“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Masaj salonunda işləyən qadınlar əxlaqsızlıqla məşğul oldular - MƏHKƏMƏ

Tarix 23.01.25, 18:25

Font ölçüsü : - / +
bitmap-img6


Qadınları şantaj edərək pul almaqda təqsirləndirilən Daşqın Gəncəliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

AzFakt.com "Unikal"a istinadla xəbər verir ki, bu barədə qərar Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Prokuror ittiham nitqi ilə çıxış edərək məhkəməyə təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.

Vəkil müdafiə çıxışı etdikdən sonra təqsirləndirilən şəxs son söz deyib.

Məhkəmə müşavirəyə gedib qayıtdıqdan sonra hökmü elan edib.

Hökmə əsasən, təqsirləndirilən şəxs 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Daşqın Gəncəliyev masaj salonlarında işləyən qadınları şantaj edib. Bildirib ki, hüquq-mühafizə orqanlarında rəhbər şəxslərdən biridir. Əgər ona müəyyən haqq ödəməsələr, onların ailələrinə masaj salonlarında əxlaqsızlıqla məşğul olmaları barədə məlumat veriləcək.

İş üzrə 3 qadın zərərçəkmiş qismində tanınıb. Daşqın Gəncəliyev məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla özünü təqsirli bilib. O, zərərçəkmişlərə ümumilikdə 3 min manatdan çox maddi ziyan vurub.

Ona qarşı Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.



Xəbərin oxunma sayı : 664




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap