“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Həmkarlar İttifaqında istefalar - Sahib Məmmədov əməkdaşlara qarşı qeyri-adekvat münasibət göstərir?

Tarix 25.07.25, 17:25

Font ölçüsü : - / +
bitmap-img6


Həmkarlar İttifaqında iki rəhbər şəxs istefa verib.

Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, müşavir Orxan Ərəbov və insan resursları şöbəsinin sədri Bənövşə Babayeva tutduqları vəzifədən ayrılmaq barədə ərizə yazıblar.

Verilən məlumata əsasən, onların bu addımı atmasına səbəb qurumun sədri Sahib Məmmədovun əməkdaşlara qarşı qeyri-adekvat münasibəti olub.

Daxil olan məlumata görə, istefa verən hər iki şəxs sədrin kollektivlə davranışı, işçilərə qarşı etik normaları pozan müraciət tərzi və ümumi idarəetmə üslubu uzun müddətdir narazılıq doğurduğunu əsas gətirərək işdən ayrılmalı olublar. Hər iki şəxs bu mühitdə daha fəaliyyət göstərməyin mümkün olmadığını əsas gətirərək vəzifələrini tərk ediblər.

Məsələ ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Media və Kommunikasiya Şöbəsinin müdiri Elvin Dəmirli əlaqə saxladıq.

Elvin Dəmirli: “Bu elə bir məsələdir ki, anında cavab vermək olmur. Səbrli olun, geri dönüş edəcəyəm. Çünki hər hansı bir hadisə baş verir və biz onu rahatlıqla anında görüb cavab verə bilirik. Amma bu hadisə araşdırılmalı və cavabı müəyyənləşdirilməli mövzudur”.

Xatırladaq ki, yaxın günlərdə Sahib Məmmədovun özü ilə gətirdiyi kadrlardan İqtisadiyyat Nazirliyindən AHİK-ə transfer edilərək Daxili Nəzarət Şöbəsinin müdiri təyin edilmiş ehtiyatda olan Sərhəd xidməti polkovniki Babək Orucov da istefa verib.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

 



Xəbərin oxunma sayı : 367




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap