Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

Saman çöpündən yapışan “Hafka“ nəyi xilas etməyə çalışır?

Tarix 16.01.18, 20:00

Font ölçüsü : - / +
bitmap-img6


Hafiz Məmmədovun son mesajının arxasında nələr dayanır?
 
Son aylar iflas etdiyi barədə xəbərlərlə media gündəminə gələn “Hafka” ləqəbli Hafiz Məmmədov yeni ampluadadır. Bu dəfə incidililmiş, məzlum obrazında. Sən demə, onun iflas olmasının, beynəlxalq banka borclanmasının iki əsas səbəbkarı-günahkarı var imiş: Ziya Məmmədov və Cahangir Hacıyev. Hafiz Məmmədov son media açıqlamalarında Ziya Məmmədovun kriminal dəstəsi tərəfindən təzyiqlərə məruz qaldığını, soyulduğunu, Cahangir Hacıyevin maliyyə fırıldağı nəticəsində aldadıldığını iddia edir. Görəsən, əgər belə bir hadisələr baş vermişdisə, Hafiz Hacıyev həmin hadisələr barədə niyə hüquq-mühafizə orqanlarına, ölkə başçısına şikayət etmirdi?

Image result for Hafis Məmmədov

Bundan başqa, müflis olmasında Ziya Məmmədovu günahkar bilən “Hafka” həmin kapitalı kimin hesabına qazanmasından, milyonçu olmasında Z. Məmmədovun oynadığı roldan niyə danışmır? Bəyəm ona Z. Məmmədovmu demişdi ki, get reklam xatirinə pullarını xarici futbol klublarına səp. Ona kim demişdi ki, Beynəlxalq Bankdan yüksək faizlə, “şapka” ilə külli miqdarda kredit götür. 

Əslində H. Məmmədovun son müsahibəni verməyə sövq edən səbəblər başqadır. Bu barədə təxminən bir il öncə yazılsa da medianın diqqətini xüsusi çəkməmişdi. Mənbəmiz bildirir ki, H. Məmmədov “Bahar” yataqlarının idarəçiliyində çox ciddi axsamalara yol verib, nəzərdə tutulmayan xərclərə yol verib ki, bu vəsaitin şəxsi mənfəət üçün xərcləndiyi bəlli olub. Məhz belə “oğurluq” hadisəsinə görə “Hafka” “tavana” oturdulub və üzərinə əlavə vəsait yüklənib. Hətta bir neçə jurnalistin də iştirak etdiyi məclislərdə strateji məhsulun Avropadakı satış təmsilçisi olan şəxs borcları vaxtına qaytarmadığı üçün onu təhqir edib. Bu hadisə Məmmədovun Teymur Əliyev küçəsindəki villasında baş verib.

Ölkəyə London taksilərinin başçılıq etdiyi şirkət tərəfindən gətirildiyini iddia edən Hafiz Məmmədov əsl həqiqəti yenə gizlədir. Çünki o taksi xidmətinin açılmasının ideya müəllifi və rəhbərlikdən xeyir-duasını alan Ziya Məmmədov olmuşdu. Lakin Hafiz Məmmədov həmin “London taksilərini” İngilətərədən deyil, Çindən gətirtmişdi. İslam oyunları ərəfəsində texniki baxış keçirilərkən həmin taksilərin texniki vəziyyətinin bərbad olduğu aşkar olunmuşdu. Belə məlum olmuşdu ki, Hafiz Məmmədov Çindən çox ucuz və keyfiyyətsiz avtomobillər gətirdib ki, cəmi iki il işlənmiş taksilərin artıq istismar müddəti başa çatıb. Bu hadisə həmin taksi xidmətinin “Hafka”dan alınmasına gətirib çıxardı. Ona bu fırıldağı bağışlamayan Ziya Məmmədov şəhərdaxili ictimai nəqliyyat şirkətlərini də Hafiz Məmmədovdan aldırdı. 

Artıq fırıldaqlarının üstünün açıldığını görən H. Məmmədovun “Quska” ləqəbli Hüseyn Abdullayevə üz tutduğu, ondan yardım istədiyi deyilir. Lakin H. Abdullayev “Hafka”ya etibarsız adam olduğunu, onu vaxtilə Ziyaya satdığını deyərək rədd cavabı verib. Hər yerdən əli çıxan “Hafka” indi Ziya Məmmədovu şantaj etməklə vəziyyətdən çıxmağa çalışır. Necə deyərlər, “suda boğulan saman çöpündən yapışar”. 

AzFakt.com



Xəbərin oxunma sayı : 1642




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap