Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Mahirə görə iclas oldu: Oynamamasının səbəbi nədir?

Tarix 24.10.25, 21:42

Font ölçüsü : - / +
bitmap-img6


Almaniya 2-ci Bundesliqa təmsilçisi "Kayzerslautern"də çıxış edən Mahir Emrelinin problemi bitmir. Azərbaycan millisinin düşərgəsindən qayıtdıqdan sonra klubda hücumçu ilə bağlı iclas keçirilib.

AzFakt.com Futbolinfo.az-a istinadla xəbər verir ki, iclasda klub idarəçiləri, forvardın menecerləri və baş məşqçi iştirak edib. Müzakirə olunan məsələ isə Mahirin "Kayzerslautern" təmsilçisinin heyətində niyə meydana çıxmaması və baş məşqçinin ona hansı səbəbdən şans verməməsi olub.

Maraqlıdır ki, yığmamızın forvardını israrla istəyən klubun çalışdırıcısının ona səbəbsiz yerə şans verməməsi ortaya çıxıb. Baş məşqçi Torsten Liberknext buna tutarlı səbəb gətirə bilməyib. O, müxtəlif bəhanələrlə özünə haqq qazandırmağa çalışıb.
Çalışdırıcı əvvəlcə futbolçunun məşq prosesindən narazılığını ifadə edib. Amma Mahirin menecerləri və futbolçu məşqdəki statistikaları göstərdikdən sonra bunun yalan olduğu ortaya çıxıb.
Daha sonra isə Liberknext Azərbaycan yığmasının İslandiyaya qarşı oynadığı matçdan öncə keçirdikləri oyunda Mahirin zədəli olmasını, həmin vaxt isə keçirdikləri matçda qələbə qazandıqlarını və buna görə qalib heyəti dəyişmək istəmədiyini bildirib. Lakin əvvəlcə başqa söz deyən məşqçinin sonradan bunu ortaya atmasının bəhanə olduğu görünür.

Təəccüblüsü odur ki, "Kayzerslautern" "Hannover"lə bütün məsələlərdə razılığa gələn Mahiri son anda fikrindən daşındıraraq onunla müqavilə imzalayıb. Onlar müxtəlif yollarla forvardın keçidində israr ediblər.

İndi Emrelinin oynamamasının günahı isə özündə deyil. Futbolçu hələ komandaya transfer olunduğu dönəmdə bir çox variantlardan məhz oynamaq istədiyi üçün imtina edib. O, daha çox meydanda olmaq istəyini nəzərə alaraq qərar verib.

Məsələ burasındadır ki, baş məşqçi tərəfindən Mahirə qarşı ayrı-seçkilik edilir. Komandada olan yerli futbolçularla azərbaycanlı oyunçu arasında fərq qoyulur. Bu gün Mahirin "Kayzerslautern"də yaşadığı problemin də kökündə bu durur.



Xəbərin oxunma sayı : 466




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap