“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sertifikasiyadan keçə bilməyən 1300 müəllim işdən çıxarılıb - Emin Əmrullayev

Tarix 10.02.25, 15:11

Font ölçüsü : - / +
bitmap-img6


Son iki il ərzində 1 300 müəllim sertifikatlaşma imtahanlarında uğur qazanmadığından işindən kənarlaşdırılıb.

"Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimatında "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, müəllimlərlə aparılan iş ağrılı prosesdir:

"İmtahanlarda yaxşı nəticə göstərməyən müəllim təhsil sistemindən zamanla çıxarılır".

Nazir bildirib ki, növbəti üç il ərzində də bu islahatlar davam etdiriləcək:

"İslahata başlayanda sıfırdan yox, mənfi 1-dən başlayıb sıfıra getmək əsas problemdir. Əgər dəyişikliyi indidən etməsək, bəzi müəllimlərin sonrakı 20-30 il fəaliyyətini düşününcə nəticə heç də ürəkaçan olmaz".

E.Əmrullayev vurğulayıb ki, 2026-cı ilə qədər ölkə üzrə bütün fənn müəllimlərinin sertifikatlaşdırma imtahanlarına cəlbi nəzərdə tutulur:

"Əgər islahatlarımız uğurla davam etsə, nəticəsi zəif olan müəllim sayı azalacaq, amma bir müəllimə düşən şagird sayı da artacaq. Eyni zamanda gənc müəllimlərin də təhsil sahəsində sayı 20 % artacaq. İmtahan nəticələrinə baxsaq, gənc müəllim məzunlarından çox az sayda zəif nəticə göstərən olub. Böyük əksəriyyət testdən uğurla keçib. İslahatlar ən zəif müəllimlərin daha gənc və istedadlı müəllimlərlə əvəz olunmasına gətirib çıxaracaq".



Xəbərin oxunma sayı : 1033




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap