|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Mahmudovun quldur dəstəsinin “ölüm iynəsi“ də olub - “Dedi ki, buraxacağıq, bir neçə aya öləcəksən...”
Tarix 23.02.22, 14:21 |
|
Bakı Hərbi Məhkəməsində aylardır davam edən ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) İstintaq Baş İdarəsinin rəisi Mövlam Şıxəliyev və onunla birlikdə mühakimə olunan istintaq idarəsinin rəisi müavini Yasin Məmmədov, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə ötən gün fevralın 22-də növbəti məhkəmə prosesi keçirilib.
Xatırladaq ki, məhkəmə prosesi açıq keçirilsə də jurnalistlər zala buraxılmır. Bu səbəbdən media mənsubları içəridə danışılanlar barədə çöldə zərərçəkənlərdən və onların vəkillərindən məlumat almalı olurlar.
“Texnikabank”da 62 min avro depozit: Mahmudov bandası dərhal hərəkətə keçir
Virtualaz.org-un xəbərinə görə, cinayət işi üzrə zərərçəkmiş Elşən Mədətov dindirilib. O, ifadəsində bildirib ki, 2007-ci ildə “Texnikabank” ASC-nin “Bakı” filialına illik 12 faiz olmaqla 623 min avro əmanət qoyub.
Əvvəlcə faizləri vaxtında alsa da, 2008-ci ilin ortalarından bank ödəmələri gecikdirib. 2008-ci ilin avqustunda isə Fransaya istirahətə gedən E.Mədətov ölkəyə qayıdandan sonra filialın müdiri “Texnikabank” ASC-nin “Bakı” filialının müdiri Zal Yusifovun həbs olunduğunu eşidib.
Zərərçəkmişin ifadəsinə görə, həmin ilin oktyabrında MTN-nin İstintaq İdarəsinin şöbə rəisi Vüsal Ələkbərov ona zəng vurub, MTN-ə çağırıb. Ertəsi gün səhər saatlarında MTN-ə yollanıb.
“Mülki geyimli şəxslər məni qarşılayıb liftlə dördüncü, yaxud beşinci mərtəbəyə qaldırdı. Liftdən çıxandan sonra sola dönüb boş otağa apardılar. Orada təxminən beş saat tək oturdum. İndi burada sakit, məsum uşaq kimi oturan şöbə rəisi Vüsal Ələkbərov beş saatdan sonra otağa gəldi. Dedi ki, sən banka əmanət kimi pul qoymusan, mütəşəkkil cinayətkar dəstəyə qoşulub bankın filial müdiri Zal Yusifovla bankı talamısan. Ona görə də MTN-nin rəhbərliyinə 300 min dollar pul verməlisən, yoxsa səni də Zal Yusifova qarşı sürülən eyni ittihamlarla həbs edəcəyik”- zərərçəkmiş ifadəsində belə deyib.
E.Mədətov şöbə rəisinə banka qanuni yolla pul qoyduğunu bildirib. MTN əməkdaşı isə “nə olsun ki, qanuni qaydada banka pul qoymusan, banka əmanət kimi qoyduğun pulun bir hissəsini bizə verməlisən, bu rəhbərliyin tapşırığıdır” deyib. Bunun qanunsuz olduğunu söylədikdə V.Ələkbərov ona bildirib: “Deyəsən hara gəldiyini bilmirsən, qızın universitetdə oxuyur, özün də küçədə, bayırda gəzirsən. Qorxmusan ki, başınıza iş gələr?”
“Sənə “ölüm iynəsi” vuracağıq, havalanıb öləcəksən”
Tərəflərin suallarını cavablandıran zərərçəkmiş MTN-də onu hansısa iynəni vuraraq öldürməklə hədələdiklərini də deyib. Həmin iynə isə, onun dediyi kimi, təsirini bir neçə ay sonra göstərməli idi.
Vüsal Ələkbərov
“Vüsal Ələkbərov dedi ki, sənə “ölüm iynəsi” vuracayıq, iki ay saxlayıb, üzr istəyib sonra buraxacayıq. Yeddi-səkkiz ayın içində havalanıb öləcəksən. Onun hədələrindən qorxdum, qızımın universitetdən qovulacağını düşündüm, məcbur olub onu dilə tutmağa çalışdım. Dedim ki, mən Dairə Seçki Komissiyasının sədriyəm. Həmin vaxt prezident seçkiləri idi. Bunu deyəndən sonra Vüsal vəsiqəmi tələb elədi, verdim. Vəsiqəni götürüb harasa getdi. Bir qədər sonra vəsiqəmi qaytarıb dedi ki, get seçkini keçir, sonra görüşərik. Seçki başa çatandan bir neçə gün sonra Vüsal məni yenə MTN-ə çağırıb, 300 min manat istədi. Vüsaldan 100 min dollara razılaşmasını xahiş etdim. Otaqdan çıxıb rəisi Mövlam Şıxəliyevin yanına getdi. Onunla məsləhətləşib geri qayıtdı, dedi ki, 100 min dollara razılaşdı, ifadəmi almadan məni buraxdı”, - zərərçəkmiş bildirib.
MTN-ə içi dollarla dolu zənbil
E.Mədətov MTN-dən çıxandan sonra ondan tələb olunan pulu toplamağa başladığını deyıb. Özündə olan 45 min dollara qardaşı Kamaldan 50 min dollar, qaynatasından 5 min dollar borc alaraq əlavə edib.
O, pulu MTN-ə necə apardığını, Vüsal Ələkbərova necə çatdırdığını bu cür nəql edir: “Pulu toplayıb on beş-iyirmi gün sonra Vüsal Ələkbərova zəng vurdum. Məni MTN-ə çağırdı. 100 min dolları kiçik zənbilə qoydum, üstünü örtdüm. Sürücüm Zahid Əliyev və qaynım Samit Qafarovla birlikdə MTN-nə getdik. Məni Vüsal Ələkbərovun otağına apardılar. Zənbildə olan 100 min dolları Vüsala verdim. 2008-cu ilin noyabr ayının əvvəllərində Vüsal Ələkbərov yenidən mənə zəng elədi, MTN-nə çağırdı. Yenidən MTN-ə getdim. MTN-in əsas girişinin qarşısında Vüsal “Toyota” markalı, ağ rəngli “cip”lə çıxıb dayanmışdı. Maşından düşüb onun maşınına əyləşdim. Vüsal dedi ki, “rəhbərlik sənin pulunu qaytarmağımı tapşırıb. Çünki əleyhinə ifadə var. Zal Yusifov və onun oğlu sənin barəndə ifadə veriblər ki, sən onlarla əlbir olub bankın pulunu talamısınız, buna görə də cəmi 300 min dollar verməlisən”.
100 min 300 min oldu, təhdidlər yenidən başladı
Zərərçəkmişin ifadəsinə görə, V.Ələkbərov ona bir neçə gün vaxt verib, hədə-qorxu gəlib, deyib ki, pulu çatdırmasan, başına oyun açacaqlar: “Dedi ki, bu söhbətləri başqa yerdə danışma, yoxsa uşaqlarını da ilişdirərik. Hədə-qorxulardan və həbs olunmaqdan çəkinirdim. Evdəki bütün qızılları Mərkəzi univermaqda və “Moskva” univermağında satdım. Dostum Qacar Əzizovdan 45 min dollar, qaynatamdan 15 min dollar borc aldım. Əlavə 100 min dollar topladım. 2009-cu ilin noyabr ayının sonlarında Vüsal Ələkbərova zəng elədim, dedim ki, pulu yığmışam. Dedi ki, pulu da gətir, gəl MTN-ə. Əvvəlki kimi sürücüsümlə və qaynım Samitlə birlikdə MTN-nə getdik. Vüsal kabinetində 100 min dolları da aldı, dedi ki, rəhbərliyə məruzə edib mənə cavab deyəcək. İki gün sonra zəng vurub dedi ki, “məruzə etdim, pulu tam çatdır, rəhbərlik razılaşmır”. Mənə yenə on gün vaxt verdi. Nə edəcəyimi bilmirdim”.
Prokuror zərərçəkəndən soruşub:
-Bəs bu baş verənlər haqda niyə şikayət etmirdiniz?
Zərərçəkənin cavabı belə olub:
-Bunlardan kimə şikayət edəcəkdim? Şikayət etsəydim, başıma oyun açardılar.
“Muştuluğumu ver, rəhbərlik razılaşdı...”
Zərərçəkmiş daha sonra dedi ki, cəmi 50 min dollar toplaya bilib. V.Ələkbərova zəng vurub deyib ki, pul tapa bilmir, istəyirsə onu həbs edə, aldığı 200 min dolları da qaytara, yaxud həmin 50 min dolları da alıb ondan əl çəkə bilər.
Mövlam Şıxəliyev
“Vüsal rəhbərliyə məruzə edib sonra mənə xəbər edəcəyini dedi. Təxminən bir saatdan sonra zəng vurub dedi ki, muştuluğumu ver, rəhbərlik razılaşdı. Ertəsi gün Vüsalın tapşırığı ilə onun yaşadığı Yasamal bazarından bir qədər irəlidə olan binanın qarşısına getdim. 50 min dolları rəngli sellofan torbaya qoymuşdum. Vüsala zəng elədim, gəlib pulu alıb getdi. Bundan sonra borcları qaytarmaq üçün Şirvan şəhərində yerləşən “Qulu” restoranımı, Sabirabadın Həşimxanlı kəndində yerləşən dəyirmanımı satıb borclarını qaytardım”,-Mədətov bildirib.
Məhkəmədə şahid qismində Elşən Mədətovun qardaşı Kamal Mədətov da ifadə verib. O, MTN əməkdaşlarının hədə-qorxu yolu ilə qardaşından 250 min dollar aldıqlarını təsdiq edib. Şahid Nəsrəddin Sultanov da analoji ifadə verib.
“Bu adamlar Milli Təhlükəsizlik Nazirliyini Milli Talama Nazirliyinə çevirmişdilər. Elşənin heç bir günahı yox idi. Onu hədələyirdilər ki, guya əmanəti banka qanunsuz qoyub. Onu həbs etməmək üçün pul tələb edirdilər. Mən də deyirdim ki, vermə, sənin günahın yoxdur. Elə hədələmişdilər ki, çıxılmaz vəziyyətə düşmüşdü”- şahid ifadəsində bildirib.
“Elşən qalacaq kənarda, mən səni güllələyəcəyəm...”
Şahid deyib ki, həmin ərəfədə şəxsi tanışları vasitəsi ilə V.Ələkbərovla görüşüb: “Vüsala dedim ki, siz cinayət edirsiz. Elşənin banka qoyduğu 623 min avronu da ələ keçirmisiniz, üstəlik 300 min tələb edib, 100 min dolları da almışınız. Buna görə Elşən qalacaq kənarda, mən səni güllələyəcəyəm. Vüsal bu sözlərimi eşidib qaçıb getdi. Sonra bildim ki, Elşəndən cəmi 250 min dollar pul alıb”.
Prosesdə MTN tərəfindən qanunsuz həbs olunan, sonradan xəstəxanada intihar edən Cahangir Məmmədovun evini alan Elmar Qurbanzadə də şahid qismində dindirilib. Bildirib ki, 2014-cü ilin sentyabr ayında dostu Ağazaman Mirzəyev zəng vurub, Günəşlidə sərfəli qiymətə ev satıldığını deyib, həmin evi şərikli almağı təklif edib. (C.Məmmədzadə MTN-çilərə rüşvət verə bilmək üçün evini satmalı olmuşdu, - red.)
“Belə də elədik. Müddət tamam olduqda, Ağazaman Cahangirə zəng elədi, evdən çıxmasını xahiş etdi. Cahangir isə həyat yoldaşının evdən çıxmaq istəmədiyini dedi. 2015-ci ilin iyul ayında mən Cahangirin qardaşı Arifdən eşitdim ki, evində özünə xəsarət yetirib. Sonra xəstəxananın 5-ci mərtəbəsindən özünü atıb öldürüb. 2015-ci ilin yanvar yaxud fevral ayında Cahangirin qardaşları Məzahir, Aydın və Ariflə birlikdə söhbət etdik. Arif Cahangirin bir müddət əvvəl İrana fişəng apardığı üçün Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən tutulduğunu, Cahangirin həbsdən azad edilməsi üçün MTN əməkdaşlarına pul verildiyini dedi”,-şahid bildirib.
Məhkəmə prosesi martın 1-də davam edəcək.
Xəbərin oxunma sayı : 1498
Gündəm
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV