“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Komitə ilə İctimai Şuranın üzvü arasında daha bir müqavilə - 412 min manatlıq tender

Tarix 08.06.23, 11:15

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tabeliyində publik hüquqi şəxs statuslu Ərazi Tikinti-Planlaşdırma Mərkəzi sifarişçi olduğu növbəti satınalmaya yaekun vurub. 
 
Qlobal.az xəbər verir ki, Mərkəzin "Laçın rayonunun Kürdhacı kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin və "Laçın rayonunun Ərikli kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin satın alınması lotu üzrə sifarişçi olduğu satınalmanın məbləği 412.250 manat, qalibi isə "BUREAU MÜHİT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
 
 
"BUREAU MÜHİT" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin iyun ayının 16-da təsis edilib. Şirkətin hüquqi ünvanı Xətai rayoni, Məhəmməd Hadi küçəsi ev 82, mənzil 3 ünvanı, qanuni təmsilçisi isə Bayramov Toğrul Şahin oğludur. 
 
"Bureau Mühit” MMC-nin rəhbəri Bayramov Toğrul şahin oğlu Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şuranın üzvüdür.
 
Qeyd edək ki, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin 2022-ci ildə sifarişçi olduğu satınalmada "Bureau Mühit” MMC qalib elan edilib. 
 
 
Belə ki, Mərkəzin 2022-ci ilin aprel ayının 28-də yekun vurduğu satınalmada "Bureau Mühit” MMC üç lot üzrə - Laçın rayonunun Şəlvə kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (292.247 manat), Kəlbəcər rayonunun Zar kənd yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (365.800 manat) və Cəbrayıl rayonunun Xudafərin qəsəbəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işlərinin satınalınması (185.000 manat) - qalib elan edilib. 

 




Xəbərin oxunma sayı : 637




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap