![]() |
|














İran Azərbaycanda casus şəbəkəsini necə yaradıb? - Faktlar açıqlandı
Tarix 04.02.23, 17:05 |
|

Vaxtilə, (1992-93-cü illərdə) Azərbaycanın İrandakı səfirliyinin əməkdaşı olan, hazırda “Orta Doğu” Araşdırmalar Mərkəzinin sədri kimi fəaliyyət göstərən, politoloq Sədrəddin Soltan Konkret.az-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Sədrəddin bəy, İran terroru necə maliyyələşdirir və casusları necə ələ alır?
– Bu sual sırf mütəxəssisin cavablandıracağı, dəyərləndirəcəyi məsələdir. Mən isə öz ehtimallarımı söyləyə bilərəm. Bütün bu tip cinayətlərin maliyyələşdirilməsi və törədilməsi üçün ilk növbədə şəbəkənin yaranmasına ehtiyac var. İran hakimiyyəti 30 ildən çoxdur ki, Azərbaycanda şəbəkə yaradıb və bu şəbəkəni əvvəllər nəğd pul vasitəsiylə maliyyələşdirirdisə, sonrakı dönəmlərdə həmin o şəbəkəyə nələrsə satdırmaqla maliyyə xərclərini ödəyirdi. Yəni şəbəkəyə İrandan mal gəlir, onlar bu malı burada reallaşdırırlar və sonra Azərbaycan və ya başqa bir ölkə ərazisində xərclərinə sərf edirlər. Burada əsas məsələlərdən biri yerli əhalini ələ keçirməkdir. Bu da klassik metoddur. Yerli əhalini ələ keçirib, özününküləşdirəndən sonra hadisələri və şəbəkənin fəaliyyətini onun üzərindən qurursan və sonra yerli əhalini müxtəlif şirnikləşdirici vasitələrlə özünə cəlb edirsən.
İlk növbədə bu, maliyyə məsələsidir. İran hakimiyyəti bu maliyyə vəsaiti ilə bu şəbəkəni qurmağa 1990-cı illərdən başlayıb. Azərbaycan ərazisində İmam Xomeyni adına “İmdad” xeyriyyə cəmiyyəti adında Qeyri-Hökumət Təşkilatı fəaliyyət göstərirdi və o təşkilat ölkə üzrə insanlara yardım etmək məqsədi altında müxtəlif aksiyalar keçirir və onların arasından özünə uyğun olan insanları seçirdi.
Hər halda bu, ehtimal olunurdu. Çünki sonrakı mərhələdə bu cəmiyyətin fəaliyyəti dayandırıldı. Hətta, iş o yerə çatmışdı ki, İmişli və Saatlı rayonlarındakı qaçqın düşərgələrinə İran kənar adamların girməsinə mane olurdu. Elə İranın qaçqın düşərgələrini belə izolyasiya etməsinə görə də problemlər yarandı və bu cəmiyyəti ölkədən çıxardılar. Sonrakı mərhələlərdə cəmiyyətin rəhbərliyi gəl-get etsə də, nəticə olmadı.
– Bu şəbəkənin başında kimlər dayanır?
– İranın Bakıda təkcə səfirliyi yox, Mədəniyyət mərkəzi də fəaliyyət göstərir. Eləcə də İranın Ali dini rəhbəri Xameneinin xüsusi nümayəndəsi Azərbaycanda fəaliyyət göstərirdi. Deməli, İran Azərbaycanda açıq şəkildə 3 istiqamətdə öz şəbəkəsini qura bilər.
1) Səfirliyinin xətti ilə. Konsulluq da ora daxildir.
2) Mədəniyyət mərkəzinin xətti ilə.
3) Xameneyinin Bakı ofisinin xətti ilə.
Hətta bura İran Aypara cəmiyyətinin Bakıdakı ofisini də əlavə etmək olar. Yəni bu görünən tərəfdir. Ehtimal var ki, müxtəlif ticarət mərkəzləri vasitəsiylə, müxtəlif dini kitablar satılan şəbəkələr vasitəsiylə də bu tip şəbəkələr qurula bilər. Şübhəsiz bu şəbəkənin başında kimin dayandığını demək çətindir. Daha doğrusu, bunu kiminsə bilməsi çətin məsələdir. Amma bütün bunlara rəhbərliyi fəaliyyət göstərdiyi ölkələrdəki səfirliklər, mədəniyyət mərkəzləri və.s başçılıq edir.
Onlar isə ölkədə İran İnqilabı Keşikçiləri Qvardiyasının təhlükəsizlik xidməti ilə iş görürlər, İran ETTELAAT-ının xətti ilə iş görürlər, İran daxili işlər nazirinin xətti ilə iş görürlər, hətta, Seyid Əli Xameneinin birbaşa tabeliyində olan ofisin xətti ilə iş görürlər və bunların hamsının başında onların rəhbərləri dayanır. Yəni bütün bunların hamsına Seyid Əli Xamenei rəhbərlik edir.
– Dini təhsili və İrana göndərilən dini vergiləri necə qadağan etmək olar?
– Din çox həssas məsələdir. İran hakimiyyəti də Azərbaycanda bu həssas məsələdən çox namərdcəsinə istifadə edib. İran hakimiyyəti Azərbaycanda insanların dinə meylli olmasında istifadə edib onları Qumda, Qəzvində, hətta Dəməşqdə oxumaq adı altında aparır və özünün siyasi ideoloji təhsilini təlqin edir, onları özününküləşdirir. Bunun qarşısını almaq üçün ilk növbədə Azərbaycanın özünün dini mərkəzi fəaliyyət göstərməlidir. Dini vergilərin, yəni, Xumsun İrana göndərilməsinin qarşısını almaq üçün də həmin o mərkəzlər fəaliyyət göstərməlidir. Əslində, adi Azərbaycan vətəndaşı İrana xums göndərmir, xumsun iri ticarət mərkəzlərindən getdiyi ehtimal olunur. Çünki bu ticarət mərkəzləri həm də İranın maliyyələşdirdiyi, məhsul göndərdiyi mərkəzlərdir. Hesab edirəm ki, bu ticarət mərkəzlərinə diqqət yetirmək lazımdır ki, bu məsələ aradan qalxsın. Üstəlik, məscidlərdə də maarifləndirmə işləri aparılmalıdır. İlk növbədə, hər kəsin bu məsələni bilməsi vacibdir: Xums öz ölkənə qalır, əgər artıq qalırsa, onu başqalarına göndərmək mümkündür. Azərbaycanda da bu dini vergilərin verilməsi üçün kifayət qədər insanlar var. Həm yoxsul insanlar var, həm də zəkatın verilməsi üçün alimlər var. Bu istiqamətdə məsələni tənzimləmək mümkündür. Bununla bağlı Azərbaycanın dini qurumlar idarəsi, dini Qeyri Hökumət Təşkilatları, məscidlər birgə konsepsiya hazırlasa daha məqsədəuyğun olar.
– İranın burada casus şəbəkəsi çoxdursa, qarşısını necə almaq olar?
– Dünyanın hər yerində casuslar fəaliyyət göstərir. Hətta, bir-biriylə qardaş olan ölkələrdə belə, bu cür şəbəkələr fəaliyyət göstərir. Sadəcə olaraq məqsəd məsələsi var. Məsələn, qardaş ölkələrdə fəaliyyət göstərən şəbəkələr o ölkə üçün yarana biləcək təhlükənin qarşısını almaq üçün fəaliyyət göstərir və həmin ölkədən özünə gələcək təhlükəni qarşılamaq üçün fəaliyyət göstərir. Amma İranın Azərbaycandakı şəbəkəsi xain fəaliyyətdir. Burada 5-ci kolon yaratmaq, habelə İran İnqilabının rəhbəri Xomeyninin İslam doktrinasını Azərbaycanda yaradıb, ölkədə İrandan sonra ikinci müsəlman dövləti yaratmaq cəhdidir. Bu isə Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyətdir. Bunun qarşısını almaq da yerli dini mərkəzlərinin yaranmasından keçir. Azərbaycanda kifayət qədər din xadimləri var. Bu din xadimləri cəmiyyətə tanıtdırılsa, onların verdikləri fətvaların Azərbaycan cəmiyyətinə qəbul olunması üçün şərait yaradılmalıdır. Onların nüfuzu artırılmalıdır. Məsələn, həmin dindar kəsim də İrandakı ayətullahlar kimi dini fiqh oxuyublar, dini təhsil alıblar, onlar Azərbaycan cəmiyyıtinə dinlə bağlı verə biləcəkləri hər məsələni bilirlər. Onların fəaliyyətinə şərait yaratmaq lazımdır. Yəni ilk növbədə Azərbaycan cəmiyyəti özününkünə üstünlük verməlidir. Bu, təbliğ olunmalıdır. İkinci bir tərəfdən məscidlərin fəaliyyətinə üstünlük vermək lazımdır. Məktəblərdə bu tip məsələlərin təbliğinə diqqət yetirmək lazımdır. Hadisələr göstərir ki, məktəblərdə belə, İranyönlü dini təbliğat aparılır.
– Sizcə, İranla bütün əlaqələr kəsilməlidirmi?
– Hələki İran-Azərbaycan əlaqələrinin kəsilməsinin zamanı deyil. Çünki vəziyyət o dərəcədə kritik həddə çatmayıb. Hesab edirəm ki, diplomatik danışıqlar aparmaqla problemləri həll etmək mümkündür. Ona görə də Azərbaycan tərəfi diplomatik münasibətlərin səviyyəsini aşağı endirib konsulluq səviyyəsində münasibətlərə davam etməkdədir.
– Hələ də Azərbaycanda İrandakı müştehidlərə bağlı olan, casusluq edən adamlar var. Onları da zərərsizləşdirmək üçün silsilə əməliyyatlar keçirilməlidir?
– Azərbaycanda İrandakı həmin müştehidlərlə əlaqəsi olan din xadimləri var. Onlar özlərini hər iki tərəfin nümayəndəsi kimi təqdim etməyə çalışırlar. Fikrimcə, bu cür İranyönlü adamları boykot etməklə onları zərərsizləşdirmək daha asandır. Çünki 30 ilə yaxındır ki, İran quruculuq, dostluq fəaliyyəti ilə ölkədə kök salıb. Bu şəbəkə xərçəng xəstəliyini xatırladır. Xərçəng xəstəliyinin mənbəsi qurudulmayana qədər kök salmaqda davam edəcək. Bununsa ilk növbədə müalicəsi maarifləndirmədən və dövlətçilik şüurunun yüksəlməsindən asılı olacaq. Azərbaycanda vətəndaş nə qədər ki, öz dövlətinin təhlükəsizliyinə, milli maraqlarına laqeyd yanaşacaq, bu tip din xadimləri də tez-tez peyda olacaq. Cəlil Məmmədquluzadə deyirdi ki, İranda məclisdən qovulan mollalar, təəssüf ki, Azərbaycanda məclisin başında otururdular. Təəssüf ki, indi də belədir.
Xəbərin oxunma sayı : 592
Müsahibə
Xəbərlər
-
Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO
-
İstanbul danışıqları sülh razılaşmasının mümkün olub-olmadığını göstərəcək - Tramp
-
PKK terror təşkilatı ləğv olunur - Silahların təhvil verilməsi üçün komitə yaradılacaq
-
Ali məktəblərə keçid balları arta bilər - VİDEO
-
Əsli Lerikdəndir, amma ABŞ polisidir - Fotolar
-
“Putini cümə axşamı Türkiyədə şəxsən gözləyəcəm” - Zelenski
-
“Bəzi məsələlərdə ABŞ ilə anlaşma əldə olunub“ - Abbas Əraqçi
-
“El-Klasiko“da fantastik oyun: 7 qol vuruldu
-
Prezidenti kövrəldən uşaqlar... - VİDEO
-
Nəfəs maşını insanların üzərinə sürdü, dava düşdü - VİDEO
-
Azərbaycanda toy etmək bəy və gəlin üçün 31- 64 min manata başa gəlir - Xərclərin siyahısı
-
“Tramp Avropanın Ukrayna ilə bağlı planını dəstəkləyir“ - Politico
-
FHN əhaliyə müraciət etdi - Hava ilə bağlı
-
“ABŞ-la danışıqlar çətin, lakin faydalı oldu“ - İran XİN
-
Otellərdə bir gecəlik qiymət - Şuşada 165, Laçında isə 63 manat olub
-
Türkiyə və Azərbaycan hərbçiləri Naxçıvanda təlimdə - Fotolar
-
İmtahan nəticələri nə vaxt elan olunacaq? - DİM-dən açıqlama
-
Dünya klublarının yeni reytinq cədvəli açıqlanıb - “Qarabağ” 10 pillə irəlilədi
-
Macarıstan Ukrayna ilə azlıqlar üzrə danışıqları təxirə saldı - Kiyev narahatdır
-
Britaniya kəşfiyyatında ilk - Rəhbər qadın olacaq
-
Ərdoğandan gözlənilən açıqlama gəldi - “Hazırıq”
-
Çay idxalı aşağı düşəcək: Qiymət qalxacaq? - VİDEO
-
Xudafərin körpüsündə qazıntı aparan İran vətəndaşları aşkarlandı - VİDEO
-
“Moskva sabahdan atəşkəsi təsdiqləsə, Ukrayna danışıqlara hazırdır“ - Zelenski
-
11 yaşlı uşağa qarşı əxlaqsızlıqda ittiham olunan Hacı Salman hadisədən əvvəl...- Sensasion fakt
-
Əlcəzair Fransanın casuslarını bir daha ölkədən qovdu - diplomatik qalmaqal böyüyür
-
Bakıda və rayonlarda yağış yağacaq - Sabahın havası
-
“Putinin danışıqlar təklifi ilk addımdır, lakin yetərli deyil“ - Makron
-
Yeni açılan Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi - VİDEO
-
Qaradağda 15 yaşlı qıza restoranda toy ediblər - Hər kəs göz yumub
-
“Rusiya və Ukrayna üçün böyük həftə gəlir” - Tramp
-
Avtomobilin mühərrikində əli qaldı, belə xilas olundu - Video
-
Bakıda köməkçi tikilidə yanğın - Ölən var
-
“Ərdoğandan bunu xahiş edirəm” - Vladimir Putin
-
“Düşmən əsassız müharibə aparmağa çalışdı, lakin biz layiqli cavab verdik“ - Şahbaz Şərif
-
Okean dibinin yalnız 0,001% -i öyrəniliib - Alimlər etiraf ediblər
-
Prezident onları ayaq üstə alqışladı - VİDEO
-
Bu gün imtahan var - 7 şəhər və rayonda
-
Nigar Camal 14 il sonra eyni libasda… - VİDEO
-
Mehriban Əliyeva Ağdam səfərindən görüntülər paylaşdı - VİDEO
-
“Qəzzada atəşkəsə nail olmağa çalışırıq“ - Mahmud Abbas
-
Biz bu qarşıdurmada qalib gəldik - Şahbaz Şərif
-
Prezidentin kövrəldiyi anlar - VİDEO
-
“Rusiya atəşkəs təklifini nəzərdən keçirəcək” - Peskov
-
Şuşadan Xankəndiyə kanat yolu olacaq - Prezident ilk dəfə açıqladı
-
“Taliban”dan daha bir qərar - Şahmat qadağan edildi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
“Vətən müharibəsi həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir” - Prezident
-
Kür çayı məcrasından çıxdı: Sabirabad sakinləri çətin vəziyyətə düşdülər (VİDEO)
-
“Bizimlə bu gün hesablaşmayan sabah peşman olur” - Prezident İlham Əliyev
-
Ən bahalı 10 azərbaycanlı futbolçu - SİYAHI
-
“Hesab etdim ki, məhz bu gün burada olmalıyam” - İlham Əliyev
-
Evlərin qiyməti nə qədər bahalaşıb? - RƏSMİ
-
Azərbaycanda bu siqaretlər bahalaşır - MƏBLƏĞ
-
Prezident və birinci xanım Ağdam Muğam Mərkəzinin açılışında - Fotolar
-
“Rusiya atəşkəslə bağlı çağırışımıza məhəl etməsə...“ - Starmer
-
Heydər Əliyev siyasi irsinin təməl sütunları - Samir Nuriyev yazır
-
“İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək“ - Prezident
-
Tofiq Yaqubludan qərar - Aclıq aksiyasını dayandırdı
-
“Rusiyada istintaq hələ davam edir” - Ceyhun Bayramov
-
Sabahdan güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Hindistan və Pakistan razılığa gəldlər - Atəşkəs barədə
-
“Təmaslarla bağlı Türkiyə və İsrail tərəfləri özü açıqlama verir“ - XİN başçısı
-
Şabranda avtomobil ağaca çırpılıb - İki qardaş ölüb
-
Prezident Kəngərli sakinləri ilə görüşdü - FOTOLAR
-
“Ukrayna ordusu dörd dəfə Kursk və Belqorod vilayətlərinə girməyə cəhd göstərib“- Rusiya MN
-
Sabirabadda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
-
“Azərbaycanın vasitəçiliyi ilə aparılan deeskalasiya prosesindən istifadə etmək lazımdır“ - Fidan
-
Hindistan geri çəkilməyə məcbur oldu - Gərginliyin azaldılmasını istəyir
-
Beyləqanda Heydər Əliyevin xatirəsi yad edildi - Fotolar
-
İlham Əliyev Ağdamın Kəngərli kəndində - FOTOLAR
-
“Ermənistan MN növbəti təxribata zəmin yaratmağa cəhd edir“ - Müdafiə Nazirliyi
-
Sabahdan başlayaraq rayonlarda yağış yağacaq - XƏBƏRDARLIQ
-
“Azərbaycan və Ermənistan arasında sülh prosesi üzrə bir neçə istiqamət var“ - Ceyhun Bayramov
-
Rayonlarda yaşayanlara kredit niyə yüksək faizlə verilir? - VİDEO
-
“Heyətimi gecə klublarında təyin edirəm” - Video
-
Ordumuzun mövqeləri Ermənistandan atəşə tutuldu - RƏSMİ
-
Paytaxtın mərkəzi ilə qəsəbələrdəki bazarlarda qiymət fərqi - VİDEO
-
Leyla və Arzu Əliyevalar Romada sərgidə - Fotolar
-
Arda Turana rəsmi təklif - qərarı qətidir
-
“Mən atamın inamını doğrultdum...” - VİDEO
-
Hakan Fidan sui-qəsdə məruz qalıb – Özü açıqladı
-
Avropa üçlüyünün rəhbərləri Kiyevdə - Mühüm açıqlama olacaq
-
“Xatirimizdədir, sevgi ilə anırıq” - Mehriban Əliyeva
-
Pakistan Hindistana zərbələr endirir - Aerodromlar, elektrik şəbəkəsi məhv edilib
-
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO
-
Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür
-
İnstaqramda bu gün kimlər nələr paylaşdı? - FOTOLAR
-
Çindən Azərbaycana idxal edilən kürülər bazarda neçəyə satılır? - VİDEO
-
Ermənistan acınacaqlı vəziyyətdə: Hər dördüncü sakin yoxsuldur
-
Üç gömrük işçisinin məxfi yazışmaları - Rüşvət çarxı necə fırlanıb? + FOTOLAR
-
Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər - VIDEO
-
Tramp Çinə tətbiq edilən rüsumları birtərəfli qaydada azaltmaq niyyətində deyil - Ağ Ev
-
Yasamalda qəbirlər başqalarının dəfni üçün təklif edilir? - VİDEO
-
Azərbaycanda kredit faizləri nə zaman aşağı düşəcək? - VİDEO
-
Prezidentlə xanımından səmimi görüntülər - VİDEO
-
Çiyələyə bənzəyir, dadı tam başqa - özü isə xəzinədir
-
Dünyanın ən məşhur avtomobil markaları açıqlandı - SİYAHI
-
Pakistan nümayəndə heyəti Milli Müdafiə Universitetində - VİDEO
-
Məktəb direktorunun səs yazısı yayıldı - Araşdırma başladı + Video
-
“Tramp bunun üçün hərbi gücdən istifadə edə bilər...“ - Stiven Uitkoff
-
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı olub - FOTOLAR
-
Nərimanov rayonunda yerləşən “Şəki” restoranı sökülür - VİDEO
-
Yanğın, sel, zəlzələ... - Evimizi necə sığortalayaq?
-
Qısqandığı qadının üzünü dişlədi - Cəza verildi
-
Naxçıvanda orta məktəbdə bıçaqlanma - Yaralı var
-
İlham Əliyev “Xocalı” yarımstansiyasının açılışında iştirak etdi - Fotolar
-
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyulub - FOTO
-
Tramp və Putin bir-birini təbrik edib - Köməkçiləri vasitəsilə
-
İlham Əliyev Xocalıda da açılışa qatıldı - FOTOLAR
-
Prezident və birinci xanım Şuşa səfər edib - FOTOLAR
-
WhatsApp-da yeni funksiya - Tiktok kimi olacaq
-
Macarıstanın Ukraynada casusluq fəaliyyəti ifşa olundu - iki agent həbs olundu
-
PKK-nın tərkisilah olaraq özünü ləğv etməsi gözlənilir - KİV
-
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
-
“Real” Xabi Alonso ilə 3 illik müqavilə imzalayacaq - “Marca”
-
Masallıda ağır qəza - 2-si uşaq olmaqla 3 nəfər ölüb
-
770 min manat vergi borcu olan şirkət - “Bitel” MMC kimindir?
-
Sığorta şirkətlərinin səhlənkarlığı - 50 manatınızın başı ağrıyır
-
DTX-də Heydər Əliyevin anadan olmasının 102 illiyi qeyd olunub - FOTOLAR
TOP 10
ARXİV