Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Sabirabadda 2023-cü il “Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur” mövzusunda kitab sərgisi keçirilib

Tarix 05.12.23, 10:00

Font ölçüsü : - / +
bitmap-img6


2023-cü il "Heydər Əliyev İli çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və dövlət müstəqilliyinin bərpa olunmasının 32-ci ildönümü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sabirabad rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Sabirabad Peşə Liseyində Heydər Əliyev Müstəqil Azərbaycanın Qurucusudur mövzusunda tarix dərsi keçirilib və Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi keçirilib.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və dövlətimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Heydər Əliyev Mərkəzinin əməkdaşı Səlmi Mehtiyeva 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə şagirdləri təbrik etdi, Azərbaycanın müstəqil dövlət kimi
möhkəmlənməsinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirildiyini vurğuladı.
Qeyd olundu ki, Azərbaycan xalqının tələbi ilə 1993-cü ildə Azərbaycan xalqının böyük oğlu, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Aparılan uğurlu siyasət nəticəsində iqtisadiyyatımız gücləndi, qısa zaman ərzində Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs əldə edildi.

İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" deyən Ulu Öndər Azərbaycanın müstəqilliyinin əbədi və dönməz olduğunu elan etdi.



Xəbərin oxunma sayı : 358




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap