“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

AFFA “Qarabağ“ı cərimələdi - Benziaya ağır cəza

Tarix 03.06.25, 13:52

Font ölçüsü : - / +
bitmap-img6


AFFA İntizam Komitəsinin iclası keçirilib.

İclasda Azərbaycan kubokunun "Qarabağ” – "Sabah” final matçında yaşanan hadisələrlə bağlı qərar verilib.

Qərara əsasən,"Qarabağ”da 4 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib.

Oyunun 120-ci dəqiqəsində "Qarabağ”ın məşqçisi Müşfiq Hüseynov meydançaya daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 1500 manat cərimələnib.

Qərarda qeyd edilib ki, oyunun 120-ci dəqiqəsində "Qarabağ”ın futbolçusu Yassin Benzia hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra onlara fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, "Qarabağ” 3000 manat cərimələnib.

Oyunda "Qarabağ” azarkeşləri pirotexniki vasitədən istifadə edildiyinə görə "Qarabağ” klubu 1500 manat cərimə edilib.

Beləliklə, AFFA tərəfindən Ağdam təmsilçisinə ümumilikdə 6700 manat mabləğində maliyyə sanksiyası tətbiq olunub.

"Sabah" da maddi cəzadan qaça bilməyib.

Həmin matçda "Sabah”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 700 manat cərimə edilib. "Sabah” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "Sabah” klubu 1500 manat cərimələnib.



Xəbərin oxunma sayı : 1147




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap