“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kür çayında suyun səviyyəsi 4 metrdən çox düşüb - VİDEO

Tarix 25.07.25, 22:37

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər hava şəraitinin quraq keçməsi Kür çayına ciddi təsir göstərib. Çayın yatağı kiçilib, kiçik adalar əmələ gəlib.

Xezerxeber.az-ın məlumatına görə, Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 4 metrdən çox düşüb.

Yerli sakinlərin bildirdiyinə görə, son iki ayda mövcud vəziyyət səbəbindən həm təsərrüfatın, həm də mal-qaranın suvarılmasında ciddi problemlər yaranıb. Su hər gün azaldığıdan nasosları işə salmaq mümkün deyil. Vəziyyətdən çıxmaq üçün bəzi nasoslara əlavə borular quraşdırılır, su çıxmayan nasos stansiyalarının qarşısı qazılaraq dərinləşdirilir. Amma çayda suyun səviyyəsi aşağı olduğundan nasoslar tam gücü ilə işləyə bilmir.

Mütəxəssislər hesab edirlər ki, çayda suyun azalması prosesi gələn ay da davam edə bilər. Bunun isə Kür çayının və ətraf ərazilərin ekoloji durumuna ciddi təsirləri qaçılmazdır.

Məsələ ilə bağlı  Regional Su Meliorasiya Xidmətindən bildirildi ki, son günlər Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsində azalma müşahidə olunur. Bu hal bir sıra iqlim və hidroloji amillərlə bağlıdır. Hazırda bölgədə havaların kəskin isti keçməsi, yağıntıların normadan az olması səbəbindən suyun səviyyəsində enmə qeydə alınır. Lakin mütəxəssislər tərəfindən vəziyyət daimi monitorinq olunur və nəzarətdə saxlanılır. Əsas məqsəd regionda su balansının qorunması və suvarma, içməli su təchizatını təmin etməkdir.





Xəbərin oxunma sayı : 334




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap