“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Yeni böhran yaxınlaşır - Çin ABŞ-ın beşinci nəsil döyüş təyyarəsini kopyalayıb

Tarix 12.03.23, 14:20

Font ölçüsü : - / +
bitmap-img6


Amerikalı ekspertlər ölkənin beşinci nəsil döyüş təyyarəsinin Çin tərəfindən kopyalandığını iddia ediblər. Musavat.com xəbər verir ki, "Fox News Digital"a danışan ekspertlərin sözlərinə görə, iki ölkənin orduları arasında ABŞ-ın xeyrinə olan fərq sürətlə aradan qalxmağa başlayıb.

Onlar Çini ABŞ-ın beşinci nəsil döyüş təyyarəsinin texnologiyasını oğurlamaqda ittiham ediblər. Qeyd edilib ki, ABŞ silah məlumatlarını qorumaq üçün daha çox iş görməsə, Çin üstünlük qazanacaq.

Müdafiə Nazirliyinin siyasət müşavirinin keçmiş müavini Ceyms Andersonun sözlərinə görə, Çinin casusluq cəhdləri səbəbindən bu ölkənin hərbi gücü normalda olduğundan çox daha çox inkişaf edib.

Bu illər ərzində Çinin oğurluqdan böyük qazanc əldə etdiyi iddia edilir. Xəbərdə vurğulanıb ki, Çinin J-20 təyyarəsi ilə ABŞ-ın F-22 təyyarələri arasında oxşarlıqlar var və Çin 2008-ci ildən bu yana bunun üzərində çalışır.

Digər tərəfdən, Çinin casusluq texnikasında daha təkmil üsullardan istifadə edildiyi bildirilib. Çinlilərin bu yolla pula və vaxta qənaət etdikləri deyilsə də, bu vəziyyətin ABŞ ordusunu böyük riskə atacağı qeyd olunur.

Qeyd edək ki, əvvəllər yayılan xəbərlərdə Çinin əldə etdiyi texnologiyanın bir hissəsinin ABŞ-dan gəldiyi iddia edilmişdi.



Xəbərin oxunma sayı : 421




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap