“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

AAYDA-da Müseyib Həmzəyevin “ailə podratı” - Rəis, müdir, baş mühasib...

Tarix 07.02.26, 16:32

Font ölçüsü : - / +
bitmap-img6


Məlum olduğu kimi, ötən gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr dəyişikliyi baş verib.

AzFakt.com xəbər verir ki, Prezident İlham Əliyevin sərəncamı ilə qurumun rəhbəri Saleh Məmmədov vəzifəsindən azad edilib. Onun yerini isə Vüsal Nəsirli tutub.

Qeyd edək ki, AAYDA-da önəmli fiqurlardan biri də qumunun Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevdir.

Agenliyin “kilid ism”lərindən biri olan bu şəxs bir müddət əvvəl övladına bahalı toy etməsi ilə gündəmə gəlmişdi.

Belə ki, Həmzəyevin həmin toya 500 min manata yaxın xərc çəkdiyinə dair iddialar vardı. Bu gün də açıq mənbələrdə həmin toyda masanın qiymətindən tutmuş, məşhur müğənnilərin iştirakıa dair məlumatlar mövcuddur.

Tribuna.az-ın araşdırması zamanı Həmzəyevin daha bir “məziyyəti” üzə çıxıb. Məlum olub ki, sözgedən şəxs Agentlikdə sözün həqiqi mənasında “ailə podratı” yaradıb. Belə ki, Maliyyə İdarəsinin rəisi öz yaxın qohumlarını AAYDA-da işlə təmin edib.

Məlumata əsasən, Həmzəyevin vəzifə tutan yaxın qohumlarının siyahısını təqdim edirik:

– Zaur Həmzəyev: Müseyib Həmzəyevin əmisi oğludur. O, 1 saylı Yol İstismar İdarəsinin müdiri postunu tutur.

– Araz Bəndəliyev: Həmzəyevin xalası oğludur. Hazırda 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri vəzifəsində çalışır;

– Toğrul Həmzəli: Müseyb Həmzəyevin qardaşı oğludur. O, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi postuna sahibdir;

– Təhminə Həmzəyeva: Müseyb Həmzəyevin bacısıdır. AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiridir;.

– Mətanət Həmzəyeva: Sözügedən şəxsin bacısıdır. Hazırda “Azəryolelmitəhqiqatlayihə” İnstitutnun baş mühasibi işləyir;

– Dilavər Həmzəyev: AAYDA Maliyyə İdarəsi rəisinin yeznəsidir. O, 1saylı Yaşıllaşdırma İdarəsinin müdir müavinidir;

- Ustubat Niftəliyev: Həmzəyevin yeznəsidir. 3 saylı Yaşılllaşdırma İdarəsinin rəisi postunu tutur.

Qeyd edək ki, bu kiçik araşdırma nəticəsində üzə çıxan Həmzəyevin qohumlarının siyahısıdır. Onun başqa qohumlarının da işsiz qalmadığını ehtimal etmək olar. Elə buradan aydın görünür ki, sözügedən şəxs AAYDA-da sözün həqiqi mənasında “ailə podratı” yaradıb.

Bildirək ki, Müseyib Həmzəyevlə bağlı araşdırmamzı davam edir. Növbəti yazımızda AAYDA-nın Maliyyə İdarəsinin rəisinin “rüşvət piramidası” haqqında geniş araşdırmamızı oxuculara təqdim edəcəyik.



Xəbərin oxunma sayı : 226




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap