“Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 26 Mart 2025

    “Bir kişi deyə bilməz ki, Şəbnəmə ev almışam” - VİDEO

  • / Maqazin / — 22 Mart 2025

    Nigar hamam xalatında görüntüsünü paylaşdı - VİDEO

  • / Maqazin / — 04 Mart 2025

    “Mənim ərə gedən vaxtım deyil...“ - Kəmalə Günəşli

  • / Maqazin / — 23 Fevral 2025

    Rəqqasə Renka şaxtalı havada bikinidə qarda çimdi - VİDEO

  • / Maqazin / — 17 Fevral 2025

    Sinə dekoltesini mikrofonla bağlamağa çalışdı - VİDEO

  • / Maqazin / — 16 Fevral 2025

    Sibel Can yenə libası ilə gündəmdə - FOTOLAR

Telefonlar üçün bu tətbiq təhlükəlidir: Dövlət xidmətindən xəbərdarlıq - FOTO

Tarix 25.05.23, 16:26

Font ölçüsü : - / +
bitmap-img6


“Google Play Store”da yeni troyan aşkar edilib. Aşkar edilmiş yeni troyan öz operatorlarına distant şəkildə Android smartfon üzərində idarəni ələ keçirtməyə yardımçı olur.

Bu barədə “Trend”ə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən (CERT) bildiriblər.

Troyan öz növbəsində smartfon ekranının videosunun çəkilməsi üçün nəzərdə tutulmuş tətbiq daxilində yerləşdirilib və həmin tətbiq 10 minlərlə yüklənmə sayına sahibdir. Aşkar edilmiş yeni troyan “AhRat” adını əldə edib. O, “iRecorder-Screen Recorder” adlı tətbiq daxilində gizlədilib. Maraqlısı ondadır ki, tətbiqin özü “Google Play Store” platformasına 2021-ci ilin sentyabr ayında yerləşdirilib və həmin vaxtda onun tərkibində sözügedən troyan mövcud olmayıb.
2022-ci ilin avqust ayında isə tərtibatçılar bu tətbiq üçün yenilənmə təqdim ediblər və məhz həmin yenilənmə ilə troyan tətbiqə inteqrasiya edilib. Beləliklə ilk günlərdə zərərsiz görünən tətbiq daha sonra zərərli proqram təminatına çevrilib. “iRecorder-Screen Recorder” 50 000 yüklənmə sayına malikdir. Tətbiq artıq “Google Play Store”dan silinib. Lakin ona kənar tətbiq mağazalarında rast gəlmək olar. Smartfona daxil olandan sonra “AhRat” adlı bu troyan geolokasiyanı izləyə, audio zənglərin tarixçələrini, kontaktları və mətnli mesajları oğurlaya bilir. Lakin troyanın imkanları bununla məhdudlaşmır. Belə ki, “AhRat” smartfonun kamerası vasitəsilə fotolar çəkə, SMS mesajlar göndərə və smartfonun diktofonu vasitəsilə audiofayllar yaza bilər.




Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap