![]() |
|














Tüstüdən çıxan milyonlar - tütün ixracımız niyə azalıb?
Tarix 30.08.25, 11:35 |
|

Bu il Azərbaycanın tütün ixracında azalma var. 2025-ci ilin yanvar-iyul aylarında ölkə 28 milyon 618.64 min ABŞ dollar dəyərində tütün və tütünün sənaye əvəzedicilərini ixrac edib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.7 faiz azdır.
Hesabat dövründə ölkəyə 70 milyon 347.98 min manatlıq tütün və tütünün sənaye əvəzediciləri idxal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4.2 faiz faiz artım deməkdir.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yeddi ayda ölkədə 9 milyard 72,1 milyon siqaret və siqar istehsal olunub. Göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz artıb. 1 avqusta bu məhsulların ehtiyatları 861 milyon ədəd təşkil edib.
Hesabat dövründə ölkədə 1 118.6 ton sənaye emalından keçmiş tütün istehsal edilib ki, bu da 2024-cü ilin yanvar-iyul ayları ilə müqayisədə 57 faiz azdır. 01.08.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 518.8 ton olub.
Ötən il ümumilikdə Azərbaycanda 4264,9 ton emal olunmuş tütün istehsalı qeydə alınıb ki, bu da əvvəlki illə müqayisədə 84,4 faiz çoxdur. İl ərzində siqaret və siqar istehsalı cəmi 0,4 faiz artmaqla 16 milyard 75,6 milyon ədəd təşkil edib.
Qeyd edək ki, Azərbaycanın xarici ticarət statistikasına nəzər yetirdikdə aydın olur ki, bu il ölkədən tütün xammalının ixracı kəskin azalıb, son məhsulun - siqaretlərin ixracı isə artıb. Belə ki, ötən ilin birinci yarısında 7 milyon 493,1 min dollar dəyərində 2851,72 ton Tütün xammalı, orta damarcığı çıxarılmayan tütün, 4 milyon 281,33 min dollar dəyərində 1197,35 ton orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütün, 14 milyon 92,41 min dollar dəyərində 920,58 milyon ədəd tərkibində tütün olan siqaret ixracı qeydə alınmışdısa, bu ilin eyni dövründə birinci məhsulun ixracı 4 milyon 224,79 min dollar dəyərlə 1330,71 tona, ikincinin ixracı 2 milyon 132,03 min dollar dəyərlə 498,04 tona qədər azalıb, son məhsul ixracı isə 17 milyon 423,19 min dollar dəyərlə 1 milyard 112,37 milyon ədədə qədər artıb.
Azərbaycanın sənaye emalından keçmiş tütün xammalının əsas ixrac bazarı MDB dövlətləridir, lakin bazarlar arasında Yunanıstan, Bolqarıstan, İtaliya, Litva, Xorvatiya kimi Avropa ölkələri də var. Siqaretlərin ixracında mühüm pay Gürcüstana məxsusdur, bu ilin birinci yarısında az miqdarda məhsul MDB dövlətlərinə və Omana da ixrac olunub.
Qeyd edək ki, tütün xammalının ixracındakı azalma 2024-cü ildə qanunvericiliyə edilmiş dəyişikliklə bağlıdır. “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliyə əsasən, 2024-cü ildə Azərbaycanda istehsal olunan tütün məmulatlarının tərkibində 96 qram yerli xammal, 2027-2029-cu ildə 100 qram, 2030-cu və daha sonrakı illərdə 120 qram yerli xammal olması tələbi qoyulub. Hökumət bu tələbi ölkədə tütün xammalının yeni növlərinin becərilməsi və həcminin artması məqsədi ilə əsaslandırıb. Qanuna əsasən ölkədə fəaliyyət göstərən hər bir istehsalçı öz məhsullarının tərkibindəki maddələrin miqdarına dair Səhiyyə Nazirliyinə xüsusi hesabat təqdim etməlidir. Belə görünür ki, Azərbaycanın tütün məmulatları istehsalçıları qanundakı yeni tələbə əməl etmək üçün məhsullarında yerli tütündən istifadəni artırıblar. Bu isə son nəticədə xammal tütünün ixracında azalmaya, hazır məhsulun ixracında isə artıma səbəb olub.
Ötən il qanuna bir sıra dəyişikliklər də edilib. Həmin dəyişikliklə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sistemi tətbiq edilib. Qanuna əsasən bu istehsal və idxal sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri qeydiyyata alınmalı və onların reyestri yaradılmalıdır. Həmçinin qanuna edilən dəyişikliklə tütün məmulatların istehsalı müəssisəsinin qeydiyyatı üçün 34 milyon manatlıq investisiya qoyuluşu tələbi müəyyənləşdirilib. Bir çox mütəxəssislər bunun yeni istehsal müəssisəsinin yaradılmasının qarşısını almaq, mövcud əsas istehsalçılar üçün inhisarçı şərait yaratmaq məqsədi daşıdığını bildiriblər. Təklifin əsaslandırmasında isə qeyd edilmişdi ki, bu mexanizm cəmiyyətin maraqlarının, o cümlədən əhalinin sağlamlığının təmin olunmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Ölkə ərazisində istehsal olunan bir sıra tütün məmulatlarının sanitar-gigiyena normalarına uyğun gəlməməsi və bazarda mənşəyi məlum olmayan, aşağı keyfiyyətli malların satışı əhalinin sağlamlığı üçün təhlükə mənbəyinə çevrilməsi ilə yanaşı vergidən yayınma hallarının da geniş vüsət almasına səbəb olur. Tütün məmulatlarının istehsalı spesifik avadanlıq əsasında həyata keçirildiyindən və bu avadanlıqlara əsaslanan istehsal xəttinin qurulması böyük investisiya qoyuluşu tələb edir. Qeyd olunan avadanlıqlar əsasında 1 istehsal xəttinin quraşdırılması üçün 10 milyon ABŞ dolları məbləğində vəsait tələb olunur. Müəssisənin normal fəaliyyəti üçün bu avadanlıqlardan ibarət 2 istehsal xəttinin olması vacibdir. Qanunda müəyyən edilən məbləğin isə yalnız texnoloji avadanlıqların qiymətini ehtiva edir, müəssisənin yaradılması üçün lazım olan digər xərclər ora daxil deyil. Hökumət bildirir ki, bu, beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalına təminat verən şəraitin formalaşdırılması məqsədi daşıyır.
Sənədə əsasən, sahibkarlıq subyektlərinin tütün məmulatının idxalı və istehsalını həyata keçirməsi üçün qeydiyyatı və qeydiyyatının yenidən rəsmiləşdirilməsi ilə bağlı icraat “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun olaraq həyata keçirilməlidir.
Tütün məmulatının istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçün 34 milyon manatlıq investisiya qoyuluşundan əlavə, vergi borcunun olmaması, tütün məmulatının istehsalı üçün istifadə olunacaq ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamənin, standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatın, habelə cihaz, alət, ölçmə vasitələri və sınaq avadanlıqlarının “Texniki tənzimləmə haqqında” qanuna uyğun olaraq uyğunluğun qiymətləndirilməsinə dair sənədlərin olması; keyfiyyət və təhlükəsizlik sınaqlarının aparılması üçün müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası ilə (istehsalçının müvafiq sahədə akkreditasiya olunmuş sınaq laboratoriyası olmadığı təqdirdə) müqavilənin olması, həmçinin tütün məmulatının istehsalında yerli tütün xammalından (orta damarcığı qismən və ya tamamilə çıxarılmış tütündən) istifadə həcmlərinə dair müəyyən olunan tələblərə riayət etməsi tələbi də qoyulub.
Tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması üçünsə azı 1 il olmaqla tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi kimi maraqlı tələb də qoyulub. Bu isə idxalçıların çevrəsinin kəskin məhdudlaşdırılması, idxalın da yerli inhisarçı istehsalçıların əlində cəmləşməsi və onların bazarda qiymətləri diqtə etməsinə şərait yaradacaq bir tələb kimi qiymətləndirilir.
Rəsmi mənbələr ölkədə 7 tütün məmulatı istehsalçısının olduğunu deyir. Bunlardan son məhsul - siqaret istehsalı iki böyük müəssisənin əlində cəmləşib.
Onu da bildirək ki, 2017-ci ildən etibarən dövlət tütün istehsalını subsidiyalaşdırır. Aqrar Subsidiya Şurasının 2024-cü ildə qəbul etdiyi qərara əsasən Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Qubadlı, Şəki, Tovuz, Yardımlı, Zaqatala və Zəngilan rayonlarında 2025-ci ildə müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrindən toplanan Virciniya sortu yaş tütünün hər tonuna 36 manat, müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələrindən toplananın hər tonu üçün 34 manat, digər tütün növləri üzrə quru halda təhvil veriləndə müvafiq olaraq 220 və 200 manat, yaş təhvil veriləndə isə 22 və 20 manat dövlət subsidiyası ödəniləcək.
Ölkədə əsasən “Virciniya” sortlu tütün istehsal olunur. Amma mütəxəssislər Azərbaycanda digər tütün sortlarının yetişdirilməsi üçün də əlverişli şərait olduğunu bildirirlər.
Dövlət dəstəyi, həmçinin yerli məhsuldan istifadəyə dair tələbin qoyulması tütün istehsalının artması ilə müşayiət olunur. Rəsmi statistikaya əsasən, 2024-cü ildə 2,6 min hektar sahədə tütün əkilib, bu, 2023-cü ildəkindən 100 hektar azdır. Lakin bu sahələrdən yaş tütün istehsalı illik ifadədə 2.2 faiz artmaqla 6,5 min tona çatıb. 2025-ci ildə tütün əkinlərinin sahəsi 3,1 min hektara qədər artıb. Yeddi ayda sahələrdən 2,5 min ton yaş tütün yığılıb ki, bu da ötən ilki göstəricidən(1,8 min ton) 39 faiz çoxdur.
Yeri gəlmişkən, Azərbaycan 2006-cı ildə Ümumdünya Səhiyyə Təşkilatının Tütündən istifadəyə Nəzarət üzrə Çərçivə Konvensiyasına qoşulub. Bu Konvensiya tütündən istifadənin azaldılması üçün tədbirlər proqramı təklif edir. 2017-ci il dekabrın 1-də ölkədə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib. Bu qanunla tütündən istifadə bir çox ictimai yerlərdə qadağan edilib və qanunun pozulmasına görə məsuliyyət müəyyən edilib. Lakin bu tədbirlərin gözlənilən nəticəni verdiyini söyləmək mümkün deyil. Belə ki, Dövlət Statistika Komitəsinin ev təsərrüfatlarının büdcə müayinəsindən aydın olur ki, 2022-ci ildə yaşı 15-dən yuxarı olan əhalinin 15 faizi, 2024-cü ildə isə 15,5 faizi siqaret çəkib. 2022-ci ildə 15 yaşdan yuxarı kişilərin 30,8 faizi, 2024-cü ildə isə 31,2 faizi, qadınların 2022-ci ildə 0,3 faizi, 2024-cü ildə 0,2 faizi tütün məmulatlarından istifadə edib. Siqaretdən ən çox istifadə edənlər 44-65 yaş arası kişilərdir. Onların 43,7 faizi bu zərərli vərdişə alüdədir.
“Yeni Müsavat”
Xəbərin oxunma sayı : 379
Sosial
Xəbərlər
-
“Qarabağ“ tarixinin ən bahalı transferi ola bilər - 3 milyonluq təklif
-
Xəbəri olmadan adına şirkət açılıb, külli miqdarda vergi borcu yaranıb - VİDEO
-
Salyanda 1 milyonluq abadlıq - Qalib şirkət kimindir?
-
Aygün Kazımova özünü “10 yaş cavanlaşdırdı“ - VİDEO
-
Ukrayna Ali Radasının keçmiş sədri qətlə yetirildi - Kuryer güllələyib
-
23 il əvvəl Rusiyada qayınatasını qətlə yetirmişdi - Hökm oxundu
-
Bu ilin payızında Ağdam şəhərinə ilk köç olacaq - Emin Hüseynov
-
Sabahın hava proqnozu: 38 dərəcə isti
-
Dr.Elnarə necə estetik prosedurlar həyata keçirir? - VİDEO
-
Anasını hoteldə öldürməkdə ittiham edilən yeniyetmə - “Məni həbs edin”
-
Kirayə bazarındakı əl yandıran qiymətlər: Evlər niyə bahadır?
-
Qubada məmur sakinləri təhqir etdi - Vəzifədən azad olundu
-
“Avropa ölkələri İsrailə qarşı sanksiyaların tətbiqi barədə yekdil fikirdə deyil“ - Kallas
-
“Mənim əl-qolumu bağlamışdı” - Döyülən uşaqların anası-Video
-
“Rusiya ilə münaqişə vəziyyətindəyik” - Almaniya kansleri
-
Tüstüdən çıxan milyonlar - tütün ixracımız niyə azalıb?
-
Keçmiş bələdiyyə sədri örüş sahələrini satıb - VİDEO
-
Bakı bulvarında insident - Həbs edilən var
-
Ən yüksək keçid balını o topladı - Ölkə rekordunu yenilədi
-
“AYNA əvvəlcə öz “ayna”sına baxsın” - Deputatdan sərt sözlər
-
Usta ev sahibinin pulunu və bank kartını ələ keçirib - ŞİKAYƏT/VİDEO
-
“Əgər Putin Zelenski ilə görüşməsə, bu, Trampı ələ salmaqdır” - Makron
-
Bərbərxanadan 60 protez saç oğurlandı - “TikTok“da üstü açıldı
-
Azərbaycanda problemli kreditlərin həcmi artıb - VİDEO
-
Test topluları narazılıqla qarşılanır - VİDEO
-
Ayselin kürək və sinə dekolteli geyimi - VİDEO
-
Mourinyu ayrılıqlardan milyonlar qazandı - MƏBLƏĞ
-
İcra başçısı niyə töhmət aldı? - Özüylə rayona 5 nəfər aparıb və...
-
Respublika Klinik Xəstəxanasının bitməyən təmir dərdi: “Yollarda qalmışıq“
-
Məhkəmədə həmin faktı da etiraf etdi - Fotolar
-
Xüsusi təhsil məktəblərinin müəllimləri etiraza qalxdı - Ev təhsili ləğv edilir? + VİDEO
-
Şiddətli töhmət alan icra başçısı danışdı - “Prezident həmişə haqlıdır”
-
“İlham Əliyevlə Putinin görüşü barədə razılıq yoxdur” - Uşakov
-
“Mənəvi ziyanın ödənilməsi tələbi vərəsələr tərəfindən davam etdirilə bilər“ - Ali Məhkəmə
-
Bəxtiyar Ersayın yerinə o təyin olundu - FOTO
-
“Azərkosmos“ ilk 6 ayda nə qədər gəlir əldə edib? - AÇIQLANDI
-
“Ermənistan XİN-in əməkdaşı casusluqda şübhəli bilinərək həbs edilib“ - İstintaq Komitəsi
-
Bakı metrosunda aylıq gediş haqqı kartları tətbiq oluna bilər - Emil Əhmədov
-
Vilayət Eyvazov Xaçmazda vətəndaşları qəbul etdi - Sıra baxışı keçirdi
-
Şiddətli töhmət verilən yüksək vəzifəli MƏMURLAR
-
“Türkiyə İsraillə bütün ticarət əlaqələrini kəsib“ - Hakan Fidan
-
“Məhz Rusiya bu müharibəni bitirməlidir” - Zelenski
-
“Silah-sursat və şəxsi heyəti Ermənistanın hərbi-siyasi rəhbərliyi təmin edirdi“ - MƏHKƏMƏ
-
DSMF 2000 kv. metrlik ofis axtarır – Ayda 38 min ödəməyə hazırdır
-
Pakistan və Ermənistan razılaşıb - Diplomatik münasibətlərin qurulması nəzərdən keçiriləcək
-
“Ramada” hoteldən Xəzərə üfunət iyi verən çirkab axıdılır - VİDEO
-
Şəbnəm Tovuzlu və aparıcı Rusiyaya buraxılmadı - 6 saat sonra geri qaytarıldılar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
-
Rəsmi Moskva Paşinyana cavab verib - “Üçtərəfli razılaşmalar aktual olaraq qalır“
-
“Qarabağ“ futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
-
Prezident icra başçısına şiddətli töhmət verdi - Sərəncam + DOSYE
-
İsrail Yəmənin Baş nazirini və yaxın adamlarını qətlə yetirib? - İDDİA
-
Naxçıvanda avtobus tapmaq müşkülə çevrilib - Yerli sakinlər durumdan narazıdır
-
Balıq satan qadın birjaya 16 min dollar “yatırdı” - Hamısını itirdi
-
Arıçılar Assosiasiyasının sədri cərimələndi: İşçilərini sığorta etdirməyib...
-
Satış obyektlərində minlərlə saxta alkoqollu içkilər aşkarlandı - ADLAR+SİYAHI
-
Bakı metrosunda gedişhaqqı artır? - Rəsmi açıqlama
-
İtkin-şəhidin nəşinin qalıqları Füzulidə dəfn edildi - Fotolar
-
Polis Yardımlıda əməliyyat keçirdi, saxlanılan var - FOTO
-
Bakıda 36, rayonlarda 38 dərəcə isti olacaq - Sabahın havası
-
Millimizin heyəti açıqlandı: İslandiya və Ukraynaya qarşı kimlər oynayacaq?
-
İcra başçısı Bakıda qohumunun adına 5 mənzil alıb? - İDDİA
-
Baş Prokurorluqda yeni şöbələr - Rəislər təyin olundu
-
“Zəngəzur dəhlizi məsələsi bizimlə razılaşdırılaraq həll olundu” - Fidan
-
Şəki “ASAN Xidmət“də faciə: 4 yaşlı qız yıxılıb öldü
-
Rəşad Dağlının həbsdən görüntüləri yayıldı - VİDEO
-
Mourinyo “Fənərbaxça”dan qovuldu - 15 milyon təzminat alacaq
-
“Kiosk Press“lərdə yoxlama: 15 maliyyə sanksiyası, 43 min cərimə
-
Ali məktəb rəhbərləri: Ən gənc və yaşlı kimdir?
-
Şəmkirdə boru xəttində qəza - Ətrafı su basdı + VİDEO
-
Əkin sahəsini yandırdı, 400 manat cərimələndi - FOTO
-
Bu ərazi plana düşdü: Evlər söküləcək - Sakinlərə kompensasiya veriləcək
-
Azərbaycandakı kinoteatrlarda hansı ölkələrin filmləri göstərilib? - Siyahı
-
“Rusiya Ukrayna ilə bu barədə razılıq əldə etməyib” - Peskov
-
Toy karvanlarında qaydaları pozan sürücülər - VİDEO
-
Azərbaycanda ən çox təqaüdü bu şəxslər alır - SİYAHI
-
Zelenski ilə Putin arasında görüş olmayacaq - Merz
-
Qurbanov Qurbanov püşkdən narazı qalıb? - Özü açıqladı
-
Bakının bu küçələrində söküntü başlayır: Nə qədər kompensasiya veriləcək?
-
Azərbaycan təkcə regional deyil, həm də qlobal proseslərdə fəal və prinsipial mövqe tutur
-
Hədəf Türk Dövlətləri Təşkilatını beynəlxalq arenada rol oynaya bilən qlobal oyunçuya çevirməkdir
-
Emma Ələkbərzadənin hovuz keyfi - VİDEO
-
Azərbaycan klublarının yay transferləri: Kim gəlir, kim gedir?
-
Bakıya da raket atmaq istəyiblər... - Qukasyan və Harutyunyanın ifadələri dinlənilib
-
Yasamalda səhərə qədər tikinti aparılır, sakinlər yata bilmir - ŞİKAYƏT
-
Şirkətə borcu olduğu bildirilərək pul tutuldu, vətəndaş isə belə şirkət tanımır - VİDEO
-
“Azərbaycan səfirliyinin binasının vurulmasını müzakirə etdik” - Zelenski
-
Bakıda marketlərdə satılan bu sular təmiz deyilmiş - SİYAHI
-
Həyət evi olanların nəzərinə: sentyabrın 1-dən...
-
Məhz qalib Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif edərək sülh sazişinin layihəsini təqdim edib
-
“Qarabağ“ın Çempionlar Liqasındakı rəqibləri - Nəhənglər gəlir
-
Binəqədi rayonunda fərdi yaşayış evi obyekt kimi inşa edilir? - FOTO/FAKT
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
İstirahətə gedən Ayselin başına iş gəldi - VİDEO
-
Azərbaycan bu gün beynəlxalq hüquqa, dostluq və əməkdaşlıq prinsiplərinə sadiqdir
-
Məktəblərdə yeni dərsliklər istifadəyə veriləcək - SİYAHI
-
Əhməd Muxtar həbs olundu - “Meydan” TV işi
-
Kirayə mənzil bazarında vəziyyət necədir? - AÇIQLAMA
-
Muğam qalmaqalına Xalq artisti də qoşuldu: Münsiflər ədalətsizlik edib
-
Azərbaycanda “A-frame“ evlər tikən biznesmen həbs olundu - Dələduzluğa görə
-
Sabirabadda dəhşətli hadisə: oğul 87 yaşlı anasını güllələyib, daha sonra isə...
-
Magistraturaya boş qalan plan yerləri... - Qeydiyyat prosesi uzadıldı
-
Azərbaycanda nə qədər insan teatra gedib? - MDB-də sonuncu yerdəyik
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Sığorta şirkətləri 7 ayda 938 milyon manat yığıblar - Tam siyahı
-
İstintaqa cəlb edilən sabiq direktor baş həkim təyin edildi - “Referans“ Klinikasına
-
Azərbaycanda baba və nəvə facivəvi şəkildə ÖLDÜ - 4 də yaralı var
-
Göyüşovun Amerika səfirliyində - Yarım milyonluq yeyintisi...
-
Xankəndi və Şuşaya səfər edən yüzlərlə əcnəbi harada gecələyib? - Şübhəli statistika
-
“Hər şey gizli şəkildə müzakirə olunmalıdır“ - Dmitri Peskov
-
Ata qətlinin təfərrüatı: Ləqəbi “Xata Bala“ imiş, evdə heç kəs olmayıb
-
“Suriyanın ərazi bütövlüyünü qoruması üçün zəruri dəstək veriləcək“ - Türkiyə MN
-
Ramiz Mehdiyevdən 1 milyonluq endirim - Villanın qiymətini aşağı saldı + VİDEO
-
“L.A. Dent” klinikasında həkim olmayanlar necə stomatoloq kimi çalışır? - VİDEO
-
“Bakı Gəmiqayırma Zavodu”nun rəhbəri dəyişdi - Yeni TƏYİNAT
-
Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!
-
“Ermənistan və Azərbaycan arasında fikir ayrılıqları var“ - Paşinyan
-
Ağcabədidə baş verən partlayışda yanan şəxs xəstəxanada öldü - FOTO
-
“Qürurlu ata kimi hiss edirəm” - “Braqa”dan “Qarabağ”a təbrik + VİDEO
-
Prezident Maqdalena Qrononu qəbul etdi - FOTOLAR
TOP 10
ARXİV