermənistanla sülh müqaviləsinin mətni artıq razılaşdırılıb“ - İlham Əliyev
-
Trampdan BRİKS-ə sərt xəbərdarlıq: “Əgər birləşsələr, hər şey tez bitəcək!”
-
“Heç vaxt işğalla barışmayın!“ - İlham Əliyev ukraynalılara məsləhət verdi
-
Azərbaycanda banklar 6 ayda faizlərdən 2,4 milyard manat qazanıblar - Tam siyahı
-
“Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq” - Prezident
-
Nazir Qubada vətəndaşları qəbul etdi - Fotolar
-
“Zəngəzur bir çox ölkələri birləşdirəcək“ - İlham Əliyev
-
Hansı ölkələrdən Naxçıvana nə qədər pul köçürülüb? - Siyahı
-
III Şuşa Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev tədbirdə iştirak edir - CANLI
-
Tarixin ən güclü futbolçusu seçildi - Nə Pele, nə də Maradona
-
Gəncədə 22 yaşlı qız döyülərək öldürüldü - Şübhəli atasıdır
-
Hansı ixtisas sahiblərinə daha çox tələbat var? - Açıqlama
-
“Suriya separatçı layihələr üçün meydan deyil“ - Əhməd əş-Şaraa
-
Ukrayna heç bir halda AB üzvü olmayacaq - Merz
-
Göyçayda 23 yaşlı qadın itkin düşüb - FOTOLAR
-
Növbəti üç gündə bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Latviya rusiyalıları kütləvi şəkildə deportasiya edir - 841 nəfər ölkədən çıxarılır
-
Azərbaycan və Pakistan XİN başçıları arasında telefon danışığı olub - Müzakirə
-
Prezident təsdiqlədi: Cərimələrə güzəşt olunacaq
-
İntim görüntüləri yayılan həkimin oğlu tutuldu - 3 nəfərə cinayət işi açıldı
-
Avropa İttifaqından Azərbaycan şirkətinə sanksiya - Bu şəxsə məxsusdur...
-
Bu işlərdə yeni koordinat sistemi tətbiq ediləcək - Sərəncam
-
Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar - FOTO
-
Prezident sakinlərlə görüşündən paylaşım etdi - VİDEO
-
Evlərin qiymətində fantastik bahalaşma - Yay amili, yoxsa...?
-
Xadimələrə maşınını yudurdan məktəb direktoru vəzifədən çıxarıldı - VİDEO
-
Azərbaycanın ən çox qazanan 10 müğənnisi - SİYAHI
-
“Real Madrid”dən daha bir rekord - Ən çox gəlir əldə edən klub oldu
-
Sürücülər çaşqınlıq içində: Yolda yeni quraşdırılan qurğu nədir?
-
Ermənistan və Azərbaycan sülh razılaşmasına yaxındır - Tramp
-
Bakının daha bir ərazisindəki binalar söküləcək - VİDEO
-
Bu dəfə zərərçəkənlər ifadə verdilər - FOTOLAR
-
Oleq Bakinski son sözünü dedi: “Bu əməli törətməmişəm, mənə bəraət verin“
-
Ərdoğan və Putin telegonda danışdılar - Regional məsələləri müzakirə edib
-
Bakıda istixana pomidor adıyla narkotik yetişdirilib - 882 kq narkotik aşkarlandı
-
“Sea Breeze”ə avtobus açılır - Gedişhaqqı məlum oldu
-
Ceyhun Bayramov Gürcüstana səfər edəcək - Bu tarixdə
-
Bir ukraynalı doğulanda üç ukraynalı ölür - Ökə əhalisi sürətlə azalır
-
Prezident Xanyurduda olub - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
“Xəzər TV”yə xəbərdarlıq edildi - Bu sözlərə görə
-
Polis Maştağada xüsusi əməliyyat keçirib - VİDEO
-
Xocalı kərpic zavodunun açılışı oldu - FOTOLAR
-
Azərbaycanlı müəllim Mədinədə öldü - Bəqi qəbiristanlığında dəfn edildi
-
“FS Club Badam”da kisəçi işləyən şəxs müştərinin başına oyun açdı - ŞOK TƏFƏRRÜAT
-
Prezident Xocalıda bu ailənin qonağı oldu - FOTOLAR
-
Bakının bu ərazisi plana düşdü: Söküntü işlərinə başlanılır
-
Fərhad Əhmədovdan gəmisinin həbsdən azad olunması üçün 6 milyon dollar rüşvət istənilib - MƏHKƏMƏ
-
Ağdamda tarixi məscidin binasının bərpadan sonra açılışı oldu - Fotolar
-
Bakı aeroportunda əməliyyat: brilyant qaşlar aşkar edildi
-
Futbol qaydalarında inqilab: Penalti və VAR dəyişir
-
Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının açılışı olub - Fotolar
-
Bakıda 39, rayonlarda 41 dərəcə isti olacaq - Sabahın havası
TOP 10
ARXİV