“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

“Çinə vizasız rejim tələbə axınını artıracaq“ - Ekspert Aisa Aslanova

Tarix 17.07.25, 20:34

Font ölçüsü : - / +
bitmap-img6


 Azərbaycanla Çin arasında vizasız rejim haqqında qərar təkcə turizm sahəsini deyil, təhsil sferasında da ciddi canlanmaya səbəb ola bilər. Yeni qərarın Azərbaycanlı tələbələrin Çin universitetlərinə marağını artıracağı gözlənilir. Mövzu ilə bağlı xaricdə təhsil üzrə ekspert, Aisa Aslanovanın fikirlərini öyrəndik.

Aisa xanım, Çinlə vizasız rejim tələbə axınına necə təsir edəcək?

- Çox ciddi təsiri olacaq. İndiyə qədər Çin universitetləri həm təhsil keyfiyyəti, həm də texnologiya baxımından maraq doğururdu. Amma viza prosesi tələbələr üçün müəyyən çətinliklər yaradırdı. İndi bu baryerin aradan qalxması ilə xüsusilə bakalavr və magistratura səviyyəsində müraciətlərin artacağını gözləyirik.

-Yəni sizcə Çin artıq Avropa və Türkiyə qədər populyar ola bilər?

- Əlbəttə, bu potensial var. Çin təhsili son illərdə ingilisdilli proqramların artması və beynəlxalq tələbələrə təqdim etdiyi təqaüdlərlə fərqlənir. Bəzən tələbələr "Avropa bahadır, Çin isə uzaqdır” deyə tərəddüd edirdi. İndi artıq məsafə psixoloji olaraq "asan” görünəcək, çünki sənədləşmə sadələşdi. Bu isə seçimləri xeyli genişləndirəcək.

-Hansı sahələr üzrə daha çox maraq gözlənilir?

- Texnologiya, mühəndislik, kompüter elmləri və beynəlxalq ticarət üzrə proqramlar xüsusilə populyardır. Çin həm də "Bir Kəmər, Bir Yol” layihəsi çərçivəsində öz nüfuzunu genişləndirir və bu sahələrdə oxuyan tələbələr üçün gələcək əmək bazarı baxımından daha çox fürsət açılır.

-Bu artımın həm də riskli tərəfləri varmı?

- Bəli, çox müraciət olması universitetlərdə rəqabəti artıracaq. Tələbələrin seçim zamanı rəsmi akkreditasiyaya malik universitetləri seçməsi vacibdir. Bəzən sadəcə "Çin ucuzdur" prinsipi ilə qərar verilə bilər, bu isə uzunmüddətli perspektivdə düzgün seçim olmayacaq. Eləcə də tələbə vizası olmasa da, təhsil üçün qəbul və kampus daxili qaydalar eyni şəkildə sərtdir. Bunu da nəzərə almaq lazımdır.

 - Yekunda tələbələrə nə tövsiyə edərdiniz?

- Çinə getmək indi daha rahatdır, bəli. Amma təhsil hədəfi olan hər kəs ilk olaraq proqramın keyfiyyətinə, universitetin beynəlxalq reytinqinə və uyğun ixtisasa fokuslanmalıdır. Vizanın olmaması seçim üçün fürsət yaradır, amma doğru seçmək hələ də tələbənin öz öhdəliyidir. Ailələr və gənclər bu yeni imkandan düzgün istifadə etməlidirlər.



Xəbərin oxunma sayı : 175




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap