|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Gömrük və Vergini birləşdirilməsi reallaşır! - “Mikayıl Cabbarov rəhbərlik edəcək”
Tarix 11.01.18, 14:35 |
|
“Xaqani Abdullayevin nazirin yeni müşaviri təyin edilməsi təsadüfi deyil”
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi vahid bir qurumda birləşə bilər. Bu barədə “Turan”-a mötəbər mənbələrdən məlumat verilib.
Məlumatlara görə, tezliklə Dövlət Gömrük Xidmətinin və Vergilər Nazirliyinin inteqrasiyası yolu ilə vahid fiskal orqan yaradılacaq. Bu da dövlətə həmin xidmət vasitəsilə tamamilə sabit gəlir əldə etməyə imkan verəcək. Bu manevrdə məqsəd təkrarlanmanı aradan qaldırmaq və idarəetmənin səmərəliliyini gücləndirən sinergetik effekt əldə etməkdir.
Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov və iqtisadçı Natiq Cəfərli yeni yanaşmanın bugünkü reallıqlara və ölkənin maliyyə sahəsinin inkişaf perspektivlərinə təsiri barədə fikirlərini Turan ilə bölüşüblər.
Əkrəm Həsənov: Vergi və gömrüyü birləşdirərək tək bir fiskal orqanının yaradılması qərarı özünü doğruldur. Dünyada belə yanaşma çərçivəsində uğurlu nümunələr çoxdur. Amma əks nəticələr də olub. Dünya praktikasında qurumların iri və əməliyyat baxımından yöndəmsiz, nöqsanlı səlahiyyət bölgüsü olan strukturlara inteqrasiyası təcrübəsi olub, bu zaman müxtəlif departamentlər onlara uyğun olmayan funksiyalar əldə edib. Ona görə də qərarların qəbulu çox vaxt əsassız olaraq uzun vaxt aparır, bəzən isə yenidən baxılmağı tələb edirdi. Birləşmənin müsbət nəticələri də olub: birgə vergi-gömrük yoxlamaları, qanunvericilik normalarının eyni cür anlaşılması, iki xidmət arasında tam informasiya mübadiləsinin yaradılması. Azərbaycanda kadrlar çox şeyi həll edir. Çünki hökumət strukturları vəzifəyə görə yaradılır, əksinə yox. Hesab edirəm ki, yeni fiskal orqana yeni təyin olunmuş vergilər naziri Mikayıl Cabbarov rəhbərlik edəcək. Onu ikinci rolda saxlamaq üçün təyin etməyiblər. Xaqani Abdullayevin nazirin yeni müşaviri təyin edilməsi təsadüfi deyil. O, ötən payız Mərkəzi Bankın sədr müavini vəzifəsindən gedib.
X.Abdullayev vəzifədən özü getdi. Bu, Azərbaycanda gözlənilməz hadisədir. Yeri gəlmişkən, o, iqtisadiyyatı başa düşən nadir makroiqtisadçılardan biri, iqtisadiyyatı Vergilər Nazirliyi üçün tələb olunandan daha geniş anlayan iqtisadçı analitikdir. X.Abdullayevin Mərkəzi Bankdan getməsi ilə hələ o zaman fiskal sahədə mümkün dəyişikliklər barədə spekulyasiyalar var idi, çünki M.Cabbarovun səlahiyyətləri təkcə bu qurumla məhdudlaşa bilməzdi. Bundan əlavə, gömrük və Vergilər Nazirliyinin birləşdirilməsinin zərurəti barədə bir neçə ildir danışılırdı. Aydın Əliyevə gəlincə, o, daha çox texniki bir fiqurdur, yəni gömrüyü əslində o, idarə etmir.
Bu iki qurumun inteqrasiyası obyektiv addımdır, çünki onların funksional mahiyyəti dövlətin gəlirləri, inzibatçılıq metodologiyası ayrı-ayrı fəaliyyət sahələrində üst-üstə düşür və onların ayrılması doğru deyil. Məsələn, beynəlxalq əqdlərdə ƏDV-ni gömrük orqanları tutur, halbuki bu, vergidir, gömrük rüsumu deyil. İki təşkilat arasında sıx əməkdaşlıq var. Bütövlükdə, birləşmə biznes maraqları baxımından da vacibdir, çünki bu, bir pəncərə məsələsidir. Biznes iki maliyyə qurumunun təzyiqi altında inləyir. Məsələn, əvvəllər bəyan edilməmiş məhsulların tədarükü ilə bağlı problemlər vardı. Əslində gömrük qanunsuz idxala icazə verir, vergi qurumu isə etiraz edirdi. Bu, həmin strukturların ayrılmasının məqsədəuyğun olmadığına bir misaldır. Nəhayət, dövlət üçün iki qurumun saxlanılması çətindir, çünki bu, büdcə üçün əlavə bir yükdür.
Bütün sənaye cəhətdən inkişaf etmiş ölkələrdə maliyyə siyasəti profil qurum tərəfindən həyata keçirilir. Əlbəttə ki, burada fərqli bir yanaşma ola bilər. Dünya praktikasında vergi və gömrük xidmətləri funksiyaları Maliyyə Nazirliyində inteqrasiya olunur və ya bu strukturlar bir çox ölkələrdə ayrı-ayrı fəaliyyət göstərir. Amma vergi və gömrük siyasətini Maliyyə Nazirliyi həyata keçirir. İndiki halda xidmətlərin funksiyaları dövlət yığımları ilə məhdudlaşıb. Ölkəmizdə vahid dövlət maliyyə siyasəti orqanına ehtiyac var. Fiskal orqanlar bu profil quruma tabe ola və ya olmaya bilər. Amma maliyyə siyasəti ilə profil dövlət strukturu məşğul olmalıdır.
Bizdə bu məsələdə tam pərakəndəlik var. Sonda heç kəs həç nəyə görə məsuliyyət daşımır. Maliyyə Nazirliyi vergi, gömrük və bank sahələri üçün məsuliyyət daşımadığını bəyan edir. Fiskal orqanları birləşdirməklə iş bitmir, vergi və gömrük xidmətlərini Maliyyə Nazirliyinin tərkibinə daxil etmək lazımdır. Amma bu, gələcəyin işidir. Bu gün Maliyyə Nazirliyinin şəxsində maliyyə siyasətinə cavabdeh olan vahid fiskal struktura ehtiyac var. Kadr məsələlərinə gəlincə, vergi və gömrük sahəsində siyasət M.Cabbarova həvalə ediləcək. Ancaq bu, yanlışdır, çünki vergi və gömrük xidmətləri onların birbaşa vəzifələri – dövlət yığımları ilə məşğul olmalıdır. Xatırlatmaq lazımdır ki, hazırkı maliyyə naziri Samir Şərifov müstəqil və güclü bir fiqurdur. Ona görə fiskal və maliyyə qurumlarının birləşməsindən danışmaq hələ çox tezdir. Bu, gələcəkdə mümkündür.
İki qurumun birləşməsi ideyası yeni deyil, amma hesab edilirdi ki, keçmiş vergilər naziri üçün bu, çox olar. Yeni, yetərincə güclü bir fiqurun meydana çıxması yeni idarəetmə strukturunun yaradılması üçün zəmin yaradır.
Natiq Cəfərli: Gömrük və vergi xidmətlərinin bir fiskal orqanda birləşməsi 2013-cü ildən Respublikaçı Alternativ Hərəkatının (REAL) proqramında öz əksini tapıb. Bu iki qurumun birləşməsi labüddür. Dövlət Gömrük Komitəsinin timsalında ayrıca dövlət strukturunun olması məqsədəuyğun deyil. Vergi və gömrük xətləri üzrə büdcə gəlirləri bir rəhbərlik altında bir istiqamətə getməlidir. Ümumiyyətlə, belə bir arzu olsa deyilən yanaşma biznesin xeyrinə daha çevik vergi və gömrük siyasəti yürütməyə imkan verir.
İndi biznesin lehinə qərar qəbul edərkən nazirlik və qurumların maraqları toqquşur. Bu məsələ ölkə müstəqillik əldə qazanandan işgüzar dairələri narahat edir. Çünki gömrük və vergi xidməti sahibkarlığın inkişafına mane olur. Onların birləşdirilməsi idarəetmənin səmərəliliyinə kömək edəcək, çünki bəzi qeyri-hökumət, amma hökumət qurumları problemləri səmərəsiz həll edir. Vahid qurumun yaradılması bizneslə hökumət arasında dialoqa kömək edəcək.
Fiskal orqanların birləşməsinin digər müsbət tərəfi qənaətdir. Çünki ayrıca Gömrük Komitəsi dövlət büdcəsinə baha başa gəlir. İki qurumun birləşməsi gömrük orqanlarında ixtisarla nəticələnəcək və kadrların effektivliyi artacaq. Bu orqanları Maliyyə Nazirliyinin strukturunda birləşdirmək yaxşı olardı. Amma icra hakimiyyəti üzərində zəif nəzarətlə xarakterizə olunan mövcud hakimiyyət sistemində belə bir nazirliyin yaradılması biznes üçün problemlər yaradar. Səlahiyyətlilərin genişliyi nəticəsində onun sahibkarlığı əzəcək bir dövlət nəhənginə çevrilməsi riski var. Əgər perspektivdə hakimiyyət orqanları üzərində şəffaflıq və ictimai nəzarətə nail olunsa üç qurumun birləşməsi təbii bir addım olacaq.
Fazil Məmmədovun gedişi gözlənilən idi. Son vaxtlar işgüzar çevrələr tərəfindən Vergilər Nazirliyinin ünvanına çoxlu sual və iradlar müşahidə olunurdu. Son həlledici məqam isə Turan agentliyinin məhkəmə təqibi oldu. Bu vəzifəyə Mikayıl Cabbarovun təyin edilməsi də həmçinin məntiqli və gözlənilən idi, çünki keçmiş təhsil naziri iqtisadi bloka daha çox uyğun gəlir. Hələlik onun təyin edilməsi ilə hansısa köklü dəyişiklik olmayıb, çünki az vaxt keçib. Yaxşı olardı, nazirliyin yeni rəhbəri açıq şəkildə öz planları barədə danışsın. Təəssüf ki, bizim ölkədə ictimaiyyətlə hakimiyyət nümayəndələri arasında dialoq yoxdur. Dünya praktikasından fərqli olaraq bizdə belə mədəniyyət mövcud deyil.
Ümumilikdə isə vahid fiskal orqanın yaradılması ilə yanaşı, qanunvericilikdə islahatlar aparılmalıdır, çünki mövcud qanunvericilik absurddur. Yeni anlaşılan, yığcam və həcmli Vergi Məcəlləsi lazımdır. Vergi siyasətinə yanlış münasibətdən əl çəkmək lazımdır.
Tərəflərin – biznes və dövlətin hüquq və öhdəliklərində aydınlıq tələb olunur.
Bir sözlə, aydın Vergi Məcəlləsi olmadan vergi islahatları mümkün deyil. Digər tərəfdən, gəlirlərin bəyan edilməsi ilə bağlı qərar işə düşməlidir.
Məmurlar və bütün işləyən əhali hər il vergi bəyannaməsi təqdim etməlidir. Bu, idarəetmənin şəffaflığını yüksəldəcək və büdcə daxilolmalarını artıracaq. Nəhayət, fiskal orqanlar cəza orqanı olmamalıdır. Biznes onlardan qorxmamalı, onlarla əməkdaşlıq etməlidir. Bütün bunlar vacib aspektlərdir və onlarsız real dəyişikliklər mümkün deyil.
Xəbərin oxunma sayı : 625
Gündəm
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV