“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Polis çimərliklərdə profilaktik tədbirləri davam etdirir - FOTO/VİDEO

Tarix 27.07.25, 16:38

Font ölçüsü : - / +
bitmap-img6


İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əməkdaşları tərəfindən profilaktik tədbirlər həyata keçirilir.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, tədbirlər çərçivəsində polis naryadları sürücülərlə profilaktik söhbətlər apararaq sürət həddinə əməl olunmasının və sərxoş vəziyyətdə avtomobil idarə edilməsinin yolverilməzliyi barədə məlumat verirlər.

Çimərlik ərazilərində asayişin qorunması və ictimai qaydanın təmin olunması məqsədilə vətəndaşlarla maarifləndirici söhbətlər aparılır. Onlara istirahət etdikləri əraziləri çirkləndirməmək, azyaşlılar üzərində nəzarəti gücləndirmək və üzləşdikləri neqativ hallarla bağlı dərhal polis əməkdaşlarına məlumat vermək tövsiyə olunur. 

Tədbirlər zamanı dəniz kənərında insanların sıx olduğu yerlərdə müxtəlif növ nəqliyyat vasitələri idarə edən şəxslərlə də profilaktik söhbətlər aparılır, təhlükəsizlik qaydaları izah edilir.

Qeyd edək ki, bu tipli profilaktik tədbirlər mütəmadi olaraq davam etdiriləcək.





Xəbərin oxunma sayı : 235




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap