“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Ağacları qırıb yol saldılar: Zorge parkı məhv edilir - ETİRAZ

Tarix 25.02.26, 19:34

Font ölçüsü : - / +
bitmap-img6


Şəhərin tam mərkəzində, Rixard Zorge adına parkda, ağacların arasında yeni avtomobil yolu salınır.

Tribuna.az xəbər verir ki, bu barədə məlumatı tanınmış memar Elçin Əliyev paylaşıb. O bildirib ki, bu işi görənlər əhaliyə məluçat verməyi belə düşünməyiblər:

“Bakının tarixi memarlığı ilə indiyədək edilən və hələ də davam edən müdaxilələrdən, sakinlərin məlumatlandırılmadığı və hətta formal şəkildə belə müzakirəyə cəlb edilmədiyi qərarlardan sonra, görünür, artıq mərasimə ehtiyac qalmayıb: nə izah etməyə, nə bəraət qazandırmağa, nə də nəyisə gizlətməyə.

Sadəcə, onilliklər boyu ağacların bitdiyi parkın içindən yol salmağa.

Belə bir təəssürat yaranır ki, şəhərin tarixi, memarlıq və insani maraqlarını qorumağa qadir və istəkli rəhbər yoxdur.

Təəccüblü deyil: biz Avropa Şurasına üzv olan 46 ölkə arasında paytaxtın meri sakinlər tərəfindən seçilməyən, təyin olunan yeganə ölkə olaraq qalırıq”.

Qeyd edək ki, Nəsimi rayonunda yerləşən sözügedən park yaşıllıqları ilə seçilən parklardandır.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
 





Xəbərin oxunma sayı : 349




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap