![]() |
|














Türkiyə “hə” dedi, NATO genişləndi - TƏHLİL
Tarix 08.04.23, 12:18 |
|

Avropanın bitərəf və sabitliyi ilə ad çıxaran ölkələri sırasında yer alan Finlandiya tarixinin ən önəmli günlərindən birini yaşayır. Ölkə dünyanın ən iri hərbi təşkilatına - NATO-ya üzv olur. Ankaranın Finlandiyanın NATO-ya üzvlüyünə rəsmən razılıq verməsi ilə alyansın şimala doğru genişlənməsi istiqamətində mühüm addım atılıb. Finlandiya NATO ölkələri xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasında alyansın 31-ci üzvü olmaq üçün razılıq alıb. Təşkilatın Litvada iyul ayında keçiriləcək sammitində Finlandiyanın üzvlüyü rəsmi olaraq qəbul ediləcək.
“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Baltik dənizində 7-ci NATO üzvü
Bu üzvlük hansı anlama gəlir? Bu genişlənmə ilə Rusiya və NATO-nun ümumi sərhədləri min kilometrdən çox olacaq. Rusiyanın şimal-qərbinin böyük hissəsi NATO ilə həmsərhəddir: Baltikdən Barens dənizinə qədər. Finlandiya həm də NATO-da Baltik dənizi sahilində yerləşən yeddinci ölkə olub. Bu isə o deməkdir ki, Rusiyanın Sankt-Peterburqdakı sahil ərazisinə, eləcə də Kalininqrad anklavına girişi daha da daralır. Türkiyəyə gəldikdə, qardaş ölkə haqlı formada Finlandiyanı terrorçuları dəstəkləməkdə ittiham edərək onun Qərbin hərbi alyansına daxil olmasına qarşı çıxırdı. Lakin görünür, Finlandiya türklərin sərt mövqeyi qarşısında güzəştlərə gedib. Bu ölkənin prezidenti hədəflərinə çatmaq üçün Ankaraya səfər edib, türkiyəli həmkarı Ərdoğanla görüşüb.
Finlandiya Türkiyə ilə anlaşıb?
Bəs necə oldu ki, Türkiyə Helsinkiyə “hə”, Stokholma isə “yox” dedi? Məsələ ondadır ki, Finlandiya Türkiyəni Suriyada kürd yaraqlılarına qarşı hərbi əməliyyatlara görə tənqid etməyib, həm də Helsinkidə YPG döyüşçüləri sığınacaq tapmayıblar. Seçkilərdən sonra qalib gələcəyi təqdirdə Ərdoğanın İsveçin NATO-ya üzvlüyünə də “hə” deyəcəyini söyləmək isə hələ tezdir. Ankara hələ də Ukraynadakı münaqişənin həllində maraqlıdır və İsveçin NATO-ya daxil olması vəziyyəti daha da gərginləşdirir. Ərdoğan NATO-nu Qara dəniz bölgəsində sülhə meyilləndirmək üçün bu rıçaqı uzun müddət ehtiyatda saxlaya bilər.
Finlandiya İsveç üçün “bufer zona”dır
İsveçdə hesab edirlər ki, prosesin gecikdirilməsindənsə, Finlandiyanın NATO-ya tez qoşulması daha yaxşıdır. Bu, İsveç üçün də vacibdir. Çünki İsveçin Rusiya ilə hansısa bufer zonası olacaq. İsveç və Finlandiya aylardır NATO-nun birgə hərbi təlimlərində iştirak edirlər. Artıq bir neçə aydır ki, hər iki ölkənin təhlükəsizlik zəmanəti var. Onlar ABŞ, Böyük Britaniya, Polşa kimi ölkələr tərəfindən xüsusi statuslu ölkə elan ediliblər.
Nə İsveç, nə də Finlandiya Ukrayna olmasa da…
Skandinaviya dövlətlərinin NATO-ya üzvlük qərarı onların cəmiyyətinin son proseslərlə bağlı mövqeyidir. İndiyə qədər belə bir sosial sifariş olmadığı üçün bu ölkələr NATO-ya üzv olmaq istəmirdilər. Lakin Rusiyanın Ukraynaya qarşı apardığı müharibə bu fikirləri alt-üst etdi. Düzdür, Rusiya İsveçə və ya Finlandiyaya müharibə elan edəcək durumda deyil. Çünki buna heç bir əsas yoxdur. Nə İsveç, nə də Finlandiya Ukrayna deyil. Bu ölkələr əvvəldən də Qərbin orbitində olublar. Sadəcə, NATO-ya daxil olmaqla mövcud reallığı rəsmiləşdirəcəklər. Rusiya isə bunun qarşılığında regionda özünün silahlı qüvvələrini daha da möhkəmləndirə, ən yeni sursatlarını, raket əleyhinə qurğularını oraya yerləşdirə bilər. NATO-nun ən fundamental prinsiplərindən biri budur ki, ittifaqda yer alan bir ölkəyə qarşı hücum təşkilatın bütün üzvlərinə qarşı hücum deməkdir.
Rusiyanın geosiyasi uğursuzluğu
Bir çox ekspertlər Finlandiyanın NATO üzvlüyünə qəbulunu Moskvanın böyük geosiyasi uğursuzluğu hesab edirlər. Finlandiyanın NATO ilə bağlı qərarını tənqid edən Rusiya bu addımı “rusiyafob isteriya” adlandırıb. Finlandiya ictimaiyyətinin NATO-ya qoşulmaqla bağlı qərarı Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibədən sonra kəskin dəyişib. Bir gecədə ölkədə NATO-ya qoşulma fikrini dəstəkləyənlərin sayı 30 faizdən 80 faizə yüksəlib. Finlandiya hesab edir ki, NATO-ya üzv olmaqla Rusiyanın mümkün hücumundan özünü qorumuş olub. İkinci Dünya Müharibəsindən bəri Finlandiya heç vaxt Rusiya ilə müharibə aparmayıb.
Hesab olunurdu ki, Rusiya ilə yaxşı iqtisadi münasibətlər Finlandiyanın maraqlarına uyğundur və eyni zamanda Rusiyanı demokratik inkişafa bağlayır. Bu inanc Avropada kifayət qədər geniş yayılmışdı. Proseslərin gedişi bu ideyanı da arxivə atmış oldu.
Türkiyə niyə etiraz edir?
Türkiyənin hər iki ölkənin quruma üzv olmaq istəyinə qarşı çıxmasına gəldikdə isə 1952-ci ildən NATO-nun üzvü olan Ankara həmişə alyansın “açıq qapı” siyasətini dəstəkləyən mövqe nümayiş etdirib. İsveç və Finlandiyanın üzvlüyünə etiraz etməsinin səbəbi isə bu iki Skandinaviya ölkəsinin Türkiyənin terrorla mübarizəsinə dəstək verməməsi və hətta PKK-nın Suriyadakı qanadı YPG-yə kömək etməsidir. Brüsseldəki “Carnegie Europe” təşkilatının əməkdaşı, alim və keçmiş diplomat Sinan Ülgen hesab edir ki, Ankara bəzi şikayətlərində haqlıdır, xüsusilə də İsveçlə bağlı. Ülgen qeyd edib ki, bu, Stokholmun PKK-ya və onunla əlaqəli strukturlara münasibətilə əlaqəlidir.
Xəbərin oxunma sayı : 652
Analiz
Xəbərlər
-
Prezidentdən Qələbə Günü ilə bağlı paylaşım - FOTO
-
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
-
Şəbnəmdən Xuramana cavab - “Fotosessiyalarıma 3 min verirəm“
-
Həftənin rəmzi komandası - Yamal, Sommer, Hakimi...
-
Qramla satılan ətirlər ciddi problemlərə səbəb ola bilər - VİDEO
-
Yeni Roma Papası kimdir? – XIV Lev haqqında hər şey
-
BƏƏ prezidenti İlham Əliyevə zəng edib - Nələr müzakirə olunub?
-
Vətəndaşlar bu hala görə banklardan təzminat tələb edə bilərlər - VİDEO
-
Məhkəmədə o görüntüləri də göstərdilər - Fotolar
-
Yeni Papa o seçildi - İlk dəfə amerikalı
-
“Pulunu ver, balını artırım“ - Abituriyentlərə yeni təhlükə
-
“20 il ərzində bütün var-dövlətimi xeyriyyəçiliyə bağışlayacağam” - Qeyts
-
Bakının bu hissəsində hərəkət məhdudlaşdırılacaq - Xəbərdarlıq
-
Ağ Evin ən həssas mövzusu: Melaniya Tramp haradadır?
-
Rasim Məmmədov məhkəməyə şikayət edib - Əmlak davası
-
“8-ci kilometr“ bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı
-
Putinlə Si Cinpin arasında görüş 7 saat davam edib - VİDEO
-
Avtomobil almaq istəyənlər üçün şans - dövlət maşınları hərracda
-
Bakıdan Minskə uçmaq artıq daha bahadır - Bilet qiymətləri 1077 manata qədər yüksəlib
-
Vyetnamın birinci xanımı İçərişəhərdə - FOTOLAR
-
“Rusiya ordusu Ukraynada döyüş əməliyyatlarını tamamilə dayandırıb“ - Rəsmi Moskva
-
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
-
Quldurluq üçün evə basqın etdilər, polislərə atəş açdılar - Məhkəmə
-
Balakəndə kanat yolunun tikintisinə 5 milyon manat ayrıldı - SƏRƏNCAM
-
Hindistanın hücumu müharibəyə yol açır - Məhəmməd Asif
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük rəsmi məzənnəni açıqladı
-
Bu şəxslərə pulsuz evlər veriləcək - 120 milyonluq layihə
-
Prezident bu şəxsləri təltif etdi - SƏRƏNCAM
-
Şərurlu İsfəndiyarın ölkədən çıxışına qadağa qoyulacaq - Məhkəmə prosesi
-
Həbsdən çıxan narkoman arvadının da cibindən narkotik tapdı, onu öldürdü - 7 uşaq isə...
-
“Bu gün-sabah PKK silahı yerə qoyub təşkilatı ləğv edəcək“ - Ərdoğan
-
Kadırov istefa verəsi olmadı - Putinlə görüşüb
-
Prezidentdən XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına - Müraciət
-
Beyləqanda Ulu Öndərin 102 illik yubileyi keçirildi - Fotolar
-
Gəncədə restoran tikintisində faciə - Hündürlükdən yıxılıb öldü
-
Türkiyə Rusiyaya uçuşları dayandırdı - 16 reys təxirə salındı
-
Əli Əsədov To Lam ilə görüşüb - Nələr müzakirə olunub? (FOTO)
-
Mərhum başçı 14 il əvvəl oğlunun obyektinə icazə vermişdi - Reyesterə indi daxil edilib
-
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO
-
“Azərbaycanla sülh müqaviləsinin imzalanmasında irəliləyiş yoxdur“ - Armen Qriqoryan
-
Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
-
Bakıda evi plana düşən sakinlər narazılıq edir: “48 000 AZN-ə ev ala bilərəm?“
-
Arif Babayevə Heydər Əliyev Mükafatı verildi - Sərəncam
-
Vəfat edən şəxsin pensiyasını bu şəxslər də ala biləcək - VİDEO
-
Naxçıvan Ali Məclisinin sədri nazir təyin edə bilməyəcək? - Təyinat mexanizmi dəyişir
-
Abşeronda polis əməliyyatı: İranlının kuryeri tutuldu - VİDEO
-
İcra hakimiyyətinin işçiləri qəzaya düşdü - Xəsarət alanlar var
-
Suriya və İsrail danışıqlar aparır - Şaraa təsdiqlədi
-
Hindistan və Pakistan tarixin ən böyük və ən uzun hava döyüşünü keçirdi - CNN
-
Azərbaycanda gənclər ən çox hansı xəstəliklərə yoluxur? - SƏBƏB
-
Bayramov vyetnamlı həmkarı ilə görüşdü - Müzakirə
-
Tiflisdə partlayış təhlükəsi: ABŞ səfirliyindən sensasion xəbərdarlıq
-
Çempionlar Liqası: “Qarabağ” 2-ci təsnifata yüksəldi!
-
“Panorama“ hoteldə əxlaqsızlıq yuvası aşkarlandı, sahibkara HÖKM OXUNDU
-
İnam Kərimov Türkiyədəki konfransda - Fotolar
-
“Elə bir nöqtəyə gəlirik ki...” - Tramp Ukrayna barədə
-
Arzu Əliyeva uşaqları ziyarət etdi - FOTOLAR
-
Əkrəm İmamoğlunun “X” hesabı bloklandı - FOTO
-
“Uşaqların ikisi itib, bilmirik kim aparıb” - Evini su basan sakin+Video
-
“Onsuz kartımda pul yoxdur” deyib keçməyin! - Təhlükə saçır - VİDEO
-
Xatirə İslam sənətdən gedəcək - Bu tarixdə
-
Yaşı 30-dan yuxarı şəxslərə çağırış mesajı niyə gəlir? - VİDEO
-
Nəsrin Cavadzadə eyvanda elə pozalar verdi ki... - FOTOLAR
-
Banklar vətəndaşların kartından oğurlanan pullara görə nə vaxt məsuliyyət daşıyacaq? - VİDEO
-
Prezident ailə üzvləri və qonaqlarla “Gülüstan” sarayında - Fotolar
-
Vəzifəli şəxsi aldadıblar - Oğlunu nazirliyə işə götürmək adıyla
-
Ərdoğan Şahbaz Şəriflə telefonla danışıb - Pakistanın həmrəyik
-
Bakıda dövlət ziyafəti verildi - FOTOLAR
-
İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? - SİYAHI
-
Fransadan diplomatik hörmətsizlik: Azərbaycan səfiri Qələbə tədbirinə dəvət olunmadı
-
Bakıda güclü yanğın - Sakinlər təxliyə edilir + VİDEO
-
Prezident İlham Əliyev Qələbə Paradına getməyəcək! - Səbəbləri məlum oldu
-
“Vasmoy” bazarında qəribə fırıldaq - Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər (VİDEO)
-
Oliqarx oğlunun əmlakının üzərinə həbs qoyuldu - SENSASİON GƏLİŞMƏ
-
Putin Kadırovla görüşdü - Vəzifədən gedir?
-
“Hindistanla gərginlik nüvə müharibəsinə səbəb ola bilər“ - Havaca Asif
-
Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Mehriban Əliyeva No Fon Li ilə görüşdü - VİDEO/FOTO
-
İlham Əliyev və To Lam mətbuata birgə bəyanatla çıxış edib - Fotolar
-
Növbəti üç gündə leysan yağacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanla Vyetnam arasında sənədlər mübadilə edildi - Fotolar
-
Prezidentin köməkçisi NATO nümayəndəsi ilə görüşüb - FOTO
-
Hacıqabulda suçəkmə işləri davam etdirilir - Video+Fotolar
-
Atasının qətlini 60 minə sifariş edibmiş: Təbii yolla öldüyü bilinsin deyə “tok”a verəcəklərmiş
-
Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
Bakıda iki maklerə cinayət işi açıldı - 155 minlik dələduzluq
-
Suya borcu olan abonentlərin nəzərinə! - VİDEO
-
İlham Əliyevlə To Lamın geniş tərkibdə görüşü başladı - FOTO
-
Bayramov İraq Prezidenti ilə görüşdü - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“Meydan TV“ işi üzrə saxlanılan jurnalist həbs edilib - 1 ay 29 gün
-
Vyetnam lideri Bakıda - İlham Əliyev və birinci xanım qarşılayıblar
-
Serbiya Prezidentinin təyyarəsi Bakıda təcili eniş etdi - Moskvaya gedə bilmədi
-
Prezidentdən sənaye parkları ilə bağlı - Fərman
-
Azərbaycan bank sektorunda aparılan islahatlarla regionda irəlidədir - “S&P Global Ratings“ açıqladı
-
Pensiya kapitalından necə istifadə etmək olar? - Deputat qanunun tələblərini açıqladı
-
Nazirin təyinat xəbəri silindi - Naxçıvanda nə baş verir?
-
Türkiyə turizmdən rekord məbləğdə gəlir əldə etdi - FOTOLAR
-
Kosmetoloq Dilrubə Sətyarlı lisenziyasız fəaliyyətini davam etdirir - FOTOLAR
-
Nazirlik tərəfindən bataqlıq ərazidə tikilmiş binanın sakinləri çəvəziyyətdə - VİDEO
-
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən kişinin başını əzdi - Cinayət işi açıldı
-
Öz ayağı ilə getdiyi xəstəxanadan niyə meyiti çıxdı? - VİDEO
-
“Pakistan Hindistanın raket hücumlarına cavab haqqını özündə saxlayır“ - Təhlükəsizlik Komitəsi
-
Vialon” MMC vətəndaşın başına daş yağdırır - VİDEO
-
Azad edilmiş rayonlarda tikinti xərcləri açıqlanıb - SİYAHI
-
Gənc müğənni Dilarə Mahmudova: “Musiqi mənim üçün həyatın özü, nəfəs aldığım dünyadır”
-
Bakıda masaj salonu işlədən qadın dabankeşlə döyüldü - Şəriki saxlanıldı
-
“Çox bahalı prosedurlardır, cəmiyyəti və dostları xəbərdar edəcəyik“ - Əvəz Zeynallı
-
Taksidə mübahisə qanla bitdi - Əhməd Məmmədli saxlanıldı
-
Bakının bu ərazilərində evlər kəskin bahalaşacaq - QİYMƏTLƏR
-
Sevgilisinin saçını qırxan kişi - Həbs edildi
-
Cəmi 3 ay müşavir işlədi - Yeni vəzifəyə getdi
-
Tiktoker Mahirə cinayət məsuliyyətinə cəlb olunub - İnsan alverində günahlandırılır
-
Azərbaycan və İraqın XİN rəhbərləri görüşdü - FOTO
-
Dövlət İmtahan Mərkəzində nələr baş verir? - Təhsil eksperti elə ittihamlar səsləndirir ki...
-
Maşınının qaçırıldığını gələn cərimə ilə bilib - Turalın üçüncü cinayəti
-
Azərbaycan XİN Pakistana qarşı hərbi hücumları pisləyib
-
Özünü şəhid atası kimi təqdim edən şəxs saxlanılıb - FOTO
-
Hakan Fidan pakistanlı həmkarına zəng vurdu - Türkiyənin Pakistanla həmrəy olduğunu bildirdi
-
Toy üstündə dava: Gitara ifaçısı müğənnini xəstəxanalıq etdi
TOP 10
ARXİV